Son günlər sosial mediada hərbçilərin (şəhid olduğu ehtimal edilir) portretlərini qucaqlayaraq ağlayan uşaqların (şəhid övladları kimi təqdim olunur) fotoları yayılır.
Faktyoxla Lab. fotoların real olub-olmadığını araşdırıb.
Fraqment 1. Hərbi qanunvericiliyə görə, hərbçinin ağlayaraq sənəd fotosu çəkdirməsi mümkün deyil. Həmçinin, Şəhid ailəsinin “ağlayan şəhid” protretini yas mərasimində nümayiş etdirməsi inandırıcı görünmür. Hələ belə fakta rast gəlinməyib. Belə anlaşılır foto Süni intellekt (Sİ) proqramları vasitəsilə hazırlanıb və müəlliflər fotonun təsirli alınması üçün Sİ-yə azyaşlının ağlaması “əmri” veriblər və Sİ "ağlamağı" mərhum şəxsə də şamil edib.
Fraqment 2. Sİ-nin digər yanlışları hərbçinin hərbi mündiri, rütbəsi və mükafatlarındadır. Əvvəla, Azərbaycan Ordusunda bu cür hərbi geyim növü mövcud deyil. Bundan başqa isimliyi, çiyinlərdəki hərbi rütbə, yaxalıqda qoşun növünün fərqləndirmə nişanları, hərbi mükafatlar yanlış təsvir olunub. Bura Azərbaycan bayrağındakı doqquzguşəli ulduzu da əlavə etsək, Sİ yanlışlarının hansı həddə qədər olduğunu görmüş olarıq.
Fraqment 3. Fotoda digər diqqətçəkən detal arxa fonda görünən mərasim ziyarətçiləri və ümumiyətlə mərasimin təşkili barədədir. Əvvəla, Azərbaycanda bu cür vida mərasimləri təşkil olunmur, bunu ətraflı izah etməyə ehtiyac da yoxdur. Uşaqların yas mərasimlərində iştirakı çox nadir hallarda olur ki, bu fotoda oxşar saç quruluşlu və rəngli 5 uşaq görüntülənib. Yaşı çox olan iştirakçıların isə azərbaycanlılara antropoloji baxımdan uyğunluğu yoxdur.
Dediklərimizi sübuta yetirmək üçün “Süni intelekt” programına oxşar “prompt”lar (əmrləri) verdik və proqram aşağıda təqdim etdiyimiz məhsulu “yaratdı”.
Eyni səhvləri digər fotoda da görürük.
“Ağlayan şəhid”, Azərbaycan Ordusuna xas olmayan geyim forması, rütbə və yaxalıq fərqlilikləri, Azərbaycan bayrağının rənglərinin qarışması və isimliyin görünməməsi fotonun Süni İnllekt məhsulu olduğunu bir daha təsdiqləyir.
Qeydlərimizi təsdiqləmək üçün “Süni intellekt” saytına cüzi fərqlərlə əmr verdik və proqram bizə bu məhsulu təqdim etdi.
Xatırladaq ki, az müddət öncə “Azərbaycan əsgəri sevdiyi xanıma Şuşa şəhərində evlilik təklif etdi” adında paylaşılan şəkilin süni intelekt saytları vasitəsi ilə düzəldildiyini sübut etmişdik.
Nəticə:
- Fotolar Süni intellekt proqramları vasitəsilə hazırlanıb, real deyil.
Bizə yazın: