Faktyoxla Süni İntellekt çat-botlarına “İranda davam edən müharibə nə zaman başa çatacaq?!” – sualını ünvanlayıb.
Cavabları təqdim edirik.

Chatgpt: Məsələ ilə bağlı heç kim heç nə bilmir. Analizdə ABŞ administrasiyasının müharibənin bitməsi ilə bağlı real tarix vermədiyi, ABŞ prezidentinin "müharibənin real nəticələr əldə edildiyi zaman bitəcəyini" dediyi və əvvəlcədən vaxt müəyyənləşdirilmədiyi qeyd olunub.
Chatgpt-nin fikrincə, bu münaqişənin daşıdığı ən böyük risk münaqişənin nəzarətdən çıxaraq bütün yaxın Şərqə yayılmasıdır.

Gemini: Hazırda davam edən İran müharibəsi həm hərbi, həm də geosiyasi baxımdan çox mürəkkəb bir mərhələdədir. Müharibənin nə qədər davam edəcəyi ilə bağlı kimsə dəqiq bir tarix deyə bilməsə də, mövcud vəziyyət və proqnozlar bir neçə fərqli senariyə işarə edir. Əgər İranın daxili sabitliyi tamamilə pozularsa və yeni hakimiyyət danışıqlara razı olarsa, aktiv hərbi fazanın yaxın həftələrdə səngiməsi mümkündür. Lakin rejim müqavimət göstərməyə davam edərsə və partizan müharibəsi taktikasına keçərsə, bu, 2026-cı ilin sonuna qədər davam edən xroniki bir münaqişəyə çevrilə bilər.

claude.ai: Bu miqyasdakı əməliyyat İranın hərbi infrastrukturuna ağır zərər vurub. Əgər Xamenei həqiqətən ölübsə və siyasi rəhbərlik dağılıbsa, münaqişənin həftələr ərzində əsas mərhələsinin başa çatması ehtimalı yüksəkdir — lakin bu, tam sülh demək deyil. Sonrakı siyasi qeyri-sabitlik, partizan müqaviməti və regional dalğalanmalar aylarca, hətta illərca davam edə bilər. Qısaca: hərbi faza — tez; siyasi normalaşma — uzun.

Deepseek: Bu müharibənin nə qədər davam edəcəyinə dair çox fərqli və dəyişən proqnozlar var. Rəsmi açıqlamalar və analizlər əsasında hazırkı vəziyyət və ehtimallar aşağıdakı kimidir:
Heç kim İrandakı müharibənin dəqiq nə vaxt bitəcəyini bilmir. Rəsmi açıqlamalar və ekspert analizləri, qısa müddətli bir əməliyyatdan tutmuş uzunmüddətli münaqişəyə qədər çox geniş bir zaman çərçivəsi təklif edir. Proqnozlar tərəflərin hədəflərinə, hərbi imkanlarına və döyüş meydanındakı gedişata görə dəyişir. Görürük ki, rəsmi Tehran "uzunmüddətli müharibəyə hazır olduğunu" bildirir, Vaşinqton isə "hədəflərə çatana qədər" davam edəcəyini açıqlayır. Reallıqda isə müharibənin müddəti, hər iki tərəfin hərbi ehtiyatlarının nə qədər dayanacağı, itkilərin artması və daxili müxalifətin güclənməsi kimi faktlardan birbaşa asılı olacaq.

Grok da müxtəlif fərziyyələr irəli sürərək, ABŞ Prezidenti Donald Tramp və Ağ Ev rəsmilərinin müharibənin təxminən 4-6 həftə davam edəcəyini və ya hətta "çox tez yekunlaşa" biləcəyini bildirdiklərini, lakin İsrail tərəfinin bu münqaişənin daha uzun müddət davam edəcəyini, rejim dəyişikliyini və ya İranın raket/nüvə imkanlarının tamamilə ləğvini hədəflədiklərini irəli sürüb. “Grok” hələlik atəşkəsin mümkünsüz olduğunu və hücumların (xüsusilə Tehran və İsraili hədəf alan) davam etdiyini vurğulayıb və bildirib ki, yekun haqqında nəsə demək olduqca tezdir.
use.ai: Müxtəlif mənbələr İranla bağlı müharibənin nə qədər davam edəcəyi ilə ziddiyyətli proqnozlar verirlər. Müharibənin nə zaman bitəcəyi ilə bağlı üç fərqli versiya var: martın sonu, yayın sonu və ya payızın sonu. O, hesab edir ki, hazırda döyüşlər intensiv olaraq davam edir, ona görə də real nəticə əldə olunmasa müharibə davam edəcək.

Perplexity.ai: Heç kim bu müharibənin nə zaman bitəcəyini dəqiq deyə bilməz. Hələ də davam edir və yaxın günlərdə də tam dayanacağına da bənzəmir.
Çünki münaqişə təkcə İran və İsrail arasında deyil, ABŞ, Fars körfəzi ölkələri və regiondakı müttəfiqlər də prosesə cəlb olunub, bu da məsələni daha mürəkkəb hala gətirir.
Amma bir çox analitiklər gözləyir ki, tam miqyaslı müharibə davam etsə də, müəyyən vaxtdan sonra tərəflər ya regional təzyiq, ya da daxili etirazlara görə məcburi atəşkəsə getməli olacaqlar, amma bunun gününü, həftəsini demək mümkün deyil".

Microsoft Copilot: Hazırda İran ətrafında müharibə davam edir və hələlik onun nə vaxt bitəcəyi barədə dəqiq proqnoz yoxdur. Son xəbərlərə görə, döyüşlər “həlledici mərhələyə” qədəm qoyub və regiona yayılma riski artır. Diplomatik səylər olsa da, münaqişənin yaxın zamanda tam dayanacağına dair rəsmi təsdiq yoxdur. Qısa müddətdə bitməsi çətin görünür. Çünki tərəflər hələ də hərbi əməliyyatları dayandırmır və diplomatik masaya tam qayıtmayıblar. Ən real ssenari – diplomatik danışıqların güclənməsi və tərəflərin masaya qayıtmasıdır. Əks halda, münaqişə daha da uzanaraq regionun sabitliyini ciddi şəkildə poza bilər.

poe.ai: Müharibənin nə qədər davam edəcəyi ilə bağlı dəqiq bir tarix verməyin düzgün olmadığını və müxtəlif proqnozların mövcud olduğunu bildirib. Müharibənin başa çatması üçün strategiyalar, qarşılıqlı münasibətlər, sülh danışıqları kimi amilləri sıralasa da, ancaq konkret bir tarix verməyin çətin olduğunu, çünki vəziyyətin dinamik olaraq dəyişdiyini sözlərinə əlavə edib.

Qwen.ai adlı süni intellekt botunun fikrincə, hazırda İranda baş verən münaqişə ilə bağlı axtarış nəticələrinə əsasən, vəziyyət belədir: Ağ Evdə (Karolin Levitt) münaqişənin 4-6 həftə davam edəcəyi gözlənilir. Donald Tramp isə müharibənin "çox tez" yekunlaşacağını bildirib, lakin konkret tarix verməyib. Ekspertlər isə rejim dəyişikliyi olmadan İranın yenidən güclənə biləcəyini; həll yolu ya diplomatik razılaşma, ya da hərbi tükənmə ilə mümkün ola bilər; potensial həll 2026-cı ilin ortalarına qədər çəkə bilər. Heç kim dəqiq deyə bilməz ki, müharibə nə vaxt bitəcək. Vəziyyət dinamikdir və hər gün dəyişə bilər. Ən real proqnozlar münaqişənin hələ bir neçə həftə və ya ay davam edə biləcəyini göstərir, lakin diplomatik səylər intensivləşərsə, vəziyyət daha tez də stabilləşə bilər.

HİX.ai: Beynəlxalq rəsmi mənbələrdə və qlobal mediada İranın birbaşa ərazisinə qarşı başlayan və davam edən genişmiqyaslı hərbi əməliyyat (müharibə) qeydə alınmayıb. Hazırda İranla davam edən bir "müharibə" yoxdur. Lakin tərəflər arasındakı bu hərbi-siyasi və kəşfiyyat gərginliyi qısamüddətli bir proses deyil, illərlə davam edən və davam edəcək geosiyasi bir reallıqdır. Bu gərginliyin səngiməsi yalnız yaxın Şərqdəki, xüsusən də Qəzza və Livandakı böhranların diplomatik həllindən asılı olacaq.
Göründüyü kimi,
- Müraicət etdiyimiz demək olar ki, bütün süni intellekt botları müharibənin nə zaman bitəcəyi ilə bağlı dəqiq proqnoz verə bilmədilər;
- Prosesi analiz edən bütün Süni İntellekt botları regionla bağlı bır sıra riskərin olduğunu vurğuladılar, amma bunu həlli yollarını göstərə bilmədilər,
- Sorğuya verilən cavablardan bəlli olur ki, problemin həlli süni intellekt botlarının proqnozlarından deyil, bir sıra geosiyasi faktorlardan asılı olacaq.