İranlı politoloq Ehsan Movahedian 07 fevral 2023-cü il tarixində yazdığı tvitdə deyilir: “Mədəniyyət Bakı Dövlət Televiziyasında simfonik orkestrin məzmunu: “Minarələr yıxılsın, azan kəsilsin, bizə nə məscid lazımdır, nə molla moizəsi, yaşasın allahsız ateizm”. 30 illik baxımsızlığından sonra Bakı İslam yurdu deyil. Ora bütün İran düşmənlərinin və şiələrin yuvasına çevrilib. Bunun böyük mədəni-maarif mübarizəsinə ehtiyacı var, yoxsa...” 

Bu tvitdən 4 saat sonra anti-Azərbaycan çağırış, reportaj və məqalələri ilə tanınan “Səhər” kanalı eyni mövzuya toxunaraq “Yaşasın ateizm!” adlı məqalə dərc edib.  Məqalə “Xudafərin Körpüsündə Quran tilavət etdirməklə dinə bağlı olduğunu nümayiş etdirən və əlbəttə İrana mesaj verən rejim konsert zalında “yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi” mahnısını oxutdurub. Mədəniyyət TV-dən yayımlanan mahnı Azərbaycan Respublikası müsəlmanlarını qəzəbləndirib” cümlələri ilə başlayır.

Faktyoxla Lab. bu iddiaya aydınlıq gətirib. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində səslənən bu musiqi parçasının müəllifi kimdir və “Mədəniyyət TV” belə ifadələr olan musiqi parçasını niyə efirə verib?

İpucu tapmaq üçün Ehsan Movahedianın atdığı tvitə yazılan şərhlərə diqqət yetirdik. Məlum oldu ki, bu tvitə yazılan şərhlərdən 4-5-ni çıxmaq şərtilə hamısı “Molla rejimi”ni, Tehran üsul-idarəçiliyini, qəddar diktaturanı lənətləyirlər. (şərhləri yazının sonunda təqdim edəcəyik). Yalnız üç şərh mövzuya uyğun cavab yazıb.

Amin_moh_sh: “Ay (təhqirli söz yazılıb), bu, bütün tamaşanın yalnız kiçik bir hissəsidir. Kaş real olaydı və bütün tamaşa minarələrə qarşı olsun. Amma ay (təhqirli söz yazılıb), məsələn, şeytanın kimisə aldatdığı bir film çəkəndə demirlər ki, İslam Respublikası satanizmi təbliğ edir”.

MahmudRazalı:  “Bu iyirmi saniyə Mikayıl Müşfiqin matəmidir və bu şeirlər onun qatillərindəndir. Xahiş edirəm Şamar və Ömər Səadın söhbətlərini İmam Hüseynin adına yazın”

qara mirvari “Beyinsiz. Daha sonra baxın. “Müşfiq ağısı” dır adı. Maraqlan başa düşəcəksən, kirli (təhqirli söz yazılıb) iranlı”

Beləliklə 2 informasiya əldə edildi: birincisi, bu hansısa tamaşadan bir parçadır, ikinci isə dahi Azərbaycan şairi Mikayıl Müşfiqə həsr olunan əsər “Müşfiq ağısı” adlanır.

Bu faktları axtarışa verdikdə bu məlumatları əldə etdik: 2022-ci ilin 14 oktyabr tarixində Bakıdakı Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunub. 
Musiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya ilk dəfə təqdim olunub. Librettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov, bədii rəhbəri Gülbacı İmanovadır. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası ifa edib və əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır".


Bəs sonra nə baş verib? Məlum olur ki, Tehranın təbliğatçıları, muzdluları və yazarları “Mədəniyyət” kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriyadan bir hissəni kəsib paylaşıblar. Həmin hissədə isə Sovet dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana qarşı mübarizə aparmaqda ittiham ediblər.

Xatırladaq ki,  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Tehran təbliğatçılarının bu təxribatı ilə bağlı “Müşfiq ağıları” ilə bağlı təxribat İranın dövlətimizə qarşı informasiya hücumudur” adlı bəyanat yayıb. 

Bu isə həmin oratoriyanın tam versiyasıdır: 

Nəticə: Ehsan Movahedian və SEPAH-ın “Səhər” kanalı Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriyadan bir hissəni kəsib paylaşaraq irəli sürdüyü “rəsmi televiziya kanalında ateizm təbliğ olunur” ittihamı saxtakarlıqdır, heç bir halda etik deyil və jurnalist peşəsinə yaraşmır. Tehran rejiminin belə metodlarla propaqanda aparması əslində özünüifşadır.

***

İndi isə Ehsan Movahedianın saxta məlumatına tvitter istifadəçilərinin şərhlərini təqdim edirik. Heç şübhəmiz yoxdur ki, təxribatçı politoloq yaydığı yalan informasiyanın belə əks-reaksiya doğuracağını bilsəydi, bu addımı atmazdı.

Hüseyn Hikmətpur @AbVyU2YTEOc0kgT: Sizin 44 il vaxtınız var idi nəsə etmək üçün. Hamıya deyin ki, özünü İrana bənzətsin. Mənə deyin: indi hansı ölkə İran kimi olmaq istəyir?

Hava Zad @iiiiiiran: Əgər siz və hökumətiniz və korrupsiyalaşmış cinayətkar Əli Xamenei və İran ədalətinin təcəssümüsinizsə, bu orkestr həqiqətdən başqa heç nə deməyib.

Qadın Həyat Azadlığı @12121401 İran Ümid edirəm ki, bir gün İranda da ifa edəcəklər

Mehti @SahebeTajrobe Bu gözəl videonu paylaşdığınız üçün təşəkkür edirəm, ümid edirəm ki, bu, tezliklə İranda baş verəcək

Əriştə @H_Noodles77 Həqiqətən müsbət bir şey edilir. Mişar beyniniz hələ də xurafatın və saxta dinlərin başqa bir şey olmadığını başa düşmür. Əgər tiryəkdən istifadə edəcəksənsə, özün iç, niyə başqalarını da aludəçilik etmək istəyirsən?

Neçə qardaş @behnambroz (təhqirli ifadə iişlədilir) kimi inancın, imanın düşmənə, torpağa, dinə heç bir aidiyyəti olmadığını, heç bir zorlama olmadığını anladıqdan sonra dünya hamımız üçün daha gözəl bir yerə çevriləcək.

Barbados @Barbad777 Bu tip proqramların İranda keçirilməsinə ümid etmək necə də xoşbəxtlik olar

Səidfərəcpur @farajpursaeed: Evə düşən nur məscidə də saçar...

Xeyr, Wade @na_weeeed Nə gözəl aranjiman və musiqidir. Tam versiya haradadır?

Kəsrə @KasraGATE Sizin rejimin dinində həyasızlıq və şərəfsizlikdən başqa heç nə qalmadı #Mehsa_Amini

Tikinti @Sashtyani Mən həqiqətən həzz aldım. Tam videoya harda baxmaq olar?

Meisam @Teimorzadeh (təhqirli ifadə iişlədilir) dindir, biri müsəlman olmaq istəyir, biri istəməz, amma mən sizin kimilərin təbliğ etdiyi, tərəfdarı olduğu dini istəmirəm, ateist qalmaq daha yaxşıdır.

hakantrader.eth @hakan_trader Onlarda dünyəvi hökumət, ən yaxşı hökumətdir! Tezliklə məhv olacaqsınız, həm dini düşüncələriniz, həm də irqçi düşüncələriniz məhv olacaq

Amin @iamamooon Buna qulaq asma, öləcəksən

Alex Colville @alexcolville11 Bu əsrdə İŞİD-in çirkinliyi, insanların sizin rejimə inanmamaq haqqı var, bunu anlayın

Qarqoş @Gunogli Mən həmişə Azərbaycan musiqisindən həzz almışam. Bu məni işıqlandırdı

Əmir Manoçehar @manoochaltaha Bu səhnələr tezliklə İranda olacaq! Dükandan din alınmır, bundan artığını və uşaq cadugərlik hekayələri ilə insanları aldatmaq olmaz!

deyil @babak3 Nə üçün gözləyirsiniz ki, bütün mənimsəmələrdən, öldürməkdən, iqtisadiyyatı və ətraf mühiti xarabalığa çevirdikdən sonra yenə də sizin yeritdiyiniz dinin hörməti olacaq? Niyə sənin rejimin başqaları üçün dərs olmur?

çoxşaxəli @S8n33  Ümid edirəm ki, İranın çirkli kökləri Yaxın Şərqdən kəsiləcək

Salamati @taste_iran Onlar başa düşürlər ki, biz hələ də xərçəngin müalicəsi üçün İmamzadə Qalqolidən sağalmağa gedirik

mryy @Saiedmehdiuse  Bu orkestr Bakının sürətli tərəqqisinə işarədir və bu tvit İranın daha böyük səfalətini göstərir.

Fərzin @hajii_313 İnsanların İranın din virusundan qurtulduğunu görəndə necə də xoşbəxtəm

Ursula @ursulabulaa Bütün mollaların pulu və bütün dünyanın bütün resursları ilə 44 ildən sonra bütün rəhbərləriniz Amerikada, Avropada yaşayır. Siz hələ də başqa ölkələri dəyişmək fikrindəsiniz? Vay, vay, vay, Konde Perero deyilən bir termin var, siz uşaqlar, tam olaraq buna oxşayırsınız.

Alma @thisisAlmma  Bravo! İranı bu rejimin şərindən qurtarmaq ümidi ilə :)

göktürk kartal @GokturkAzer: Kəs səsini!!!

@ArasKeshavarz  Ateist olmaq İranın düşməni olmaq demək deyil. Başqalarının fikri və dininin sizinlə heç bir əlaqəsi yoxdur

Varan @Varan_iran Biz bunu İranda inqilabdan sonra nümayiş etdirməyə dəvət edirik

İran oğlu Aşkan @king_kados64 Nə gözəl, tezliklə İranda milli orkestrlə

DCLXVI @DCLXVl666 Azərbaycan Respublikası cəmiyyətinin bu qədər qabaqcıl və mütərəqqi olduğunu düşünməzdim! Mən onları təbrik edirəm.

Young Sheldon @young_sheldon1 Ümid və arzu edirik ki, bu (təhqirli söz var) və mollaların cəhalət yerləri sevimli ölkəmiz İrandan tez bir zamanda yığışdırılsın.

VR | 46  @GOODvsEVIL Xameneyi və onun axmaq muzdlularına ölüm. #Mehsa_Əmini # İslama_ritmi

Vahid VM @Vahid_monfred İran xalqı kimi xurafatlara qapılmaması üçün xalqına ən yaxşı xidməti edir. Murdar mollalar hökuməti, necəsən yazıq buqələmun RezaPəhləvi #WomanLifeFreedom #IRGCterrorists

Ayrılıq @JediReyy Nə gözəl konsepsiya və tətbiqdir, İran eyni axmaq deyil, indi #IRGCterrorist

savalan @SAVALAN_P Bu o deməkdirmi ki, qonşu ölkənin seçim hüququ yoxdur? Qonşu ölkələrin əhalisini zorla cənnətə aparan molla rejimi məsuliyyət daşıyırmı? Bütün dünya deyir ki, molla rejimi regionun və dünyanın xərçəngidir.