İranda “yanlış” hicab taxmağa görə həbs olunan, işgəncə gördükdən sonra həlak olan (qətlə yetirilən) “Məhsa Amini işi” İran rejiminin lakmus kağızına çevrildi. Günahsız qızın qətlə yetirilməsi molla rejiminə qarşı mübarizəni evlərdən küçələrə daşıdı, etirazları alovlandırdı və iğtişaşları genişləndirdi. Rejim problemin kökünü araşdırmaqdansa, qətlə yetirilən günahsız qızın keçmişi haqda məlumatlar yaymaqla vəziyyəti daha da dəyişdirməyi düşünürdü.
Öncə Məhsa Amininin adi ürək çatışmazlığından vəfat etdiyini iddia edən görüntüləri yaymaqla işini bitmiş sayan rejim mediası, sonradan bu qızın kürd terrorçu qruplaşmalarından biri olan Kamale partiyasının üzvü olduğunu iddia etdi və bunu təsdiqləmək üçün fotolar və məlumatlar yaydı.
Faktyoxla Lab. bu iddianın həqiqiliyini araşdırıb.
İrandan idarə olunan azərbaycandilli teleqram kanallarından biri belə məlumat yaydı: “Mehsa Əminin Hizbi Kumle-i Peşmərgədən olduğuna dair fotosu. Plan böyük idi, lakin Allah təala infarkt və təhlükəsizlik video qeydləri ilə düşmənin planlarını pozdu. Plana görə, Mehsa Əmini Tehranın mərkəzində insident törədəcək, döyüləcək və həbs ediləcəkdi. Sosial media, televiziya və qəzetlər, insanlar vasitəsilə bütün dünyada gündəmə gətirilərək İranda mövcud nizamı çətinləşdiriləcəkdi. Düşmən belə planlar qurarkən, Allah təala planlarını alt-üst etdi. Xəstəliyi təkrarlandı və bütün tələləri onlara qarşı çevrildi.”
Bu məlumat, teleqram kanalında yayılandan sonra informasiyanın mənbəyini axtardıq. Məlum oldu ki, məlumat ilk olaraq SEPAH-ın qeyri-rəsmi təbliğat ruporu sayılan maahinnews.ir -də yayılıb. Xəbər başlığı “Mahsa Amini Komle üzvü idi və aşkar olunmaması üçün sionid içdi” belə idi.
maahinnews.ir məlumatından sonra bu ölkənin propaqanda biliciləri bu informasiyanı daha da dərinləşdirməyə çalışırlar. https://www.hoorsa.com/p/MzQxNDE4MjA= bir az da irəli gedərək "Adl Ali" xaker qrupunun Komale təşkilatının üzvləri arasında yazışmaları ələ keçirdiyini yazır və bununla da “Məhsa Amini işinin” təxribat və İran dövlətinə qarşı sui-qəsd planı olduğunu iddia edir. Saytın yazdığına görə, M.Amininin əmisi oğlu İrfan Mortazei arasında yazışmalarda qızın Tehrana gedəcəyi və diqqəti öz üzərinə çəkəcəyi planı əvvəldən qurulub.
Üçüncü mərhələdə, rejimə yaxın saytların dezinformasiyasından sonra sosial mediada aşağıda qeyd edəcəyimiz profillər həmin məlumatı tirajlamağa başlayırlar. Həmin məlumatı yayan sosial media profillərini təqdim edirik.
Facebookda paylaşılanlar:
Hussein Aldirani -paylaşdığı məlumat
محمد علي الولائي -paylaşdığı məlumat
Abu Reyhan Besri -paylaşdığı məlumat (Profildə bu şəxsin Avstraliyanın Sidney şəhərində yaşadığı qeyd olunub)
Muhaned Mahfoud -paylaşdığı məlumat (Profildə bu şəxsin İraqda yaşadığı qeyd olunub)
ياسين حميد -paylaşdığı məlumat (Profildə bu şəxsin İraqda yaşadığı qeyd olunub)
Said Elali -paylaşdığı məlumat
Davud Ali Zuaiter -paylaşdığı məlumat
Bahaa Almousawi -paylaşdığı məlumat
Muhammed Abadi -paylaşdığı məlumat
Divaniye Medya- paylaşdığı məlumat
Mazen Almazni -paylaşdığı məlumat
Tvitterdə paylaşınlar:
Qeyd edilən bütün mənbələrdə, elə İrandan idarə olunan azərbaycandilli teleqram kanallarında da əvvəldən hazırlanmış, demək olar ki eyni mətn verilib:
Məhsa Aminin Kürdüstandakı terrorçu Komala patiyasının sıralarında təlim aldığımı zaman çəkilmiş fotosu.
İran əsilli kürd qızı Məhsa Amininin İsraillə əlaqələri olan kürd terror örgütü Komala ilə əlaqələri ortaya çıxdı. İran Kürdüstanının İrandan ayrılması üçün özünü şəhid etdiyi aşkar olundu. İddialara görə, o, İranda örtülməyən qadınların hesab verdiyini bilə-bilə bu addımı atır, sonradan bu qətl dövlətə qarşı çağırışlara, etirazlara, hətta partizan döyüşlərinə çevriləcəyini əvvəldən planlayır. Plan belə idi.
Əmisi oğlunun kürd “Komale partiyası”nın söz sahiblərindən biri olduğu üçün onunla məsləhətləşir, onun icazəsilə zəhərli maddə qəbul edir və ürəyi həbin təsirinə özmür və o, həlak olur.
Hətta xalasının Kürdüstandakı internet üzərindən yayılan “Gasht Irshad” televiziyasına çıxdığı və bu fikirləri orada səsləndirdiyi də paylaşımlarda xüsusi qeyd edilir. Böyük güclər komplo qurdular, savaş açdılar, İranı təklədilər, amma İran cümhuriyyətini bir damcı da silkələyə bilmədilər. Allahın izni, lider və fədakar gənclər sayəsində bunu bacarmayacaqlar”
Bu İran təbliğat bilicilərinin düşüncəsi idi.
Bəs, paylaşılan fotodakı xanım doğrudanmı Məhsa Aminidir?
İnternetdə açıq mənbələrdə kiçik araşdırma nəticəsində aşağıdakı qaynaqları tapa bildik.
İran Kürdistan Demokrat Partiyasının rəsmi internet səhifəsində “Demokrat Partiyası təmsilçilərinindən Zagros Komitəsi qadınlarına dəsətk” başlığı ilə paylaşılan bu foto-galeriyada Mahsa Aminiyə oxşadılan qadının fotolarına rast gəlirik.
Saytlarda paylaşımın dərc edilmə tarixində dəyişikliyin mümkünlüyünü nəzərə alaraq (indiki məlumatın köhnə tarixlə yerləşdirilməsi-red) həmin fotonu sosial mediada axtardıq. Bu nəticə əldə olundu:
Diqqət yetirdiksə, həmin fotoların facebook-da 28 may 2016-cı ildə dərc olunduğunu görürük. 2016-cı ildə isə 2022-də qətlə yetirilən Məhsa Amininin 16 yaşı var idi. Paylaşılan fotoda olan qadına bu yaşı vermək mümkün deyil. Həm də fizinomiyalarında da yetərli fərqliliklər var.
Nəticə:
- İran xüsusi xidmət orqanları, hökumətyanlı media, teleqram kanallarında, social mediada yayılan foto və informasiya saxtadır.
- Fotosu paylaşılan qadının Məhsa Aminiyə heç bir aidiyyatı yoxdur.
- İran təbliğat sənayesi bu yalanı tirajlamaqla törədilən cinayəti təsdiq etmiş oldular. Belə ki, bu fotonu paylaşmaq və Məhsa Amininin kürd terror qruplaşmalarından birinə mənsub olduğunu iddia etməklə, media ideoloqları əslində cinayətin nədən törədildiyinin səbəbini bəlli etmək istəyirlər. Yəni, bu xanım kürd terrorçu qruplaşmalarından birində olub və o, bu qanunsuz fəaliyyətinə görə əməliyyat nəticəsində qətlə yetirlib. Yalnış özünüqoruma idi.