İranda gizlənən, Azərbaycana düşmən mövqedə dayanan vətən xainlərinin idarə etdikləri onlarla teleqram kanallar var. Gün ərzində paylaşdıqları məlumatların demək olar ki əksəriyyəti Azərbaycana qarşı nifrət, dini-etnik ayrı-seçkilik salmaq, xalqı aşağılamaq və İran adlı dövləti və farsları tərifləmək və ən təhlükəlisi Azərbaycanın dövlət quruluşunu silahlı yolla devirməyə yönəlikdir.
Orxan Məmmədov adlı (o həm də “Baba Pünhan”, “Həmid Türki” qondarma adları ilə sosial mediada aktivdir-red.) İrana sığınmış və Vətəninə, xalqına, Dövlətinə düşmən kəsilmiş bu şəxsin idarə etdiyi teleqram kanallarından biri “Virtual müqavimət”dir. Qeyd edilən kanalda Qətərdə keçirilən dünya çempionatında iştirak edən kamerunlu Embolo haqda bir paylaşım və şərh olub. Paylaşımda deyilir:
“Embolo isveçrəli oyunçudur və valideynləri Kamerunda anadan olublar. Bu gün Embolo, Kamerunun qapısına qol vursa da, sevinmədi. Hətta əllərini qaldırıb üzr istədi, Kamerun xalqından! Amma ingilislər İrana qol vuranda, stadionda bir qrup xaricdə yaşayan vətən xaini var idi ki, ingislisləri alqışlayır və əllərin bütün dünya xalqlarının qanına bələşən İngiltərənini bayrağını dalğalandırırdı...İrandakı iğtişaşlarda iştirak edən vətən xainlərinin hamısı bu cür şərəf və namusunu xaricilərə satan ünsürlərdirlər!”
Bu məqam diqqətimizi cəlb etdi. Təkcə son 1 ayda (noyabr ayı) bu şəxsin və onunla birlikdə Vətəninə xəyanət etmiş digər şəxslərin idarə etdikləri teleqram kanallarında paylaşılanları monitorinq etdik. Nəticələr bizim üçün acınacaqlı, onlar üçün fəxarətdir. Qeyd edək ki, fəaliyyət göstərən teleqram səhifələrin adminlərinin kimliyi platforma tərəfindən məxfi saxlanıldığından müəllifləri yalnız paylaşımların eyni zamanda fərqli kanallarda təkrar olunması və yazı üslubunun eyni qələmlərdən çıxması zənni ilə araşdırmışıq.
Beləliklə,
Seçmə 1. Azərbaycanlı xanım dünyanın müxtəlif ölkələrində muzeylərdə rast gəldiyi Azərbaycan tarixi ilə bağlı eksponantların İran adı ilə yayımlanmasından narahatlığını bəlli edib. Bu paylaşımdan qeyzlənən “virtual müqavimət” kanalının admini belə bir şərh yazıb: “Adam nə qədər həyasız olmalıdır ki, farsların icadı və mədəniyyəti nümunəsi olan və farsların paytaxtı olan İsfahanda 1600-cü illərdə toxunmuş fars xalçasını, 1918-ci ildə yaradılan "Azərbaycan" adlı dövlət və "azərbaycanlı" adlı - Stalin tərəfindən yaradılan saxta millətə aid etsin!”
Diqqət etdinizsə, eynilə ermənilər kimi Azərbaycanın dövlətinin yalnız 1918-ci ildə yarandığını deyir, Dövlətimizin adını dırnaqda verir və azərbaycanlıları -"Stalin tərəfindən yaradılan saxta millət” adlandırır.
Eyni tezisi anti-Azərbaycan şəbəkəsinin ən fəal üzvü, polşalı “siyasətçi” Tomaş Lex Buçekin dilindən səslənən, ermənilərin dediyi kimi “Azərbaycan dövləti 1918-ci ilə qədər mövcud olmayıb” həqarətli fikirləri paylaşıblar. Buçekin kimiliyi haqda deyək ki, özünü “ən böyük erməni” sayan, bəzi tvitlərini hətta erməni dilində yazan, dəfələrlə İrəvanda səfərdə olan bu şəxs, Azərbaycan əlehinə ermənilərdən çox dezinformasiya yayan biridir. O, terrorçuluq və qanunsuz hərbi birləşmələrdə iştiraka görə həbs edilmiş ermənilərin əvəzinə özünü təklif etmişdir. Bir sözlə, ermənidən çox erməni.
Tomaş Buçeki başa düşdük, erməniləri də anladıq, bəs Azərbaycanda doğulub, burada yaşamış Orxan Məmmədov kimilərin bu hərəkətinə nə ad verəsən? Bu, vətənə xəyanət deyil?
***
Seçmə 2. İranda fəaliyyət göstərən “Hüseyniyyun” terror qruplaşmasının rəhbərlərinin müraciətidir. Bu paylaşım haqda qeydlərimiz scrində göstərilib: “Sizinlə (Qasım Süleymani nəzərdə tutulur) və Xamenei ilə görüşmüzdə verdiyimiz sözə sadiqik”, “Azərbaycanı və Qafqazı İran sivilizasiyasının bir parçası görürürk”.
Bu müraciətdə xüsusi diqqətimizi cəlb edən “Bizlər Cənab Əli Əkbər Raifipurun, Hüseyniyun təşkilatina inamı üçün təşəkkür bildirməklə yanaşı, müvafiq Agalardan 30 illik yanlışı düzəldərək batmaqda olan Azərbaycan gəmisinin xilas etmə əməliyyatına görə, Hüseyniyyun təşkilatının tam ciddi şəkildə himayə olunmasi və təşkilatın əl qolunu baglayan maneələrin və təşkilata qarşı gecə-gunduz daima fəaliyyət göstərən qüvvələrin aradan aparılmasını təvəqqe edirik”.
Burada adı çəkilən şəxs- Raifipurun kimliyi haqda geniş danışmaq istəmirik. Raifipur erməni lobbisinin Azərbaycan əlehinə yönəltdiyi xarici şəxs və təşkilatların cəm halından da çox düşməndir və molla rejiminin əsas media ideoloqlarından biridir. Bu paylaşımla “vətən xainləri” həm də kimin ssenarisi ilə Vətənə qarşı döyüşdüklərini bəlli edirlər.
Yeri gəlmişkən scrində gördüyünüz foto Qasım Süleymaninin məzarı üstündə çəkilib. Əldə etdiyimiz məlumatlara görə, elə həmin gün ermənilər də qardaşlarını tək qoymamış, ziyarətə getmişlər.
Seçmə 4. Azərbaycan Respublikasının Prezidenti Şuşada çıxış edərkən özlərinə müsəlman deyən dövlətlərin Azərbaycanın işğal olunmuş ərazilərində, İslam dinində müqəddəs, toxunulmaz sayılan məscidlərin ermənilər tərəfindən dağıdılması, orada donuz və mal-qara saxlanmasına rəğmən, bu ölkə ilə mehriban əməkdaşlıq etdiyini açıq mətnlə bildirmişdir. Bu çıxışdan narahat olan qeyd etdiyimiz şəbəkənin adminlərindən biri həm İranı, həm də Ermənsitanı müdafiə etmək məqsədilə heç aidiyyatı olmadığı halda Azərbaycanı “Şahçıraq terror”unda qınayıb.
“Oktyabrın 26-da Şirazda Şahçıraq ziyarətgahında içində günahsız uşaqların, qadınların və qocaların da olduğu 15 nəfərin həlak olması və 20-dən çox adamın yaralanması ilə nəticələnən terror əməliyyatının əsas əlaqələndiricisinin Bakıdan Tehrana uçmuş Azərbaycan vətəndaşı olduğu artıq sübut edilib. Çünki terrorun təşkilatçılarının hamısı artıq həbs edilib və onların hamısı təkfirçi vəhhabilərdir. O vəhhabilər ki, İlham Əliyev onlara Azərbaycanda geniş şərait yaradıb və hər cür əməkdaşlıq etməkdən belə çəkinmir. Biz soruşmaq istəyirik, məsciddə donuz saxlamaq böyük günahdır, yoxsa məsciddə günahsız insanları gülləbaran etmək?! Məscidlərdə donuz saxlayanlarla qucaqlaşıb görüşmək böyük xəyanətdır, ya məscidlərə ziyarət üçün gəlmiş günahsız körpələri, qadınları, qocaları terror edənlərlə qucaqlaşıb görüşmək?!”
Eynən erməni ssenarisi ilə faliyyət göstərən Fransada gizlənmiş M. Mirzəli, İsveçrədə ilişib qalmaq üçün dəridən-qabıqdan çıxan, ermənilərlə sıx əməkdaşlığı olduğunu açıq-aşkar dilə gətirən Manaf Cəlilzadə kimi Orxan Məmmədov və Tohid İbrahimbəyli də Azərbaycanı terrorçu yetişdirən dövlət kimi qələmə verirlər. Bundan böyük xəyanət, bundan o tərəfə düşmənlik olarmı?
Axı, bu təsdiq olunub ki, “Şahçıraq qətliamı” SEPAH generalları tərəfindən hazırlanmış ssenari ilə həyata keçirilib. Bunu bilirik ki, SEPAH zabitləri Şiraz şəhərində baş verən qətliama görə bu nüfuzlu hərbi qurumun Təhlükəsizlik Təşkilatının uzun illər İran xalqına divan tutmaqla ad çıxaran keçmiş rəisi Hüseyn Taebin dəstəsinin məsuliyyət daşıdığını iddia edib və açıqlamalarında onu bu terror aktını planlaşdırmaqda və həyata keçirməkdə günahlandırıblar. Səriştəsizliyi üzə çıxan və Mossad casusu olduğuna əsaslı şübhələr olduğu üçün İranın dini rəhbərinin və SEPAh komandanı general Hüseyn Səlaminin "sayıqlığı" nəticəsində Hüseyn Taeb SEPAH-ın Kəşfiyyat İdarəsindən uzaqlaşdırılıb. Hüseyn Taebin həmin qanlı qırğını törətmək üçün göndərdiyi muzdlunun silahı asanlıqla içəri keçirməsi üçün qapıları açan Şahçıraq ziyarətgahının təhlükəsizlik işçilərinin də bu dəstə ilə əlbir olduqları aydındır. Ola bilsin ki, sözügedən quldur dəstəsinin nüfuzu hətta Şiraz şəhər rəhbərliyi və polis idarəsinə də təsir edib ki, belə cinayəti törətməyə cəsarət ediblər.
Məsciddə donuz saxlanması məsələsini ciddi cəhdlə inkar edən bu şəbəkənin məqsədi başqa bir paylaşımda bəlli olur. Diqqət edək: “Rəhmətlik Çingiz Mustafayev deyirdi ki, bunlar meyidləri yarırdı ki, dünyaya erməniləri vəhşi göstərsinlər. Çingizin həmin çıxışı internetdə var. Həmçinin Çingizi elə buna görə öldürdülər. Bunlar 92-ci ildə meyid yaran həmin həyasızların davamçıları və övladlarıdır.
Qeyd: Burada Çingiz Mustafayevin- yəni döyüş bölgəsində olan jurnalistin düşmən tərəfindən qətlə yetirilməsini (beynəlxalq qanunlarla jurnalistə atəş açmaq qadağandır) başqa səmtə yönəldir və hətta ermənilər kimi iddia edirlər ki, şəhid jurnalisti də özümüz öldürmüşük.
Sitatın davamı: “Ermənilər məgər axmaqdır? Başqa vaxtı ermənilər dünyanın ən hiyləgər və çox bilmiş millətidir deyirlər. Erməni məscidə niyə donuz salsın ki? Buna əmin olun ki, 44 günlük müharibədə çəkilən məsciddə donuzlar videosu saxtadır. O donuzları məscidə 92-ci ildə meyidləri Çingiz gələnə kimi tez bazar yarmağa çalışanların övladları salıb”.
Burada təkrarçılığa yol verməmək üçün əlavə şərhi oxucuların ixtiyarına buraxırıq. “44 günlük müharibədə çəkilən məsciddə donuzlar videosu saxtadır”-deyən şəxsə necə azərbaycanlı, həmvətənli, soydaş deyək? Daha deməyə söz yoxdur.
Seçmə 5. Burada artıq Zəngəzur dəhlizi məsələsindən narahatlıqları nümayiş etdirilir. Əslində İranın Zəngəzurla bağlı mövqeyindən sonra “Vətən xainləri” şəbəkəsi maksimum dərəcədə Roma Papasından artıq katolik olub, mahiyyətlərini bəlli etmişdilər. Bu dəfə isə əndazə daha çox aşılır. Diqqət edək: “Malı 100 nəfər də bir-birindən oğurlasa, sahibi ilk dəfə malı oğurlanan şəxsdir. Bəzi dindar maskası taxmış hakimiyyət kölələrinin dindarlar arasında “Zəngəzur 100 il əvvəl bizim idi, ora islam torpağı olub, Zəngəzura girmək şəriətlə də düzgündür” kimi fikirlər yayması yenidən dindarları qərbin, sionizmin maraqları yolunda xərcləmək məqsədi ilədir. Əgər iddianızı şəriətlə əsaslandırırsınızsa, islam şəriətində malın ilk sahibi kimdirsə, mal ilk dəfə kimdən oğurlanıbsa, əsl sahibi də odur. Azərbaycan, Gürcüstan, Ermənistan, Zəngəzur, Dərbənd, Dağıstan, Türkiyənin şərqi, bütün bu ərazilərin hamısı İranın olub. 200 il əvvəl də İranın olub, 300 il əvvəl də, 500 il əvvəl də. Min illər əvvəl böyük fars imperiyaları zamanında da. Əgər həqiqətən bölgənin sahibinə qaytarılması iddiasındasınızsa, buyurun, qaytarın İrana”.
Yəni Zəngəzur İran ərazisidir və əgər sahibinə qayıtmalıdırsa, onda ünvan bəllidir. Hətta bir paylaşımda Zəngəzur sözünün fars dilindən götürüldüyünü və ərazinin uzun müddət İrana məxsus olduğunu iddia etmişdilər.
Seçmə 6:
Az öncə söz açdığımız erməni agenti Manaf Cəlilzadənin fake məlumatını təkrar paylaşıblar.
Bu isə ermənilərin saxta xəbərlər istehsalı üzrə ixtisaslaşmış "Bagramyan" telegram kanalının vətən xaini Manaf Cəlilzadənin həmin saxta xəbərinə verdiyi dəstəkdir:
Maraqlıdır ki, “vətən xainlərinin” “yalan-doğru” fakt-yoxla kanalı var. Həmin kanalda İranla bağlı Azərbaycan və digər ölkələrin mediasında gedən bütün xəbərlər saf-çürük olunur, yalnışlar göstərilir və özlərinəməxsus tərzdə inka edilir. Bütün xəbərlər! İstinasız! Belə bir kanalları olduğu halda erməni agentinin saxta xəbərini həqiqət olduğu kimi paylaşırlar və ədalətdən, haqdan, imandan danışırlar.
Məsələ burasındadır ki, erməni agentinin paylaşdığı bu foto Türkiyədə 2016-cı il 15 iyuldə baş tutmamış xain çevriliş cəhdi zamanı çəkilib.
Seçmə 7. Bu dezinformasiyanı yayan şəxsin kimliyi bəlli deyil. Amma 18-35 yaş arası şəxslərin səfərbərliyə cəlb edilməsi haqda məlumatına “vətən xainləri” şəbəkəsi belə bir şərh yazıblar: “…xalqımızı qırğına verməyə hazırlaşır. Bunu başa düşməyənlər gedib cəbhədə qırılsa yaxşıdır (Yani Vətən üçün canını fəda edənlər şəhid deyillər-red.) Başa düşənlər isə bacardıqca bu oyunlardan kənarda dursalar yaxşdıır”
Burada xüsusi qeyd etməliyik ki, “vətən xainləri” şəbəkəsinin yaydığı əsas tezislərdən biri də gənclər hərbi xidmətə getməsinlər, getsələr də erməni qardaşlarımıza atəş açmasınlar. Çünki bu müqaddəs müharibə deyil, orada həlak olanlar isə şəhid.
Əks halda cəhbədə baş verən hadisələrlə bağlı ermənilərin xeyrinə bu paylaşmları etməzlər. Belə paylaşımlar isə yüzlərlədir.
Bu vieoları paylaşıb, qeyd edilən şərhləri yazanların ermənilərdən fərqləri varmı?
Bir daha təkrar edirik ki, bu seçmələr yalnız son 1 ay ərzində edilən paylaşımların 1/10-dir.
Yekunda bir daha kamerunlu Emboloya qayıdırıq. Orxan Məmmədovun şərhində deyilirdi: …ingilislər İrana qol vuranda, stadionda bir qrup xaricdə yaşayan vətən xaini var idi ki, ingislisləri alqışlayır və əllərin bütün dünya xalqlarının qanına bələşən İngiltərənini bayrağını dalğalandırırdı... İrandakı iğtişaşlarda iştirak edən vətən xainlərinin hamısı bu cür şərəf və namusunu xaricilərə satan ünsürlərdirlər!”
Elə isə siz kimsiniz, orxan məmmədovlar, tohidlər və digələri? Siz nəyinizi satmısınız? Özünü Həzrəti Əli davamçıları sayan bu şəxslər heç İslamın dəyərli şəxsinin adını dillərinə gətirəndə etdiklərindən utanırlar? Həzrət Əlinin vətən, millət, ümmət, düşmən haqda dediklərini oxumayıblar?
“Üzunuz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sızə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allah qarşısında bu qədər günah edirlər, sız isə bu günahlarla razılaşırsınız.”
Bu sözləri Həzrəti Əli (ə) müharibəyə getməkdən boyun qaçıran iraqlılara xitabən deyib...