“Azadlıq” qəzetinin “facebook” səhifəsində “Mafiya dövlətləri sıralamasında Azərbaycan birinci oldu” başlıqlı video paylaşılıb. Video bir türk tik-tokerin digərindən “Dünyanın ən böyük mafiya ölkələri” sualına cavab alması haqqındadır. Sual-cavabın yekununda Azərbaycanın “mafiya ölkələri” siyahısında birinci yerdə olması qeyd edilir.
Faktyoxla Lab. bu videonun həqiqi olub-olmadığını araşdırıb.
Araşdırma nəticəsində müəyyən etdik ki, qeyd edilən video türk sosial media istifadəçiləri Burak Zengin və Burak Bilaşın “Gri Meseleler” (Boz Məsələlər) “Tiktok” səhifəsindən (grimeselelerpodcast) götürülüb. video
Lakin həmin videonun orijinalında Azərbaycanla bağlı ümumiyyətlə hər hansı sözün, cavabın səslənmədiyi, videonun saxtalaşdırıldığı bəlli oldu.
İlk saxtakarlığı kimin etdiyini dəqiqləşdirmək üçün “Azadlıq” qəzetinin paylaşımında adı qeyd edilən “mtorotey” tiktok səhifəsini incələdik. Məlum oldu ki, doğrudan da video “mtorotey” tərəfindən paylaşılıb.
Onu da qeyd edək ki, “Azadlıq” qəzetinin paylaşımındakı videonun saxtalığına dəlalət edən və diqqəti cəlb edən ilk detal hər videodakı şriftlər arasındakı kəskin fərqlər oldu:
Videonu saxtalaşdıran şəxsin “İnstagram”da profil adı 8 dəfə dəyişdirilmiş “tedemcy”dir və cəmi 18 izləyicisi var.
Maraqlıdır ki, 4 gün ərzində videonun orjinalı 7,9 milyon, saxtalaşdırılmış video isə 2.9 milyon dəfə izlənilib və bu saxta videoya 4416 şərh gəlib.
Əgər “Azadlıq” qəzetinin qeyd edilən saxta videonu hazırlamadığı, yalnız paylaşım etdiyi iddiaları səslənərsə öncədən bildirək ki, medianın əsas peşə etikası prinsiplərindən biri- məlumatın dəqiqləşdirilmədən, yoxlanılmadan yayılmasının yolverilməzliyidir. Peşəkar medianın adi sosial media istifadəçilərindən, hətta blogerlərdən fərqi də bundadır.
Bu məqamda qəzetin “facebook” səhifəsindəki paylaşımına izləyicilərin yazdıqları 2 şərhi təqdim edirik:
Əgər qəzet peşə etikası prinsiplərinə hörmət edirdisə, ən azından bu şərhlərdən sonra paylaşımı silməli və oxuculardan yanlışlığa görə üzr istəməli idi. Paylaşımdan 2 gün keçməsinə baxmayaraq qəzet rəhbərliyinin bu yöndə heç bir addım atmaması paylaşımın bilərəkdən edildiyi və məqsədli saxta xəbər yayıldığı qənaətinə gəlinir.
Nəticə:
- “Azadlıq” qəzetinin “facebook” səhifəsində “Mafiya dövlətləri sıralamasında Azərbaycan birinci oldu” başlıqlı video saxtadır;
- Videonun orijinalında Azərbaycanla bağlı heç bir söz, ifadə işlədilmir və səslənən suala cavab səslənmir.