Sosial mediada Qətərdə keçirilən dünya çempionatında spirtli içkilərlə bağlı qadağalardan yayınmaq üçün əl atılan variantlardan biri haqda fotolar yayılıb. Həmin fotolarda pivə qablarının üzərinə spirtsiz içkilərin maskası taxıldığı görünür və elə stadiondaca içki içildiyinə işarə vurulur.

Maraqlıdır ki, bu məlumatı xarici media ilə yanaşı, həm haqqin.az siyasi saytı, həm də futbolinfo.az idman saytının teleqram kanalları da paylaşıblar.

Bu barədə araşdırma apardıqda bu fotonun ilk dəfə 07 iyun 2022-ci ildə NoContextBrits profili tərəfindən paylaşıldığını görürük.  

Lakin bir çox elektron ticarət saytları pivə qablarına keçirilən "maskaların" satıdığına da rast gəlirik. Diqqət edilərsə həmin maskalar tək spirtli içkilər üçün deyil, həm də digər spirtsiz içkilərə də tətbiq edildiyini görmək olar. 

 

Qətərdə keçirilən dünya çempionatında gəlincə isə doğrudan da FİFA böyük yarışmanın başlamasına iki gün qalmış stadionlarda və yaxın ətrafında spirtli içki satışını qadağan edən qərar qəbul etdi. Bu qadağanın Qətər Kral ailəsi tərəfindən irəli sürüldüyü də söylənilir.   

 

Azarkeşlərin qadağa ilə bağlı etirazlarından sonra FIFA prezidenti Gianni Infantino bu açıqlamanı vermişdi: “Azarkeşlərin 3 saat ərzində pivə içmədikləri halında həyatlarını itirməyəcəklərini düşünürəm. Fransada stadionlarda içki qadağası olduğu halda bir kəs səsini çıxarmır, amma müsəlman ölkəsində spirtli içki qadağası olan kimi ikiüzlü şəkildə etiraz edirlər. Mən bu gün özümü qətərli, ərəb hiss edirəm. Bu gün özümü əngəlli biri hiss edirəm. Bu gün özümü mühacir işçi kimi hiss edirəm. Amma qəti ayrıseçkiliyə qarşıyam.

Nəticə: Bu metod, Qətərdə keçirilən futbol üzrə dünya çempionatında spirtli içkilərin istifadəsinə tətbiq olunan qadağadan yan keçmək üçün deyil. Bu fotolar iyun ayında paylaşılıb.