Erməni teleqram kanallarından biri Qarabağda yaranan uzun-uzadı növbələrlə bağlı paylaşım edib. Paylaşımda bildirilir ki, Qarabağda insanlar çörək almaq üçün böyük növbələrə dayanırlar və bu zaman onlar huşlarını itirərək, yerə yıxılırlar.

Kanal admini qeyd edilən paylaşıma uzun növbəni əks etdirən foto əlavə edib.

Faktyoxla Lab. paylaşımdakı fotonun orijinal olub-olmadığını yoxlayıb.

Fotonun “əks axtarış” metodu ilə axtarışa verdikdə fotonun köhnə olduğu aşkar edilir. Bəlli olur ki, bu foto 2014-cü ildə “Reuters”-in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Henan əyalətinin Jenzou şəhərində bakalavr tələbələri üçün təşkil olunan əmək yarmarkasında yaranıb. Həmin yarmarkanı 50 minə yaxın işaxtaranın ziyarət etdiyi məlumatda qeyd olunub.

Nəticə:

∗ Erməni teleqram kanalı Qarabağ iqtisadi rayonunda “humanitar fəlakət” yaşanması haqda növbəti saxtakarlığa yol verib.

∗ Fotonun Qarabağa heç bir aidiyyatı yoxdur

∗ Foto Çinin  Henan əyalətinin Jenzou şəhərində bakalavr tələbələri üçün təşkil olunan əmək yarmarkasında çəkilib