Erməni teleqram kanalları 01 fevral 2023-cü il tarixində Gəncədə hərbi hissələrin birində yanğın olması barədə xəbər yayıblar. Bu xəbəri ilk olaraq 10 min izləyicisi olan “Ararat” kanalı paylaşıb.
Faktyoxla Lab. bu xəbərin doğru olub-olmamasını araşdırıb.
“Tərsinə axtarış” metodu ilə dəqiqləşdirə bildik ki, erməni teleqram kanalları bu məlumatı unikal.az saytında gedən "Gəncədə mebel salonu yanaraq kül oldu – VİDEO” məqaləsindən götürüblər.
Sadəcə materialdan “Gəncə”, “yanğın” sözlərini və video materialı götürüb, mebel salonunu “hərbi hissə” sözü ilə əvəzləyib, saxta məlumat paylaşıblar.
Nəticə: erməni teleqram kanallarının yaydığı "Gəncədə hərbi hissə yanıb" xəbəri saxtadır.