“Qəbirlərin təhqir edilməsi, mədəniyyət abidələrinin dağıdılması “türk kimliyi” nin bir hissəsidir. Mədəni abidələrin, məbədlərin dağıdılması, tarixi izlər silmək, ərazilərini işğal etdikləri xalqların mədəni irsini məhv etmək, barbarlıqlarına özlərini İslamın və bütün dünya müsəlmanlarının müdafiəçiləri kimi təqdim edərək dini mübarizə kölgəsi vermək cəhdləri ilə müşayiət olunur. Bu iddia ilə ermənilərin infoteka24 saytı çıxış edib.
Sayt bu iddiasına nümunə olaraq, İkinci Qarabağ Müharibəsi zamanı bir Azərbaycan əsgərinin Qarabağda basdırılan erməni işğalçısının məzar daşına təpik vurması ilə bağlı sosial şəbəkələrdə yayılan videonu göstərib.
Erməni nəşrinin açıqlamalarının yalan olduğunu sübut edən əsas fakt, Ermənistandan fərqli olaraq, Azərbaycanda bu cür qanun pozuntularına yol vermiş şəxslərin döyüş əməliyyatları zamanı və ya dinc dövrd olmasına baxmayaraq cinayət məsuliyyətinə cəlb edilməsidir.
Belə ki, ötən ilin dekabr ayında erməni hərbi qulluqçularının meyitləri və ermənilərə məxsus qəbir daşları üzərində təhqiredici hərəkətlərə yol verməkdə təqsirləndirilən 4 nəfər hərbi qulluqçu həbs edilib. Bununla bağlı Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.
Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələri, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri aşkarlanıb. R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Baş Prokurorluğu bəyan edib ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək.
Baş Prokurorluğun açıqlaması Azərbaycan dövlətinin bu kimi faktlara münasibətini nümayiş etdirir. Bu arada, Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə Ermənistanda bir dənə də olsun bu tipli cəaz faktı qeydə alınmayıb.
Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın və ətraf 7 rayonun onilliklərlə davam edən işğalı zamanı yalnız yaşayış məntəqələrini deyil, azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqları da dağıdıblar. Ermənilərin törətdiyi bu vandalizm aktlarının mənzərəsi İkinci Qarabağ müharibəsi nəticəsində tarixi Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra daha aydın göründü..
Azərbaycanın azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılıb və indi “ruhlar şəhərləri"ni xatırladırlar. Bu ərazilərdəki qəbiristanlıqlar da eyni aqibəti yaşayıb. Ermənilər qəbirləri təhqir edib, hətta məzar daşlarının bir hissəsini Ermənistana aparıblar.
Doğma yurdlarına qayıdan azərbaycanlılar yaxınlarının məzarlarını ziyarət etmək istəsə də əksəriyyəti məzarları tapa bilmir. Çünki emənilər məzarları təkcə dağıtmaqla kifayətlənməyib, qeyd edildiyi kimi baş daşlarını da aparıblar.
Cəbrayıl şəhər qəbiristanlığı da digərləri kimi ermənilər tərəfindən dağıdılıb. Qəbiristanlıqda bir dənə də olsun məzar qalmayıb. Burada hətta insan qalıqları olan açıq məzarlara da rast gəlmək mümkündür.
Erməni vandallar tərətdikləri əməllərə görə Ermənistanda heç bir təzyiqlə üzləşməyəcəklərini bildiklərindən işğal illərində foto və videoları sosial şəbəkələrdə yayıblar. Məsələn, Facebook-un erməni seqmentində yayılan bu foto işğal altındakı Ağdamda ermənilər tərəfindən dağıdılmış bir qəbiristanlıqda çəkilib. Əyinində hərbi şalvar, ayağında çəkələk olan bu şəxs azərbaycanlılara aid məzarları təhqir edərək erməni işğalçılarının xüsusi "dəyərlərini" və "sivilizasiyadakı rollarını” nümayiş etdirir. Öz hərəkətlərindən qürur duyan bu erməni vandal qəbir daşlarının yanında nalayiq pozalar verir və qəbirləri tapdalayır.
Bir neçə il əvvəl sosial şəbəkələrdə Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun qəbrinin dağıdıldığı əks olunan video yayılmışdı. "Bakıya qədər gedəcəklərini” deyən Arşak Zakaryanın təşəbbüsü ilə vandallar qəbir daşını ağır çəkiclə darmadağın etmişdilər. Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanı A.Bağırov Ağdamdakı Şəhidlər Xiyabanında dəfn edilib. İşğalçılar onun məzar daşını sökərək Xankəndinə aparıb, şəhərin mərkəzində dağıdıblar.
Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz sosial şəbəkə hesabında qeyd edib ki, ermənilər üçtərəfli bəyanatın tələbinə əsasən Ağdam rayonunu tərk edərkən məzarları açaraq meyitlərin qalıqlarını çölə atıblar.
Ermənistandakı Azərbaycan qəbiristanlıqları da kütləvi şəkildə təhqirlərə məruz qalıb.
Füzulidə dağıdılmış qəbilər.
Erməni barbarlığının ən dəhşətli sübutlarından biri də Azərbaycan şairi Natəvanın məzarının təhqir olunmasıdır. Məşhur fotoqraf Reza Deqati Xurşidbanu Natəvanla bağlı paylaşım edib.
Deqati izləyicilərin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın son xanının varisi olub və ailənin sərvətinin böyük hissəsini humanitar fəaliyyətə sərf edib.
Fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”.
Bu yaxınlarda teleqramda erməni işğalçılarının qeyri-insani rəftarını sübut edən görüntülər yayılıb. Ağdam rayonunun Sarıcalı kənd sakini Xəqani Əliyev kənd işğal ediləndə ermənilər tərəfindən qətlə yetirilən 8 yaşlı oğlunu öz həyətində alça ağacının dibində dəfn edib. 28 il sonra Ağdam azad edildikdən sonra kəndə dönən ata məzarı tapır, amma ermənilərin uşağın meytinin qalıqlarını təhqir etdiyi məlum olub.
Qəbirlərin təhqir edilməsi və ölənlərin alçaldılmasının erməni kimliyinə xas olduğunu onların öz hərbçilərinə qarşı törətdikləri əməl sübut edir. Bir neçə il əvvəl 2016-cı il aprel döyüşləri zamanı ölən erməni əsgərlərinin məzarları alçaldılmışdı. Bu barədə Daşnaksutyun təşklilatın üzvü Artur Yeqiazaryan Facebook səhifəsində yazıb, həmçinin video paylaşmışdı.
Fkatlar sübut edir ki, qəbiristanlıqlara və ölülərə qarşı vandalizm erməni millətçilərinə xas olub. Bunu həm ermənilər tərəfindən bu cür cinayətlərin kütləvi şəkildə törədilməsi, həm də bu cinayətlərə qarşı heç bir cəza tədbirlərinin görülməməsi sübut edir. Bunun əksinə olaraq Azərbaycanda belə hallar nadir sayılır və buna görə cinayət işi açılır.
Bu qənaətə gəlirik ki, erməni internet nəşrinin ittihamları əsaslı deyil və bu, diqqəti ermənilərin öz cinayətlərindən yayındırmaq məqsədi daşıyır.