Sosial və ənənəvi mediada “Barcelona-nın tanınmış futbolçusu, müdafiəçi Gerard Pikenin xanımı məşhur müğənni Şakiraya komanda yoldaşı, gənc fitri istedad Gavinin anası ilə xəyanət etməsi xəbəri yayılmaqdadır.  

Faktyoxla Lab. sosial medianın gündəmi olan bu məlumatın həqiqiliyini xarici mənbələri istinadən araşdırıb.

İspaniyanın “El Periodico” xəbər saytının 1 iyun 2022-ci ildə yaydığı məlumata görə, Şakira Pikenin başqa bir qadınla bərabər olduğunu öyrənərək, ondan ayrılıb. Ancaq həmin məlumatda nə Gavinin adı çəkilir, nə də anasının.    

Bu xəbərdən sonra “AS Marca” adlı tvitter hesabı paylaşdığı tvitdə Gavi və anasını gündəmə gətirib.

Lakin izləyicilər tərəfindən ciddi qarşılanmayan bu xəbər təkrar “Le Marke Sports”-un tvitter hesabında yayılır. 

Həmin tvitdə iddianın mənbəyi olaraq “El Periodico saytının oxşarı (klonu) olan El Periósico adlı sayt göstərilir. “Le Marke Sports”-un işə peşəkar yanaşması bəhrəsini verir və az müddətdə 25 min izləyici tərəfindən bəyənilir. 

Daha sonra türkiyəli jurnalist Mehmet Esat Açıl olmayan “El Periósico”-ya istinadən hazırlanmış xəbəri ingilis dilinə çevirərək tvitterdə paylaşır. Bu məlumat ispan istifadəçilərin diqqətini çəkir və sözün əsl mənasında İspaniyada şok yaşadır, tvitterin İspaniya seqmentinin əsas mövzusuna çevrilir.

Hətta bəzi ispan saytları türk jurnalisti mənbə göstərərək məlumatı təkrar paylaşılır. 

Bununla kifayətlənməyən “El Periodico”-da həmin xəbərin yayılmasından bir gün sonra Pikenin yeni sevgilisinin 20 yaşlarında gənc, sarışın qız olması haqda yazı çıxır. 

Türkiyə mediası tanınmış ispan idman saytı “Goal İspanya”-nın müxbiri Ruben Uria Gonzalezdən bu məlumatla bağlı fikir öyrənir və ispan jurnalist faktı təsdiqləyir. Deyilənlərə görə, Pike günün ikinci yarısında ofisiant işləyən 20 yaşlı tələbə qızla münasibətləri var.  

Fotoda Gavi və anası əks olunub. Fotodan gördünyü kimi Gavinin anası ispan mediasının təsvir etdiyi göstəricilərdən xeyli uzaqdır.  

Nəticə:

- Pikenin, komanda yoldaşı Gavinin anası ilə bir yerdə olduqları xəbəri yalandır.

- Bu məlumat saxta profillər vasitəsilə tirajlanaraq, gündəm olub.

- Amma ispan mənbələr Pikenin başqa bir xanımla münasibətlərinin olduğunu da yazırlar.