COP29-la bağlı Azərbaycana qarşı aparılan dezinformasiya və informasiya kampaniyalarının araşdırılması zamanı  Türkiyədə fəaliyyət göstərən bir qruplaşma aşkar edilib. Bu yazıda içində azərbaycanlıların da qoşulduğu xain şəbəkənin ölkəmizə qarşı davamlı və xəyanətkar fəaliyyətini faktlarla təqdim olunur.  

Anti-Azərbaycan şəbəkənin izinə necə düşdük?

Əvvəlcə bizə bu qruplaşmanı aşkar etməkdə ipucu verən bəzi hadisələrin ardıcıllığına baxaq:

29.07.2024 Türkiyə mediasında ermənilərə məxsus “Aqos” qəzetinə istinadla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  məlumatı yayılır. Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyi “1news” xəbər agentliyinin sualına cavab olaraq 2020-2023-cü il əməliyyatlarında xarici ölkələrin əsgərlərinin iştirakını tam təkzib edir.

 

Əslində isə “Aqos” qəzeti məlumatı İrəvanda qeydiyyatdan keçmiş, livan ermənisinin təsisçisi olduğu radar.am saytından götürmüşdü. Yəni nə Müdafiə Nazirliyinin, nə də “1news”-un mövzu ilə bağlı açıqlaması olmamışdı. Məlumat saxta idi.

30.07.2024 Ömür Çelikdönməz dikgazete.com saytında “Türkiyə-İsrail savaşı başlamadan bitərmi?!” adlı bir yazısında müharibə olacağı təqdirdə Azərbaycanın İsrailin tərəfini tutacağı fikri qeyd edilir və bununla da Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərinə kölgə salmağa çalışılır.

Yeri gəlmişkən, bu şəxs Azərbaycana qarşı daim qərəzi ilə seçilən “Kafkassam”-ın (Qafqaz Strateji Araşdırmalar Mərkəzi) sədri Həsən Oktaya yaxınlığı ilə bilinir. Onun İran səfərindən sonra Həsən Oktayı ziyarət edib, səfər haqqında fikir mübadiləsi aparması da təsadüfi deyil.  

17.08.2024  Adını az öncə qeyd etdiyimiz Həsən Oktaya məxsus kafkassam.com-da “MG TV” “YouTube” kanalının sahibi Mustafa Gürbüzün “Erdoğan hələ az deyib” adlı ard-arda iki yazısı dərc olunur.

Məqalədə qeyd olunan iddialara nəzər salanda görürük ki, yazının əsas tezisləri Həsən Oktayın onun verilişlərində səsləndirdiyi fikirlərdən ibarətdir.

Bu həmin Mustafa Gürbüzdür ki, özünün “X”sosial media hesabında yarı kinayə, yarı ehkamla “Doğrudan axı Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım var idi bu ölkədə! Görəsən onu Şuşada görən olubmu?  deyirdi. Paylaşımının sonunda Ömür Çelikdönməzə xüsusi təşəkkür etməsi isə şəbəkə üzvlərinin bir-biri ilə sıx əlaqəsi barədə xəbər verir.  

Beləliklə, ilkin olaraq belə bir informasiya həmləsi sxemi cızılır:

1. “Aqos” qəzetində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından saxta xəbər tirajlanır.

2. Başqa bir saytda Azərbaycanın Türkiyə-İsrail qarşıdurması olarsa, Azərbaycanın İsrailin tərəfində dayanacağı iddia edilir.

3. Digər beyin mərkəzinin saytında isə rəsmi Ankaranın hər zaman qardaş ölkənin varlığının davamlılığı naminə Azərbaycanın ziqzaqvari hərəkətlərinə həmişə dözdüyü iddia edilir.

Bu isə Azərbaycana qarşı fəaliyyət göstərən, qruplaşmanın vahid mərkəzdən necə idarə olunduğunun əyani təsviri və hələki açıqladığımız ən kiçik detallarıdır.

Bu qruplaşmanı ələ verən “MG TV” kanalının sahibi Mustafa Gürbüzün kimliyi barədə.

Mustafa Gürbüz Türkiyənin Gümüşhane bölgəsinin, Kəlkit rayonunun Gümüşgözə kəndində anadan olub. Bu kəndin əvvəlki adının Alansa olması və 1835-ci il siyahıya alınmasına görə kənddə yalnız erməni əsillilərin (yalnız kişi əhalisi hesablanırdı) yaşadığı (53 kişi) qeyd edilib.  

Alansa adının isə bir zamanlar kənddə mövcud olan "Ala kilsə"dən gəldiyini deyənlər də var.  

Mustafa Gürbüz özü də bu kənddən olduğunu dəfələrlə paylaşımlarında bildirib.

Mustafa Gürbüzün atası Ali Gürbüz də 70-80-ci illərdə fəaliyyət göstərmiş radikal “nurçu” jurnalistlərdən olub. 2011-ci ildə “Ədəbiyyat, Sənət və Mədəniyyət Araşdırmaları Dərnəyi”nin (ESAKADER) Ali Gürbüzün xatirəsinə həsr olunan tədbirdə çıxış edən, əvvəllər “Milli Gazete”nin baş redaktoru vəzifəsində çalışmış, Səid Nursinin tələbələrindən olan Muzaffer Deligöz onun haqqında dediklərindən belə anlaşılır ki, onlar “Risaley-i Nur” dərslərində bir araya gələndə səhərə qədər söhbət edirmişlər.

Qatı iranpərəst Nurəddin Şirinin təsisçilərindən olduğu "Selâm", "Zülfikar" və “Uhuvvət" qəzetlərinin redaksiya heyətinin üzvü olan Ali Gürbüz Türkiyədəki radikal islamçıların arasında “Qara dəniz məktəbi”nin önəmli nümayəndələrindən biri sayılıb. Türkiyə mətbuatında Səid Nursinin yazdığı "Risaleyi Nur" haqqında tədbirlər keçirən, radikal dini fəaliyyətlərinə görə həbs olunan Ali Gürbüzün həmin bu illərdə ən yaxın köməkçisi məhz oğlu Mustafa Gürbüz olduğu xüsusilə qeyd edilir.

Mustafa Gürbüz jurnalistlik fəaliyyətinə əvvəl şou-biznes müxbirliyi ilə başlayıb, daha sonra isə idman jurnalistikası sahəsində ("Aydınlıq", "Fotomaç") davam edib. Sonradan peşəkar idman klubu yaradıb, son dövrlərdə isə “Tüm Spor İşletmeleri İşveren Sendikası”nın (Bütün İdman Müəssisələri Həmkarlar Təşkilatı) mətbuat katibi vəzifəsində çalışıb.

Lakin 2019-cu ilin sonlarından etibarən müəmmalı şəkildə transformasiya edərək siyasi kontentləri, müzakirə və müsahibələri ilə diqqəti cəlb edən "MG TV" “kanalını yaradıb.

Mustafa Gürbüzün ermənilərlə əlaqələri

M.Görbüzün rəhbəri olduğu "MG TV" ilk səs-küylü reportajını kanal yeni qurulanda, 31 yanvar 2020-ci ildə İstanbulda “3 Horon” erməni kilsəsində keçirilən bir mərasimdən etdiyi “canlı yayım”la başlayıb. Həmin kilsədə keçirilən mərasim isə türkiyəli erməni boksçu Qabris Zakaryanla vida mərasimi idi. 

Həmin canlı yayımda isə Mustafa Gürbüzün tənqidçi Atilla Dorsayla söhbətləşməsi diqqətlərdən yayınmır. Dorsay erməni əsilli jurnalist Alin Taşçıyandan aldığı "Milli azlıqlardan niyə qorxursunuz?!" adlı müsahibəsi ilə gündəmə gələn şəxs idi.  

Qeyd edək ki, Atilla Dorsay həmçinin qondarma “erməni soyqırımı”nın saxta 100-cü ildönümünə erməni rejissor Robert Qudgenuianın çəkdiyi "Bir dəlinin hekayəsi" bədii filmi haqqında məqalənin də müəllifidir. 

Mustafa Gürbüzün ermənilərə olan xoş münasibətini onun 30 dekabr 2018-ci ildə “Star” telekanalında işləyən, əsl soyadı Papazyan olan Vahe Kılıçarslanın verilişində qonaq olması və bu barədə paylaşım etməsindən də görmək olur.

Daha sonra isə bu ikili 2019-cu ildə “Kral Midasın xəzinəsi” adlı komediya filmində bir araya gəlibmişlər.

Mübariz Mənsimovun müdafiəsi ilə Azərbaycana qarşı başlayan düşmənçilik

Araşdırmalarımız zamanı, bu kanalda Azərbaycanla bağlı ilk verilişin 27 mart 2020-ci ildə "Mübariz Mənsimovun FETÖ-yə görə həbsi...   . Azərbaycanlı bəstəkardan Prezident Erdoğana açıq məktub" başlığı ilə yayınlandığını müəyyənləşdirdik.

Bu verilişdə bəstəkar Sevinc Tofiqqızının Mübariz Mənsimovun həbsi ilə bağlı Türkiyə Prezidentinə etdiyi müraciətdən söhbət açılır, “Palmali” şirkətinin rəhbərinin yersiz təbliğatı aparılır.

Bundan sonra Mübariz Mənsimovla əlaqəli şəxslərin kanala tez-tez dəvət olunduğunun şahidi oluruq. Onlardan az bir qismini təqdim edirik:

1. Türkiyədə qaranlıq fəaliyyətilə diqqət çəkən, FETÖ-dən Adnan Oktara kimi bir çox nüfuzu ləkələnmiş şəxs və təşkilatlarla əlaqəsi olan jurnalist, 50-dən çox QHT-ni Mübariz Mənsimovun hüquqlarının müdafiəsi üçün bir araya gətirən Seyfullah Türksoyla "Mübariz Mənsimovun həbsi Türkiyə-Azərbaycan dostluğunu pozmaq istəyənlərin əlini gücləndirir" başlıqlı müsahibə bir çox mətləblərə aydınlıq gətirir. 

2. Avropada yaşayan və müxtəlif qüvvələrlə əməkdaşlıq edən “jurnalist”, “Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi”nin koordinatoru Fikrət Hüseynlinin bu kanala çıxması da təsadüf sayıla bilməz. 

3. Mübariz Mənsimov həbs olunanda qəfil onun müdafiəçisinə çevrilən “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidlə "Türkiyədə və Azərbaycanda siyasi partiyalar bir-biriləri ilə niyə əlaqədə deyil? adlı müsahibə də bu baxımdan xeyli diqqət çəkir. 

4. Avropadan yayımlanan “SAMM TV”-nin baş direktoru və aparıcısı Rahim Sadıqbəylinin "Mübariz Mənsimovu kim qurdlar süfrəsinə yem etmək istədi? Dumanlı pərdə yavaş - yavaş çəkilir!” verilişini qeyd etməyə bilmərik. 

5. “Palmali” şirkətlər qrupunun dəstəyi ilə yaradılan təhsil kompleksinin müdiri, Türkiyədəki “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin rəhbəri, yazıçı-dramaturq Aygün Həsənoğlu və tənqidçi Kamil Vəli Nərimanoğlu ilə "Azərbaycanın müstəqil olması üçün ən azı üç nəsil dəyişməsi lazımdır” adlı videoda ölkəmizin müstəqil olması üçün hələ onilliklərin lazım olduğu iddia edilir. Bununla da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müstəqil və güclü dövlətimizin uğurlarını gözdən salmağa çalışılır.

6. Mübariz Mənsimovun azad olunması ilə əlaqədar Türkiyə Prezidentinə müraciət imzalayanlardan biri, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə "Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq Mübariz Mənsimovla bağlı məhkəmə prosesini diqqət izləyəcəyik" müsahibəsi və digər bu kimi yayımlarla Azərbaycan tamaşaçısını manipulyasiya edən Mustafa Gürbüzün müxalif şəxslərlə əlaqələri də geniş olub.

Növbəti yazımızda:

Azərbaycan müxaliflərinin erməni əsilli bu şəxslə əlaqələri;

Xaricdən alınan tapşırıqlarla Azərbaycanda keçirilən COP29 tədbirlərinə qarşı birgə kampaniyada iştirak;

Digər dövlətlərin M.Gürbüz kartından yararlanmaqları barədə danışacağıq.

(ardı var)