ADR hərəkatının rəhbəri Qubad İbadoğlu Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərini şübhə altına alan növbəti dəfə ittihahemidici açıqlama ilə çıxış edib. O, öz facebook səhifəsində iddia edir ki, MDB və digər region ölkələri ilə müqayisədə orta aylıq əmək haqqının səviyyəsinə görə, Azərbaycan ən aşağı yerdə qərarlaşır. Sitat: “Rəsmi statistik məlumatlara görə, Azərbaycan 2021-ci idə Gürcüstan və MDB-nin 8 dövləti ilə müqayisədə orta illik nominal əmək haqqının artım tempinə görə autsayder olub. Bu göstərici üzrə Ukrayna və Özbəkistan kiçik fərqlə 1-ci və 2-ci yeri bölüşdürüblər”.

Faktyoxla Lab. iqtisadçı-siyasətçinin bu iddialarını araşdırıb.

Statistikaya görə, 2021-ci ildə təkcə MDB dövlətləri deyil, Avrasiya İqtisadi İttifaqına (AİB) üzv olan ölkələrin böyük bir qismində əməkhaqqı, inflyasiya, işsizlik, yoxsulluq və digər göstəricilər üzrə əksər ölkələrin vəziyyəti pisləşib. Q.İbadoğlunun müqayisə olaraq misal çəkdiyi Gürcüstanda orta aylıq əməkhaqqının məbləği 2021-ci ilin yekununda dollar ifadəsi ilə 393 dolar təşkil edib. (Mənbə)


Müqayisə üçün bildirək ki, 2021-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 732 manat təşkil edib ki, bu da dollar ifadəsi ilə 431 ABŞ dolları deməkdir. (Mənbə)

Azərbaycan orta aylıq əməkhaqqının nominal dəyərinə görə, MDB və bu birliyin 5 ölkəsindən ibarət Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin əksəriyyətindən də irəlidədir. Respublikamız həmin göstərici üzrə Rusiya, Belarus və Qazaxıstan istisna olmaqla, digər bütün ölkələri üstələyir. 


2021-ci ilin yekununda Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdə ən aşağı əməkhaqqı Ermənistan və Qırğızıstanda qeydə alınıb. Rusiyada bu rəqəm 734 dollar, Qazaxıstanda  568 dolar, Belarusda, 547 dollar, Ermənistanda 389, Qırğızıstanda 232 dollar təşkil edib. (Mənbə)


2021-ci ildə real orta əmək haqqı əvvəlki illə nisbətdə Aİİ üzvü olan 3 ölkədə - Qazaxıstan, Belarus və Rusiyada artsa da, Ermənistan və Qırğızıstanda azalıb. (Mənbə)

Bir məqama isə xüsusi diqqət yetirmək lazımdır, əməkhaqqının məbləği onun artım faizi ilə deyil, nominal dəyəri ilə ölçülür. 2022-ci ilin ötən birinci rübündə MDB-də Ermənistan da daxil olmaqla bir çox ölkənin milli valyutası dəyərini itirib və nəticədə həmin ölkələrdə əməkhaqqının alıcılıq dəyəri də aşağı düşüb. Məsələn, 2022-ci ilin fevral ayında Rusiyada orta aylıq əməkhaqqının nominal ifadəsi 56-58 min rubl (740 dollar) idisə indi bu rəqəmin nominal dəyər pariteti 2-3 dəfə aşağı düşüb. Yəni, dollarla bu rəqəm hazırda təxminən 300-350 dollar təşkil edir ki, bu da Rusiyada əməkhaqqının nominal dəyərinin Azərbaycandan 120 dollar aşağıda olması deməkdir.
2022-ci ilin ötən aylarında MDB-nin əksər ölkəsində iqtisadi artım hələ pandemiyadan əvvəlki, yəni 2019-cu ildəki inkişaf göstəricisinə çata bilməyib. Azərbaycanda isə ötən 2 ayda Ümumi Daxili Məhsulun (ÜDM) artım dinamikası pandemiyadan əvvəlki göstəricini də qabaqlayıb, respublikamız əksər iqtisadi inkişaf göstəricilərinə, o cümlədən də orta aylıq əməkhaqqının dinamikasına görə, MDB ölkələrini böyük bir qismini geridə qoyub. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım tempi Azərbaycanda 6,7 faiz təşkil edib, iqtisadiyyatın qeyri-neft sektorunda bu rəqəm 10,1 faiz olub. (Mənbə)


Belarusda bu rəqəm 1,2 faiz, Gürcüstanda 8,6 faiz, Rusiyada 6,6 faiz, digər ölkələrdə 5-7 faiz nisbətində olub. 2022-ci ilin yanvar ayında Azərbaycanda və digər region ölkələrində orta aylıq əməkhaqqının dinamikasında da respublikamız üstünlüyə malik olub. 2022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat təşkil edib. Dollar ifadəsi ilə bu, 451 ABŞ dolları deməkdir

2022-ci ilin yanvar-fevral aylarında digər ölkələrdə əməkhaqqı artımı Azərbaycandan daha aşağı olub. Rusiyada bu rəqəm 1,9 faiz təşkil edib. Digər ölkələrdə cari ilin ötən 2 ayı üzrə orta aylıq əməkhaqqı göstəricisi 4-6 faiz nisbətindədir. 

Yuxarıda da vurğuladığımız kimi Azərbaycanda dollar ifadəsi ilə bu rəqəm nominal olaraq 20 dollardan çox yüksələrək 451 dollara çatıb. 
Ermənistanda və Rusiyada əgər iqtisadi vəziyyət yaxşıdırsa niyə beynəlxalq maliyyə institutları, “Fitch” və digər reytinq agentlikləri bu ölkələrin iqtisadi reytinqini aşağı salır. Bu ayın əvvlində “Fitch” Ermənistanın maliyyə-kredit reytinqini aşağı saldığını elan etdi. 


Yaxud, “Fitch Ratings”, “Moody's” və “Standard and Poors” agentlikləri mart ayında Rusiaynın kredit reytinqini ən aşağı səviyyəyə, defolt həddinə endirib.

 
İbadoğlunun təbə gələrək bu iki ölkənin maliyyə-iqtisadi “uğurlarından” danışırsa, bu məntiqlə, beynəlxalqı iqtisadi icma, reytinq institutları da onların sosial-iqtisadi göstəricilərini də dəqiqləşdirməlidir. Ancaq, əksinədir.
Demək, Q.İbadoğlunun müqayisə metodologiyası yalnış istiqamətdədir və nə baş verməsindən asılı olmayaraq nəticələr Azərbaycan əlehinə olmalıdır. Saxta rəqəmlərlə manipulyasiya etmək və ictimaiyyəti aldatmaq isə heç vaxt uğur gətirmir, əks effekt verir. Necə ki beynəlxalq iqtisadi ictimaiyyət MDB-də hansı ölkənin iqtisadi potensialının nəyə qadir olmasını hamıdan daha yaxşı bilir.

Bu xüsusda nüfuzlu beynəlxalq iqtisadi tədqiqat qruplarının araşdırması əsasında dərc edilmiş bir hesabata da diqqət edək. “Picodi.com” analitiklərinin dünyanın 64 ölkəsində minimum əmək haqqı barədə tədqiqat hesabatından da görmək olar ki, Azərbaycan minimum əməkhaqqının həcminə görə, regiona ölkələrində ən yaxşı göstəriciyə malikdir. Azərbaycan minimum əməkhaqqının həcminə görə keçmiş ittifaq ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü yerdə qərarlaşır. Hərçənd ki, hazırda Rusiya rublun beynəlxalq dəyər itkisinə görə, həmin göstərici üzrə Azərbaycandan 2 dəfə geridədir. 

Onu da nəzərə almaq lazımdır ki, dünya iqtisadi praktikasında orta aylıq əməkhaqqının nominal dəyəri onun alıcılıq paritetinə əsaslanır. Həmin paritetə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. Məsələn, Avropada 2000, 2500 dollar orta aylıq əməkhaqqının alıcılıq dəyəri ilə Azərbaycandakı 400 dollar əməkhaqqınnı dəyəri təxminən eynidir. (Mənbə)  

Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Həmçinin, hər bir ölkənin milli valyutasının sabit məzənnəsi də alıcılıq paritetini müəyyən edir. Azərbaycan manatının real effektiv məzənnəsi 2021-ci ilin ortalarındakı 109.2 bəndinə nisbətən daha 4 bənd yüksələrək 2022-ci il yanvarın 1-ə olan dövrdə 113.6 bəndə çatıb. Bu baxımdan manatın real effektiv məzənnəsinin bahalaşması da Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir.

Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum və orta aylıq əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Azərbaycan həm də orta aylıq pensiya məbləğinin həcminə görə də, MDB-də ən yaxşı göstəriciyə malikdir. (Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)


Q.İbadoğlu onu da iddia edir ki, yola saldığımız ayda (fevral nəzərdə tutulur-red.) Azərbaycanda qiymətlər daha sürətlə artıma məruz qalıb. Sitat: “Qiymətlərin artımını qlobal tendensiya hesab edənlərə rəğmən bildirmək istərdim ki, qiymətlər həmişə dinamikdir və qlobal bahalaşmanın təsirindən artır, amma heç də bütün ölkələrdə onun eyni səviyyəsi eyni deyildir”.

Əslində bu, Böyük Britaniyada yaşayan sıravi vətəndaşın və yaxud Böyük Britaniya universitetində iqtisadiyyatdan dərs deyən müəllimin deyil, sırf kütlə düşüncəsi ilə manipulyasiya etmək istəyən uğursuz siyasətçinin fikirləridir. Əgər iqtisadçı düşüncəsi ilə deyilsəydi, azından qlobal inflyasiya zəncirinin bütün ölkələri ağuşuna aldığını nəzərə alıb, bu haqda danışmazdı. Normal iqtisadçı bilir ki, 2022-ci ilin yanvar-fevral aylarında qlobal ərzaq inflyasiyası 20 faizi ötüb. Mənbə: Reuters

Nəticə: Qubad İbadoğlunun söylədiyi “Rəsmi statistik məlumatlara görə, Azərbaycan 2021-ci idə Gürcüstan və MDB-nin 8 dövləti ilə müqayisədə orta illik nominal əmək haqqının artım tempinə görə autsayder olub”- saxta informasiyadır. Söylədiklərinin heç bir elmi əsası yoxdur. Söylənilən fikirlər iqtisadçı tərəfindən deyil, daha çox kütlə düşüncəsi ilə manipulyasiya etmək istəyən siyasətçi düşüncəsinin məhsuludur.