Erməni teleqram kanallarında azərbaycanlı hərbiçilərin yaşlı erməni qadının əlindən içdiyi suyu alaraq yerə tökdükləri, bununla da onu ələ saldıqları iddia edilən videogörüntülər yayılıb.
Faktyoxla Lab. Erməni teleqram kanallarında yayılan videonu araşdırıb.
Erməni teleqram kanallarının yaydığı video görüntülərlə orijinal videonu müqayisə edərkən bəlli olur ki, onlar orijinaldan cəmi 14 saniyəlik hissəni təqdim edib, qalan hissəni kəsiblər.
Videodan da göründüyü kimi, yaşlı erməni qadın su ilə tam dolmuş stəkandan içə bilmir və Azərbaycan əsgəri stəkandan az su alıb, şüşəni yenidən yaşlı erməni qadına qaytarır
Nəticə: Erməni teleqram kanallarının geniş yaydığı video görüntülərlə orijinal videonu müqayisə edərkən aydın olur ki, Ermənistan mediası növbəti saxtakarlığa yol veriblər.