6 fevral 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələnin aradan qaldırılması üçün müxtəlif aksiyalar keçirilir, çağırışlar edilir. Bu ağır gündə Türkiyə dövlətinin çağışına səs verən digər dövlətlər yardımlarını əsirgəmirlər. Lakin sosial mediada fövqəladə böhran dövründə insanların ağır durumundan sui-istifadə edənlərə də rast gəlinir.
Faktyoxla Lab. Türkiyə mənbələrinə istinadən belə sui-istifadə hallarından birini oxucular üçün bəlli edib.
Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) aid olduğu iddia edilən bu saytın şağırışı WhatsApp və digər sosial media platformalarında sürətli paylaşılır.
Saytın internet ünvanı belədir: afaddestek.net. Bu sayta daxil olarkən saytın güvənli olmadığı qeyd olunur və AFAD-la heç bir əlaqəsinin olmadığı dərhal sezilir.
Çünki AFAD Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi dövlət agentliyi olduğu üçün saytı gov.tr domeni ilə olmalıdır. Qeyd edilən qurumun saytı isə budur: https://www.afad.gov.tr/depremkampanyasi2
Bu saytda qeyd olunan xanaları dolduran istifadəçilərin məlumatlarının oğurlanması və digər kiber cinayətlərlə rastlaşması mümkündür.