“İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməni əsilli uşaqların müharibəyə cəlb olunaraq onların əməyindən istifadə edilməsinə dəfələrlə rastlamışıq. Belə tərbiyə metodları yalnız gərginliyin, qarşıdurma, qisasçılıq ab-havasının güclənməsinə zəmin yaradır”. Bu açıqlama ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva çıxış edib. Ombudsman bidlirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hüquq və qanun qarşısında cavab verməli, o cümlədən, uşaqların həyatı, sağlamlığı və digər hüquqlarına yönəlmiş pozuntulara görə məsuliyyətə cəlb olunmalıdırlar.
Saxta.info Azərbaycan Ombudsmanının bu bəyanatının nə dərəcədə əsaslə olduğunu yoxlayıb.
Erməni cəmiyyətində azərbaycanlılara və Azərbaycana qarşı etnofobiyanın olması barədə ilk dəfə eşitmirik. Bu çirkin təbliğat haqda çox yazılıb və deyilib. Ötən sərdə azərbaycanlıların kütləvi qırğınları və qətlləri ilə müşayiət olunan faciəli hadisələr bu çirkin təbliğatın inkaredilməz sübutudur.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi" başlıqlı hesabatı da bu məsələyə həsr edilib. Hesabtda Ermənistan cəmiyyətində Azərbaycana qarşı davam edən düşmən münasibətin və Azərbaycanafobiyanın daha da genişlənməsindən bəhs olunub. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl və post-müharibə dövründə əhali arasında və mediada başqa millətlərə və irqlərə qarşı ayrı-seçkilik, ksenofobiya və ədavət dilindən istifadə olunub. Araşdırmada bildirlir ki, ermənilərin nifrət nitqinin səbəblərindən biri əsrlərdir "qədim erməni xalqı" ideyasının millətin beyninə yeridilməsi, erməni xalqının başqa xalqlardan üstünlüyünün təbliğidir. Hesabat müəllifləri xüsusi olaraq ermənilərin türkə qarşı nifrət ruhunda böyüdükləri vurğulanıb.
Beləliklə, bu gün Ermənistanda Azərbaycanofobiya hökm sürür. Hətta bu amil o qədər qədər güclüdür ki, ötən il Azərbaycanın 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi iclasını çağırması təşəbbüsünə yalnız Ermənistan qarşı çıxmışdı. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibədə bunu " Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiya, onların ksenofob, irqçi və faşist mahiyyətinin təzahürü kimi qiymətləndirib.
Sosial şəbəkələrin erməni seqmentində Azərbaycana qarşı təhqir və ittihamlar, azərbaycanlıların qətlinə çağırışlar o qədər geniş yayılıb ki, hətta şəbəkələrin moderatorları bu “nifrət nitqini” (hate speech) silmək vəzifəsinin öhdəsindən gələ bilmir.
Azərbaycanlıların ünvanına təhqiramiz epitetlər, “hər türkün aqibəti eyni olmalıdır”, “yaxşı türk ölmüş türkdür” kimi ifadələr, habelə erməni sosial media istifadəçilərinin birmənalı açıq sözləri erməni cəmiyyətinin ümumi münasibətinə şübhə yeri qoymur. Saxta.info etik səbəblərə görə, erməni seqmentinin xüsusilə “koloritli” ifadələrindən sitat gətirmir. Lakin, internetdə qısa bir axtarışla bu ifadələri görmək mümkündür.
Erməni hakimiyyət orqanları tərəfindən erməni uşaqlarının müharibəyə cəlb olunmasına gəlincə, bunu Qarabağdakı hərbi əməliyyatlar dövründə və müharibədən sonra geniş yayılmış çoxsaylı video və fotoşəkillər sübut edir. İkinci Qarabağ müharibəsi dövründə telegram kanalları tərəfindən yayılan videoda Xankəndidəki məktəblilərin, hərbi forma geyinmiş böyüklərin nəzarəti altında Kalaşnikov avtomatını söküb yığdığı əksini tapıb.
Bu kadrlarda erməni yeniyetmənin hərbi forma geyinmiş böyüklərlə birlikdə topun döyüşə hazır vəziyyətə gətirilməsində iştirak etdiyi və özünün də atəş açdığı əksini tapıb.
Başqa bir videoda “avtomatlarla” silahlanan erməni yşaqlar böyüklərin əmri ilə "minaatan"lardan atəş edirlər. Aydındır ki, burada söhbət həqiqi silahlardan getmir, ancaq uşaqların hərəkətlərinin reallığı onların həqiqi döyüşlərə hazır olduqlarını göstərir.
Aşağıda təqdim olunan fotoşəkillərdə uşaqları biz əsl döyüş silahları ilə görürük.
Erməni mənbələrinin məlumatları da hakimiyyət orqanlarının uşaq və yeniyetmələrin döyüş hazırlıqlarına cəlb edildiyini dolayısı ilə təsdiqləyir.
Belə ki, bu ilin may ayında Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu il ölkənin 4 məktəbində 11 sinif şagirdləri üçün hərbi-idman düşərgələri üzrə pilot proqramına start verib.
Bu arada qeyd edək ki, silahlı qarşıdurma zamanı uşaqlar hərbi əməliyyatlarda iştirak etməyən mülki vətəndaşlara verilən ümumi müdafiə hüququna istifadə edirlər. Mülki insanlara hümanitar münasibət təmin olunur. Bunlar hərbi əməliyyatların aparılmasını tənzimləyən qanuni müddəalara tabedir. Uşaqların xüsusi zəifliyini nəzərə alaraq, 1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolları uşaqlara xüsusi qorunma təmin edən bir sıra spesifik qaydaları müəyyənləşdirib. Bunlar birbaşa döyüş əməliyyatlarında iştirak edən uşaqlara şamil olunur.
Yeri gəlmişkən, Əlavə Protokollar, 1989-cu il Uşaq Hüquqları Konvensiyası uşaqların hərbi əməliyyatlarda iştirakına məhdudiyyətlər müəyyən edib. Beynəlxalq Cinayət Məhkəməsi uşaqların silahlı qarşıdurmaya cəlb edilməsini hərbi cinayət kimi qiymətləndirir.
Beləliklə, nəzərdən keçirilən faktlar, KİV-lərdə yer alan xəbərlər, foto və video dəlillər Ermənistanda Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hisslərinin dövlət siyasəti səviyyəsində aparıldığını, eləcə də yeniyetmələrin bu təbliğatın əsas hədəfi olduğunu göstərir.
Saxta.info sadalanan faktlara və beynəlxalq hüquqa əsaslanaraq bu qənaətə gəlib ki, Azərbaycan Ombudsmanının açıqlaması əsaslıdır.