OC Media (Open Caucasus Media) adı ilə tanınan, Azərbaycan dilinə “Açıq Qafqaz Mediası” kimi tərcümə olunan onlayn xəbər platforması 2017-ci ilin yanvarında Mariam Nikuradze, Dominik K. Cagara və Caroline Sutcliffe (Kerolayn Satklif) tərəfindən Tbilisidə yaradılıb.
Məlumatlara görə “OC Media” 2016-cı ildə, Qafqazda “az işıqlandırılan” mövzuların yayılması ilə məşğul olan "Chai Khana"-nın himayəsi altında təsis edilmişdir. Fəaliyyətə başladıqdan 10 ay sonra müstəqil hüquqi şəxs kimi qeydiyyatdan keçib. Qey olunmalıdır ki, layihənin yaradıcısı Kerolayn Satklifin kimliyi ilə bağlı Faktyoxla-nın “Məkrli oyunların "Meydan"ı” adlı araşdırmasında ətraflı məlumat verilib.
Kerolayn sonradan Gürcüstana (Tiflisə) köçür və orada regional multimedia platforması olan "Chai Khana"-nı təsis edir. Bu platformada Azərbaycan, Ermənistan və Gürcüstandan olan yerli jurnalistlərə təlimlər keçirilir, sosial-siyasi mövzular işıqlandırılır. Dominik Caqara və Mariam Nikuradze də məhz bu platformada onun komandasında formalaşırlar. Dominik Caqara (Dominik Čagar) və Mariam Nikuradze isə ilk dəfə Gürcüstanda ixtisaslaşmış media qurumu olan "Democracy and Freedom Watch"-da işləyərkən tanış olublar.
Beynəlxalq media kataloqlarında (Project Oasis sənədlərində) OC Media-nın rəsmi təsisçiləri olaraq üç ad qeyd olunur.
“OC Media”-nın ofisləri Gürcüstanın Tbilisi şəhərində yerləşməsinə baxmayaraq, nəşr bütün region üzrə sərbəst jurnalist (frilanser) və müxbirlərlə, o cümlədən Çeçenistan, Abxaziya və Cənubi Osetiya kimi daha iri KİV-lərin əlaqə saxlamaqda çətinlik çəkdiyi ərazilərlə əməkdaşlıq edir.
2021-ci ildə “OC Media” digər beş yerli media qurumu ilə əməkdaşlığa başladığını açıqlamışdır: bunlara xaricdə fəaliyyət göstərən "Mikroskop Media" (Azərbaycan), Ermənistandakı "CivilNet", Gürcüstandakı "On.ge", eləcə də Gürcüstanın cənub bölgələri olan Kvemo Kartli və Samtsxe-Cavaxetidəki "Radio Marneuli" və "JNews" daxildir.
Platforma özünü mərkəz-sol, sülh, sosial ədalət və münaqişəyə həssas jurnalistika tərəfdarı kimi təqdim edir.
Layihənin Şimali Qafqaz (Dağıstan, Çeçenistan), Azərbaycan, Ermənistan və münaqişə zonalarında geniş frilanser (sərbəst müxbir) şəbəkəsi var.

Mariam Nikuradze —“OC Media” platformasının həmtəsisçisi və icraçı direktorudur.
O, regionda və beynəlxalq media mühitində tanınmış müstəqil foto-jurnalist, sənədli fotoqraf və media meneceridir. [b-future]
1990-ci il (dekabr ayı) təvəllüdlüdür.
2011-ci ildə Tbilisidə İctimai İşlər İnstitutunu (GIPA) və Tbilisi Dövlət Universitetini bitirərək jurnalistika üzrə bakalavr dərəcəsi alıb. Daha sonra “Media mühəndisliyi” üzrə magistr dərəcəsinə yiyələnib.

15 ildən çoxdur ki, qaynar nöqtələrdən birbaşa reportajlar hazırlayan jurnalist kimi fəaliyyət göstərir. “OC Media”-nı qurmazdan əvvəl Gürcüstanda fəaliyyət göstərən "Democracy and Freedom Watch" internet qəzetində müxbir işləyib. Həmçinin işçi haqları və ağır əmək şəraitini araşdıran müstəqil tədqiqat layihələrində iştirak edib. 2017-ci ilin yanvarında Dominik Caqara ilə birlikdə OC Media layihəsini təsis edib.

Avropa İttifaqının Jurnalistika Mükafatı (EU Prize in Journalism), Norveçin "Fritt Ord" fondu və Almaniyanın "Zeit-Stiftung" fondu tərəfindən təqdim olunan "Azad Media Mükafatı"nı (Free Media Award) alıb.
Kerolayn Satklif “Chai Khana” layihəsinə Gürcüstan üzrə aparıcı fotojurnalist və multimedia istehsalçısı kimi məhz Mariam Nikuradzeni dəvət edir. Arxivlərdə olan rəsmi materiallar sübut edir ki, 2015-ci ilin iyun və avqust aylarında "Chai Khana" platformasında yayımlanan ilk irihəcmli vizual layihələrin (məsələn, "Abxaziya sahillərinin eroziyası" və "Bakıda rus bit bazarı") müəllifləri bu iki şəxs olublar.
2016-cı ildə Mariam Nikuradze və Dominik Caqara Gürcüstanın Adigeni bölgəsində xristian və müsəlman icmaları arasındakı münaqişəni işıqlandırarkən regionda daha aqressiv xəbər istehsal edən ingilisdilli platformaya ehtiyac olduğunu öz aralarında müzakirə edirlər.
Onların bu ideyasını maliyyə və idarəetmə baxımından dəstəkləyən və layihəni böyük qrant şəbəkələrinə çıxaran şəxs məhz Kerolayn Satklif olur.

Dominik Krzysztof Cagara
Qafqaz regionu üzrə ixtisaslaşmış jurnalist, tərcüməçi, sülh quruculuğu mütəxəssisidir. Polyak əsillidir.
O, Mariam Nikuradze ilə birlikdə "OC Media" platformasının əsasını qoyanlardan biridir və təşkilatın inkişafında rəhbər rollardan birini oynayır.
O, dərindən araşdırılmış hesabatlar hazırlamaq və regional müzakirələr üçün gündəm müəyyənləşdirmək məqsədilə geniş müxbir şəbəkəsi ilə əməkdaşlıq edir. Cagara, jurnalistika, media savadlılığı, eləcə də sülh və münaqişə tədqiqatları sahəsində təlimlər keçirir. O, hələ 2009-cu ildən Qafqaz regionunun dilləri (məsələn, çeçen dili) ilə maraqlanıb və regiondakı azlıqlar, təhlükəsizlik və münaqişə bölgələri üzrə tədqiqatlar aparıb. Caqara Gotenburq Universitetində "Qlobal Araşdırmalar" (Global Studies) və dilçilik üzrə təhsil alıb.

Dominik Caqara Tbilisidəki "Qafqaz Evi" (Caucasian House) təşkilatında layihə meneceri və təlimçi, həmçinin "Democracy & Freedom Watch", "Institute for War and Peace Reporting", "Open Democracy Russia" və "Chai Khana" və s. bir çox tərəfdaş qurumlarda müxbir kimi çalışıb. O, həmçinin Aİ və Avropa Qonşuluq Siyasəti ölkələrindən olan media mütəxəssislərinin jurnalistika bacarıqlarının inkişafına həsr olunmuş, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Qonşuluq üçün jurnalistika sənəti" ("Journalistic Craft for Neighbourhood") layihəsində də fəaliyyət göstərib.
O, ilk olaraq Tbilisidə yerləşən layihə rəhbəri və təlimçi kimi fəaliyyətə başlayıb.
Onun rəhbərlik etdiyi layihələr Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCO), "Açıq Cəmiyyət İnstitutu" (Soros), "Demokratiyaya Dəstək Milli Fondu" (NED) və Avropa Demokratiya Fondu (EED) tərəfindən maliyyələşdirilir.
Şirkətdə 12 tam ştatlı işçi, 2 yarımştat işçi və 25 frilanser və ya məsləhətçidən ibarətdir. directory.globalprojectoasis

“OC Media”-nın maliyyəsi klassik “müstəqil Qafqaz mediası” modelidir: əsas yük institusional qrantlara düşür, oxucudan gələn hər hansı maddi dəstək kiçik paya sahibdir. Reklam və üzvlükdən vəsait toplamaq zəifdir.


“OC Media”-ya verilən maliyyə 3 istiqamətlidir: institusional qrant (əsas), oxucu/üzvlük (kiçik, artan), kommersiya (yeni). Tam illik balans ictimaiyyət üçün açıq deyil.
“Oasis”-ə görə əsas gəlir özəl donor qrantı, xarici hökumət qrantları, “Google” reklam gəliri, oxucu dəstəyi və fərdi ianələrdən ibarətdir. Təşkilat donor adlarını dərc etsə də, illik gəlirlə bağlı susmağa üstünlük verir.
“Soros”-un "Açıq Cəmiyyət Fondu" (OSF) bu platformanın fəaliyyətini davam etdirməsi üçün mütəmadi olaraq institusional və layihə qrantları ayırır. Buna görə də bir çox ölkələrin rəsmi dairələri bu medianı tam mənası ilə "Soros şəbəkəsinin və Qərb donorlarının Cənubi Qafqazdakı siyasi aləti" adlandırırlar.

Mənbə: lowdown
“OC Media Media Kit 2025”-də qeyd olunub ki, “20-dən çox institusional donor” dəstəyindən yararlanıblar.

Cədvəldə adı çəkilən təşkilatların etdikləri yardımlarla bağlı tapa bildiyimiz detallar:
European Endowment for Democracy (EED)
EED “OC Media”-nı öz arxivində tərəfdaş/qrantalan kimi təqdim edir. “Oasis” yazır ki, 2017-ci ildə EED dəstəyi ilə müstəqil təşkilat olub.

UK FCDO (əvvəl FCO və CSSF)
2018-ci il arxivindəki rəsmi “About” səhifəsində bu təşkilatların (UK Government’s Conflict, Stability and Security Fund (CSSF) və United Kingdom Foreign and Commonwealth Office) sponsor olduqları haqda qeyd var.

National Endowment for Democracy (NED)
“OC Media”-nın öz məqaləsində NED-dən təsdiqlənmiş, lakin sonra bloklanan təxminən 220 000 $ qrant qeyd olunur. Əksər mənbələrdə NED donor siyahısına daxil edib.

Open Society Foundations
Həm 2018 “About” səhifəsində, həm də ikinci dərəcəli xülasələrdə (məs. Lowdown) donor kimi göstərilir.
Friedrich-Ebert-Stiftung
2018 “About” səhifəsində “Friedrich-Ebert-Stiftung South Caucasus Office” kimi yazılıb.
Çexiya XİN
Donor siyahısını dərc edən mənbələrdə “Ministry of Foreign Affairs of the Czech Republic” kimi keçir. Ayrı-ayrı grant məbləği açıq “USAspending” tipli bazada tapılmadı, amma ad rəsmi donor siyahısındadır.
Thomson Reuters Foundation
“OC Media”-nın əvvəlki donor siyahısında təşkilatın adı keçir.
ABŞ Dövlət Departamenti/Tbilisidəki ABŞ Səfirliyi – 31280 $
USAspending.gov-da qrant:
- FAIN: SGG80021GR3136
- Awarding agency: Department of State
- Recipient: OC MEDIA, Tbilisi
- Məbləğ: 31 280 $
- Müddət: 30 sentyabr 2021 – 30 sentyabr 2022
- Təsvir: “Quality information for local audiences in the South Caucasus”
CFDA 19.900 (AEECA/ESF PD) – səfirlik/ictimai diplomatiya xətti.


Google
“Project Oasis” kataloqunda “OC Media” gəlir mənbələri arasında “Grants from Google” göstərilir.

Erkən birgə layihələr
2018 “About” bölməsində təşkilatların adları çəkilir: CSSF, International Alert/EPNK, Civil.ge/COBERM, “openDemocracy Russia”.
Onu da qeyd edək ki, cari “oc-media.org/about-us” səhifəsində artıq konkret donor adları gizlədilir. Onlar oxucu üzvlüyünə keçidi vurğulayaraq, bu mövzudan yayınırlar.
“OC Media”-nın 27 fevral 2025 tarixində yaydığı məlumatda deyilir ki, NED-dən əvvəlcədən təsdiqlənmiş təxminən 220000 dollarlıq vəsait bloklanıb. Elə həmin gün USAID-dən 33000 dollarlıq müqavilə ləğv edilib.
Nikuradze “Kyiv Independent”-də açıqlamasında bildirib ki, bu kəsinti əsas əməliyyat büdcəsinin 80%-ni təşkil edirdi.
Araşdırma nəticəsində müəyyən olundu ki, “OC Media”-nın büdcəsindən asılı olan iki qabıq təşkilat mövcuddur. Biri Gürcüstanda, Tbilisi şəhəri Çikovani 6A ünvanındakı QHT, digəri isə Uelsdə 2024-cü ilin aprelində qeydiyyatdan keçən “OC MEDIA LTD” şirkətidir.
O da məlum olur ki, Uelsdə qeydiyyatdan keçən təşkilat böyük həcmli vəsaitləri saxlamır, yalnız kiçik ölçülü büdcə ilə keçinir. Böyük donor müqavilələri ehtimal ki, Gürcüstandakı hüquqi şəxsin bank hesabı və ya birbaşa layihənin özü üçün açılmış hesabla həll olunur.
“OC MEDIA LTD” şirkəti haqqında
Britaniya “Companies House” qeydindən:



Uels şirkəti Tbilisi redaksiyasının Britaniyadakı hüquqi qabığıdır.
30 aprel 2025 mikro hesabat (üçüncü tərəf xülasəsi):
- Cari aktivlər: təxminən 41 270 £
- Cari kreditorlar: təxminən 25 620 £
- Səhmdar vəsaiti: 15 652 £
- İşçi sayı hesabatda: 3


Bu, bütün “OC Media” büdcəsi deyil. “Oasis”-də redaksiya 12 tam ştat + frilanserlər göstərilir. LTD kiçik balans saxlayır. Bu LTD “bütün donor pulunun anbarı” kimi görünmür — daha çox UK-də hesab, müqavilə, üzvlük/reklam və hüquqi ünvan üçün qabıqdır.

Niyə Uels, niyə 2024?
Tarix vacibdir: 2024-cü ilin apreli Gürcüstanda “xarici agent” / xarici təsir qanununun qızğın dövrüdür. Həmin ildə donor media hüquqi riskə düşür, hesablar və qrantlar hədəfə çevrilirdi. Bir çox redaksiya eyni vaxtda xaricdə ikinci hüquqi ünvan açırdı. Gürcüstanda qanun xaricdən gələn maliyyəni sıxanda ikincilər digər ölkələrdə ünvan axtarmağa məcbur olurdular. Uelsli Fabbronun pasportu qeydiyyatı sadələşdirdi.
“OC MEDIA LTD” maliyyə vəziyyəti Hesabatı (30 aprel 2025-ci il tarixinə)
- Cari aktivlər: 41,268
- Kreditorlar: bir il ərzində ödənilməli olan məbləğlər: (25,616)
- Xalis cari aktivlər / (öhdəliklər): 15,652
- Cari öhdəliklər çıxılmaqla ümumi aktivlər: 15,652
- Xalis aktivlər / (öhdəliklər): 15,652
- Kapital və ehtiyatlar: 15,652

“OC Media”-nın Azərbaycana qarşı obyektivlikdən uzaq qərəzli məqalələrindən bəzilərini təqdim edirik:
2020-ci il 44 günlük müharibəsinin 44-cü günündə “OC Media”-nın “live updates” xülasəsidir.

“OC Media”-nın həmin dövrdə dərc etdiyi bu xəbər lenti hər nə qədər formal olaraq "neytral xronika" kimi təqdim olunsa da, seçilən başlıqlar və istinad edilən mənbələr platformanın birtərəfli və manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir. Seçilmiş başlıqlardan “Dağlıq Qarabağda hərbi cinayətlərə dair sübutlar artır”, “Azərbaycanda sülh fəalları sorğu-sual edilməyə çağırıldı”, “Stepanakert atəş altında” və s. Seçilən manipulyativ başlıqlar və istinadlar bu platformanın qərəzli anti-Azərbaycan qərərgah kimi fəaliyyət göstərən mahiyyətini açıq şəkildə ifşa edir.
Təqdim olunan bu məqalə ilə “OC Media” həqiqəti gizlətmək üçün xarici diplomatların səfərlərinə belə qara yaxmaqla özünün qərəzli və qeyri-peşəkar media qurumu olduğunu açıq şəkildə nümayiş etdirir və bir daha sübut edir ki, “OC Media” obyektiv jurnalistika platforması deyil, məqsədli şəkildə Azərbaycan əleyhinə fəaliyyət göstərən, ermənipərəst təbliğat və manipulyasiya mərkəzidir.

2026-cı ilin sentyabrında dərc edilən bu materialda Azərbaycanın öz tarixi-mədəni irsini – Qafqaz Albaniyası abidələrini bərpa etməsi və qoruması saxtakarcasına “erməni irsinin silinməsi” kimi qələmə verilir. “OC Media” reallığı təhrif edərək tarixi həqiqətlərə göz yumur.
2022-ci il dekabrında, Laçında eko-aktivistlərin keçirdiyi aksiyanın (sayt bunu “Qarabağın blokadası” adlandırıb-red. ) ilk günlərində yazılan bu məqalə ilə “OC Media” yenə də reallığı təhrif edərək Azərbaycanın sərhəd təhlükəsizliyi tədbirlərini “blokada” kimi qələmə verib və dinc etirazçıları hədəf göstərməklə erməni təbliğatının ruporu olduğunu sübut edib.

Bu məqalə sırf emosional manipulyasiyaya və qərəzli tezislərin cəmiyyətə sırıdılmasına hesablanmış növbəti “OC Media” qərəzinin bariz nümunəsidir.

Rasmus Kənbəkin təqdim olunan məqaləsi anti-Azərbaycan dairələrin sifarişli və qərəzli yanaşmasının, həmçinin jurnalistika prinsiplərindən uzaq manipulyativ üslubun bariz nümunəsidir. Məqalədə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfranslar, mədəni tədbirlər və diaspora fəaliyyəti “təzyiq aləti” kimi qiymətləndirilir. Azərbaycanın öz mədəni irsini qorumaq, haqsızlıqları beynəlxalq müstəviyə daşımaq səylərini “təxribat” kimi qələmə vermək müəllifin anti-Azərbaycan mövqeyini bir daha açıq şəkildə ortaya qoyur.

Təqdim olunan məlumat erməni lobbisinin və anti-Azərbaycan təbliğat şəbəkəsinin mütəmadi olaraq dövriyyəyə buraxdığı növbəti manipulyativ və əsassız iddialardan ibarətdir. Ağır hərbi cinayətlər törətmiş şəxsi “günahsız könüllü” kimi təqdim etməklə “OC Media” Azərbaycanın hüquq-mühafizə sisteminə qarşı növbəti ucuz qara piar və qərəz şousu sərgiləyirlər.

Luis Moreno Ocamponun sifarişli və hüquqi əsası olmayan absurd iddiaları tirajlamaq yalnız ermənipərəst lobbinin maraqlarına xidmət edən avanturadır. “OC Media” bu kimi qondarma rəyləri yaymaqla Azərbaycanın suverenliyinə qarşı aparılan informasiya təxribatlarının əsas iştirakçısı olduğunu bir daha təsdiqləyir.
Human Rights Watch-un erməni lobbisinin təsiri ilə hazırladığı yalançı hesabatlara əsaslanan “Dağlıq Qarabağda qanunsuz həbsdən sağ qurtulanlar hərbi cinayətlər barədə danışırlar” məqaləsi erməni lobbisinin və birtərəfli beynəlxalq təşkilatların Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq üçün istifadə etdiyi növbəti qarayaxma kampaniyasıdır.

Gəncənin, Tərtərin raketlərlə vurulmasını, qətlə yetirilən sakinləri görməzdən gələn “OC Media” uydurma şahid ifadələri ilə növbəti dəfə qərəzli riyakarlığını ortaya qoyur.

Marut Vanyan tərəfindən yazılmış bu məqalə də erməni təbliğat maşınının “OC Media” vasitəsilə reallaşan növbəti emosional manipulyasiya alətidir. Suveren sərhədlərimizdə qanunsuzluğun qarşısının alınmasını “təcrid” kimi qələmə verən bu reportaj, erməni separatçılarının girov siyasətinə bəraət qazandırmağa çalışır. “OC Media” erməni təbliğat maşınının təsiri ilə dinc əhalidə süni təşviş yaratmaq və Azərbaycanın haqlı addımlarını ləkələmək üçün növbəti qərəzli yalanlarını tirajlayır.

Arşaluys Barseğyanın müəllifi olduğu və 2023-cü il sentyabrın 20-də dərc edilən bu xəbər xarakterli məqalə Azərbaycanın suverenliyini bərpa etdiyi tarixi antiterror tədbirlərindən bəhs edir. Yazıda yenidən Laçın yolu ətrafında uydurulmuş “9 aylıq blokada” və “xroniki qıtlıq” mifləri qabardılır. “OC Media”-nın bu məqaləsi qanuni antiterror tədbirlərinin nəticələrini kölgə salmağa, məğlubiyyəti qəbul edə bilməyən erməni lobbisinin təbliğat tezislərini yaymağa və Azərbaycanın haqlı mübarizəsinə qarşı qara piar yaratmağa xidmət edir.

Erməni nəşri “Hetq”-in materialı əsasında hazırlanan bu “Qoharın ikinci vidası: Dağlıq Qarabağı itirdikdən sonra Ermənistanı tərk etməyə məcbur qaldı” hekayəsi həm məzmunu, həm də istifadə etdiyi manipulyativ üslub baxımından erməni təbliğat maşınının növbəti emosional şantaj üsuludur. "OC Media” şəxsi faciələr üzərindən spekulyasiya edərək ölkəmizə qarşı növbəti qərəzli və mənasız təbliğat oyununu həyata keçirir.
Nəticə:
“OC Media” öz fəaliyyətini adətən "münaqişə bölgələrində səsi eşidilməyən insanlara tribuna yaratmaq" və "sülh jurnalistikası" kimi humanist dəyərlərlə pərdələyir. Lakin təcrübə göstərir ki, bu cür platformalarda separatçı bölgələrdən (keçmiş Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) gələn materiallar çox vaxt yerli de-fakto rejimlərin təbliğat xəttinə xidmət edir.
Əgər həqiqətən də insan hüquqları və demokratiya prioritet olsaydı, həmin ərazilərdəki hərbi xunta rejimlərinin, fundamental azadlıqların boğulmasının və qondarma strukturların tənqidi şahidi olardıq. Halbuki Azərbaycanın suveren ərazilərində qanunsuz rejim dövründə yerli əhalinin hüquqlarının real şəkildə müdafiə olunduğunu, yaxud separatçı idarəçiliyin obyektiv tənqid edildiyini görmədik. Əksinə, yanaşma tez-tez birtərəfli və siyasi manipulyasiyalara əsaslanan çərçivədə qurulub.
Maliyyə şəffaflığı və ictimai hesabatlılıq boşluğu
Təşkilat özünü "müstəqil media" kimi təqdim etsə də, büdcəsinin əksər hissəsinin (xüsusilə əməliyyat xərclərinin 80%-ə qədərinin) Qərb fondları və dövlət qurumları (NED, EED, ABŞ səfirliyi və s.) tərəfindən maliyyələşdirildiyi açıq-aydın görünür.
Layihənin donor adlarını qismən qeyd etməsinə baxmayaraq, illik gəlir-xərc cədvəllərini, hər bir fondun ayırdığı dəqiq məbləğləri və maliyyə bölgüsünü ictimaiyyət üçün açıqlamaması ciddi tənqidə səbəb olur. Özünü şəffaflığın və insan haqlarının carçısı elan edən bir medianın maliyyə mənbələri və xərcləri barədə qapalı davranması onun obyektivliyinə böyük kölgə salır və hədəfli siyasi sifarişlərlə işlədiyinə dair şübhələri gücləndirir.
Kadr siyasətində balanssızlıq və "görünməz" qərəz
Redaksiya heyətində və ya frilanserlər arasında müxtəlif millətlərin (azərbaycanlıların, ermənilərin, gürcülərin) təmsil olunması kağız üzərində "regional və balanslı komanda" təəssüratı yaratmaq məqsədi daşıyır. Lakin seçilən simalar və onların əvvəlki fəaliyyətləri (məsələn, radikal mövqeləri ilə bilinən bəzi yerli müəlliflər) redaksiya siyasətinin mahiyyətini deyil, sadəcə fasadını bəzəməyə xidmət edir.
Hər hansı bir erməni müəllifin Ermənistanın dövlət siyasətini, işğalçılıq tarixini və ya daxili aqressiv revanşist meyllərini dərindən və tənqidi şəkildə işıqlandırdığına demək olar ki, rast gəlinmir. Amma Azərbaycanla bağlı mövzularda isə daim birtərəfli, qərəzli və ittihamedici xətt üstünlük təşkil edir. Bu da komandadakı milli müxtəlifliyin real obyektivlik üçün deyil, məhz müəyyən siyasi mesajları ötürmək üçün alət kimi istifadə olunduğunu göstərir.