Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinə imza atan “fakt-chekerlər” (fakt yoxlayıcılar) “YouTube”-a müraciət ediblər. Platformada dezinformasiya probleminin həyati əhəmiyyət kəsb etdiyi və indiyədək atılan addımların yetərli olmadığı vurğulanır. Həll yolunun şəffaflıq, qətiyyət və əməkdaşlıqda olduğu bildirilir. Bəllidir ki, internetdəki dezinformasiya probleminə görə heç bir platforma məsuliyyət daşımır. Sosial media platformalarının dezinformasiya ilə mübarizə yolları isə bir-birindən fərqlidir. “Facebook” 2016-cı ildən, “TikTok” isə 2020-ci ildən üçüncü tərəf yoxlama təşkilatlarından dəstək alır. “X” (keçmiş “Twitter”) ilk olaraq "kütlənin müdrikliyinə" güvəndiyini bildirib və həll yolunu istifadəçilərin dəstəyində axtaracağını bəyan edib. Bu yaxınlarda platforma “Reuters” və “Associated Press” (AP) ilə məhdud bir sahədə işləməyə başladığını elan etdi.

“YouTube” video paylaşma platforması bizim internet təcrübəmizdə çoxdan mühüm yer tutur. Mütəxəssislər hesab edirlər ki, platformanın dezinformasiya ilə əlaqəsi mübahisəlidir. Epidemiya ilə bağlı nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha şahidi olduğumuz dezinformasiya və dezinformasiya probleminə qarşı “YouTube”un tətbiq etdiyi üsulları dünya fakt yoxlayıcıları qeyri-kafi hesab edir. Buna diqqəti cəlb etmək üçün Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinə imza atan “faktchekinq” təşkilatları açıq məktub dərc ediblər. Məktubda “YouTube”-a xatırladılır ki, onun dezinformasiya ilə mübarizəyə və dəqiq məlumat əldə etməyə töhfəsi vacibdir.

YouTube”da dezinformasiyalar yayılmaqda davam edir

Tədqiqatçılar və fakt yoxlayıcılar tez-tez qeyd edirlər ki, “YouTube” internetdə dezinformasiyanın əsas kanallarından birinə və ondan faydalananlar üçün çox təsirli təşkilatlanma və vəsait toplama vasitəsinə çevrilib.

Platformanın alqoritmi sayəsində  saxta xərçəng müalicələrindən tutmuş, iqlim dəyişikliyi ilə bağlı dezinformasiyaya, peyvənd əleyhinə məzmuna qədər geniş mövzu seqmentinin işıqlandırıldığı və reklam edildiyi məlumdur.

Platforma məzmunun keyfiyyətini və təcrübəni gücləndirmək üçün 25 milyon dollarlıq büdcə ayırdığını və dezinformasiya ilə mübarizə üçün bir sıra planları olduğunu açıqlasa da, zamanla bu yanaşmaların qeyri-kafi olduğunu göstərir. Platformada yayılan dezinformasiya bütün dünyada insan həyatına ciddi ziyan vurmaqda davam edir. Misal üçün, ABŞ-da prezident seçkiləri ərəfəsindən ertəsi günə qədər “YouTube”da seçkinin “saxtalaşdırldığı” hekayəsini dəstəkləyən videolara 33 milyondan çox baxış olmuşdur.

Qəzəbli kütlə Amerika Konqresinə hücum edəndə də  dezinformasiyanın ağır nəticələrinin şahidi olduq. Bu vəziyyət sosial-iqtisadi cəhətdən zəif olan ölkələrdə, xüsusən də ingilis dilini bilməyən ölkələrdə daha pisdir.

Dezinformasiya hesab etdiyi məzmunu silməyi öhdəsinə götürən şirkət, istifadəçilərinə əlavə məlumat vermək seçimini rədd edir və məzmunu niyə yanlış hesab etdiyinə dair izahat vermir. Bu, əsas problemin “xalçanın altına” süpürülməsinə səbəb olur. Effektiv mübarizə üçün dəqiq məlumatın əlçatan olması lazımdır.

 Həll yolu: inklüziv və real siyasət, həlledici sanksiyalar, əməkdaşlıq və şəffaflıq

Müraciət təkcə problemi göstərmək məqsədi daşımır. Uzun müddətdir internetdə dezinformasiya problemi ilə mübarizə aparan fakt yoxlayıcıların problemin həlli üçün də bəzi təklifləri var.

-Təqib ediləcək siyasəti və istifadə olunan alqoritmin şəffaf şəkildə paylaşılması platformada yanlış məlumat probleminin mənalı şərhinə imkan və həllinə töhfə vermək;

-İfadə azadlığını məhdudlaşdıran məzmunu silmək əvəzinə, bu sahədə çalışan müstəqil faktların yoxlanması səylərini dəstəkləmək üçün məsuliyyət götürmək və addımlar atmaq;

-Daim və bilərəkdən yalan məlumat yayanlara və xüsusilə bu məzmundan iqtisadi mənfəət əldə edənlərə qarşı qəti sanksiyalar siyasəti həyata keçirmək;

-İngilis dilindən başqa dillərdə effektiv moderasiya siyasətinin hazırlamaq.

Tövsiyələr informasiya ekosisteminin ümumi ehtiyaclarından yaranıb

Məktub cəmiyyətdən gələn çağırışdan əlavə, birgə prosesin və təcrübə mübadiləsinin məhsuludur. Strategiya mütəxəssisi Gülin Çavuş dəyişikliyə prosesin töhfəsini dəyərli hesab etdiyini bildirir:

“Fakt yoxlayanların üstünlüklərindən biri odur ki, bir-biri ilə tez-tez danışan, təcrübələrini və problemlərini bölüşən böyük bir icma var. Nə qədər ki, biz bir cəmiyyət olaraq dezinformasiya ilə mübarizədə və dəqiq məlumatın yayılmasında məqsədlərimizi bölüşə bilsək, təsirimizi artıra bilərik.

“YouTube”a yazılan məktub da analoji məqsədlə hazırlanıb. Proses İspaniyada fakt yoxlaması fəaliyyəti həyata keçirən “Maldita” və IFCN başda olmaqla müxtəlif ölkələrdən olan fakt yoxlayıcılarla başladı. Müəyyən rutinlərlə bir araya gələn və ümumi sənəd üzərində razılaşan bütün təşkilatlar yalan məlumatların qarşısını almaq üçün platformaları fakt yoxlayıcıların və istifadəçilərin tələblərini eşitməyə çağırır".

Bu, fakt yoxlayıcıların sosial media platformalarına ilk müraciəti deyil. IFCN imzalayan təşkilatlar 2016-cı ildə “Facebook”-un baş direktoru Mark Zukerberqə çağırışlarında platformanın siyasətlərinin dezinformasiya problemini necə dərinləşdirdiyi və hansı sahələrdə həllinə töhfə verə biləcəkləri barədə danışıblar.

 G.Çavuş açıq məktubun əhəmiyyətini vurğulayır: “Hər fürsətdə diqqətdən kənarda qalmayan dezinformasiya probleminin maraqlı tərəflərindən birinin sosial media platformaları və onların alqoritmləri olduğunu bildirir və platformaları bu mövzuda addım atmağa çağırırıq”.

“YouTube” “Qeydlər” funksiyasını elan etdi: Bu, dezinformasiyanın qarşısını alacaq?

“YouTube” istifadəçilərin anonim qeydlər əlavə etməklə videolara kontekst əlavə edə biləcəyi yeni funksiyanı sınaqdan keçirir. Platformada dezinformasiya probleminin həlli ola biləcək bu qeydlər həm də onların zərərli istifadə və manipulyasiyaya açıq olub-olmaması ilə bağlı suallar yaradır. Platformanın rəsmi saytındakı açıqlamaya görə, istifadəçilər videoların altındakı “qeyd əlavə et” seçimi ilə videolara “aktual və asan başa düşülən” kontekstlər əlavə edə biləcəklər. Qeydlər anonim olaraq dərc olunacaq.

Sınaq versiyası ilkin olaraq ABŞ-da mobil cihazlarda ingilis dilində olacaq. “YouTube”, bu sınaq müddəti ərzində video məzmunundan asılı olmayan və ya yanlış məlumat ehtiva edən qeydlərin əlavə oluna biləcəyini və bu mərhələdən sonra xüsusiyyəti genişləndirməyin mənasını və zamanla rəyləri nəzərə alaraq onu təkmilləşdirməyin yollarını yenidən qiymətləndirəcəyini bildirir.

 Qeyd buraxma xüsusiyyətindən kim istifadə edə bilər?

Qeyd buraxma funksiyası üçün uyğunluq meyarları “YouTube” İcma Qaydalarına uyğun olaraq "yaxşı vəziyyətdə olan" "aktiv" “YouTube” kanalının olmasıdır. Amma bu meyarların sərhədləri kifayət qədər aydın deyil.

ABŞ-dakı istifadəçilər yaxın günlərdə qeydləri görməyə başlayacaqlar. Sınaqda “YouTube”-un axtarış nəticələri və tövsiyələri ilə bağlı rəy bildirən üçüncü tərəflər qeydlərin faydalı olub-olmadığını qiymətləndirə biləcəklər. Gələcəkdə istifadəçilər qeydlərin funksiyasını “faydalı”, “bir qədər faydalı” və “faydasız” kimi qiymətləndirmə imkanı əldə edəcəklər.

Mütəxəssislər nə deyirlər?

“YouTube”da “Qeydlər”in dezinformasiya probleminin həllinə yarayıb-yaramayacağı sınaq mərhələsindən sonra bəlli olacaq.

Mütəxəssislərin fikrincə, platformaların icma qeydlərinə üz tutmasının bir səbəbi var: onlar daha az xərclidir və istifadəçiləri dezinformasiya ilə mübarizə aparmaq üçün addım atdıqlarına inandırmaq istəyirlər. Bəziləri üçün “kollektiv intellekt və icma məlumatlılığı”nın təriflənməsinə vurğu sadəcə bəzəkli paketdir, çünki platformadakı istifadəçilər müstəqil yoxlama təşkilatları ilə işləmək əvəzinə bu işi görürlər.

 Göründüyü kimi, çoxlu qeyri-dəqiqliyi olan videolar üçün qeydlərin necə görünəcəyi, dezinformasiyanı dəqiqləşdirmək üçün vaxt ştamplarının istifadə edilib-edilməyəcəyi və ya video başına icazə verilən maksimum qeydlərin sayı sınaq mərhələsindən sonra aydınlaşacaq.