İranın sərhədlərimizin tam yaxınlığında keçirdiyi "Xeybər fatehləri" təlimində birində çəkilən videoda onlarla reaktiv artilleriya qurğusundan eyni vaxtda yayılım atəşi açılması əks olunub. İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) bu videonu paylaşaraq təlimlərin yüksək səviyyədə keçdiyinə işarə vurmuş, həm də qonşulara əzələ nümayişi etmişlər.  

 

Faktyoxla Lab. bu videonun yayıldığı sosial şəbəkə platformalarında araşdırma aparıb. 

Sosial mediada yazılan şərhlərin izi ilə bu yayılım atəşinin lentə aldığı əsl poliqona gedib çıxa bildik. Ünvan və kordinat Serbiyanın "Peşter" hərbi Poliqonunu göstərir. (Mənbə

Kadrlar da həmin poliqonda keçirilən ənənəvi “Садејство 2020” hərbi təlimləri zamanı çəkilib. Bu linkdə həmin poliqonda keçirilən “Садејство 2020” hərbi təlimləri haqda bütün məlumatlar verilib. 

Biz, sosial şəbəkədə yayılan və helikopterləri ilə öz əsgərlərinə raket atılması faktını demirik. Ehtimal edirik ki, burada qeyri-dəqiq məlumat var.

Lakin məhz bu paylaşımda SEPAH və İran mediası əndazəni bir az aşıb, başqalarının hesabına özlərindən sərrast atıcı obrazı yaratmaq istəyiblər. 

Nəticə: İran SEPAH-nın yayıdığı video plagiatdır, oğurluqdur. Video Serbiyadakı Peşter poliqonunda keçirilən “Садејство 2020” hərbi təlimləri zamanı çəkilib.