Axtarış

Select theme:

Meta 2026-cı ildə ABŞ-də keçiriləcək seçkilərə necə hazırlaşır

Nəticələr

  • 2026-cı ildə ABŞ seçkilərinə yanaşmamız illərdir tətbiq etdiyimiz eyni genişmiqyaslı tədbirlərlə üst-üstə düşür. Bura ifadə azadlığını dəstəkləmək, seçici iştirakını təmin etmək və süni intellektlə yaradılan məzmunla bağlı şəffaflığı qorumaq kimi məsələlər daxildir.
  • Biz əvvəlki seçki dövrlərində olduğu kimi, kampaniyanın son həftəsində platformalarımızda yeni siyasi reklamları blok etməyə davam edəcəyik.
  • Seçki Mərkəzimizin fəaliyyətini davam etdirir və platformalarımızda insanları, o cümlədən siyasətçilərin şəkilləri ilə bağlı dələduzluqdan qorumağa diqqət yetiririk.

Noyabrda milyonlarla amerikalı orta müddətli seçkilərdə iştirak etmək üçün səsverməyə gedəcək. Hər seçkinin özünəməxsus xüsusiyyəti olsa da, Meta platformalarımızdakı seçkilərə dair hərtərəfli yanaşma hazırlayıb. Bu yanaşma sərbəst ifadəni təmin edir, vətəndaş iştirakçılığını təşviq edir və siyasi və ictimai məsələlərlə bağlı reklamlarda şəffaflığı təmin edir.

2026-cı ilə hazırlaşarkən uzun müddətdir mövcud olan qaydalarımızın və müdafiə mexanizmlərimizin platformalarımıza necə tətbiq olunacağını müəyyən edirik.

Siyasi reklamalarla bağlı şəffaflıq

Seçkilər, siyasət və ya sosial məsələlərlə bağlı reklam verənlər icazə prosesini tamamlamalı və "ödəyənin kimliyi"ni göstərən açıqlama əlavə etməlidirlər. Bu reklamlar sonra yeddi il müddətinə ictimaiyyətə açıq Reklam Kitabxanamıza yerləşdirilir. Hazırda Reklam Kitabxanamızda 18 milyondan çox ABŞ qeydiyyatı var.

Məhdudiyyət dövrü: Əvvəlki seçki dövrlərində olduğu kimi, ABŞ seçki kampaniyasının son həftəsində yeni siyasi, seçki və sosial məsələlərlə bağlı reklamlar blok ediləcək. Məhdudiyyət dövründən əvvəl ən azı bir dəfə görülən reklamların bu müddət ərzində yayımlanmasına icazə veriləcək. Bunun səbəbi illərdir dəyişmir. Seçkinin son günlərində reklamlarda irəli sürülən yeni iddiaları mübahisələndirmək üçün kifayət qədər vaxt olmaya bilər.

Süni intellektlə (Sİ) hazırlanan və ya redaktə olunan siyasi reklamlar: Reklam verənlərdən müəyyən hallarda sosial məsələlər, seçkilər və ya siyasət haqqında reklamları Sİ ilə yaratdıqda və ya dəyişdirdikdə bunu açıqlamaları tələb olunur. Reklam verən bizə bunu bildirdikdə, biz reklamda və Reklam Kitabxanamızda müvafiq məlumat əlavə edəcəyik. Sİ ilə yaradılan və ya redaktə olunan reklamların etiketlənməsi üzrə yanaşmamız insanların Sİ tərəfindən redaktə olunmuş və ya yaradılmış ola biləcək reklamları daha asan tanıması üçün davamlı inkişaf edir.

Siyasi reklamlara aid olmayan, süni intellektlə yaradılan məzmunun müəyyən edilməsi

Biz platformalarımızda reklamlardan kənarda süni intellektdən istifadə etməklə yaradılan və ya redaktə olunan məzmunu müəyyən etmək və şəffaflığı təşviq etmək üçün onu işarələmək məqsədilə sənaye standartları və texnologiyanın (məsələn, C2PA) kombinasiyasından istifadə edirik. Sİ aləti tərəfindən yaradıldığını aşkar etdiyimiz məzmun üçün "AI info" etiketi göstəririk və məzmunun etiketlənməsinin sənaye səviyyəsində paylaşılan siqnallara görə, yoxsa kiminsə öz açıqlamasına görə olduğunu paylaşırıq. İnsanlardan rəqəmsal yolla yaradılmış və ya dəyişdirilmiş video və ya real səslənən audio olan təbii məzmun paylaşıldıqda bu açıqlama və etiketləmə alətindən istifadə etmələrini tələb edirik və bunu etmədikləri təqdirdə cərimə tətbiq edə bilərik.

Dövlət rəsmilərindən və ya digər rəsmi şəxslərdən gələn məlumatları insanlara çatdırmağı davam edirik

Səsvermə məlumatları və seçki günü xatırlatmaları: İllərdir etdiyimiz kimi, ilkin seçkilər də daxil olmaqla, insanları yerli və dövlət səviyyəsində səsvermə məlumatları ilə əlaqələndirmək üçün “Facebook” və “Instagram”-da lentin yuxarısında bildirişlər göstəririk. “Facebook”-da bu bildirişləri daha asan başa düşülən etmək üçün onları şəxsin seçdiyi tətbiq dili və əlavə dil (əgər onlar başqa dildəki məzmuna qarşılıq veriblərsə) ilə göstəririk. Əgər kimsə “Facebook”-da və ya “Instagram”-da göstərilən yaşayış ünvanını dəyişibsə və ya biz onların yerini səhv müəyyən etmişiksə, onlar "ştatı dəyiş" seçimini edərək düzgün hökumət məlumatlarına yönləndirilə bilərlər.

Axtarış Sisteminin Nəticələri: İnsanlar “Facebook”-da seçki ilə bağlı terminlər axtardıqda, biz onları daha çox məlumat əldə etməkləri üçün müvafiq ştatın hökumət veb-saytlarına yönləndiririk.

Səsvermə Bildirişləri: Facebook-da biz ştat və yerli seçki rəsmiləri ilə birlikdə insanlara qeydiyyatdan keçmək və səsvermə ilə bağlı vaxtında səsvermə bildirişləri göndərmək üçün işləməyə davam edirik. Dövlət və yerli seçki rəsmiləri “Facebook”-dakı Səsvermə Bildirişləri vasitəsilə bir milyarddan çox bildiriş göndəriblər.

“Instagram Stikerləri”: “Instagram”-da qeydiyyat müddətinin sonu və seçki günü ərəfəsində insanları rəsmi səsvermə məlumatlarına yönəldən stikerləri hekayə bölümlərində nümayiş etdirməyə və ön plana çıxarmağa davam edirik.

İcmaya Daha Çox Kontekst əlavə etmək imkanı vermək

Keçən il təqdim etdiyimiz icma qeydlərində insanlara “Facebook”, “Instagram” və “Threads”-də potensial olaraq çaşdırıcı və ya anlaşılmaz ola bilən paylaşımlara düzəliş edərək kontekst əlavə etmək imkanı verdik. Ənənəvi üçüncü tərəf fakt yoxlamasından fərqli olaraq, icma qeydləri Meta və ya kiçik bir fakt araşdırıcılar qrupu tərəfindən deyil, “töhfə verənlər” tərəfindən yazılır və qiymətləndirilir. Qeydlər əksər ictimai məzmunlara, o cümlədən Metanın, rəhbər icraçı şəxslərimizin, ictimai xadimlərin və siyasətçilərin paylaşımları ilə bağlı təqdim edilə bilər.

“Töhfə verənlər” əlavə kontekstdən fayda görə biləcək məzmunu özləri seçirlər. Müəyyən bir qeyd yalnız "konsensus" əldə edildikdə, yəni adətən bir-biri ilə razılaşmayan “töhfə verənlər” arasında razılıq yarandıqda dərc olunur. Bu, qərəzin azalmasına və nəhayət dərc olunan qeydlərin ümumi keyfiyyətinin yüksəlməsinə kömək edir. Müəyyən şərtlər daxilində (hesabı altı aydan çoxdur aktiv və yaxşı vəziyyətdə olan, təsdiqlənmiş telefon nömrəsinə malik, və ya iki faktorlu autentifikasiyaya qoşulubsa) 18 yaşından böyük, ABŞ-də olan istənilən şəxs “töhfə verən” ola bilər

Dələduzluqla Mübarizə

Biz insanları dələduzluqlardan – o cümlədən siyasətçilərin şəkillərindən sui-istifadə edənlərdən – qorumağa diqqət yetiririk və yanaşmamızı davamlı olaraq nəzərdən keçirib yeniləyirik. Platformalarımızda ictimai xadimlərin şəkillərindən istifadə edərək insanları aldatmaq və ya dələduzluq etmək məqsədilə reklam yerləşdirmək siyasətimizə ziddir. Bu cür dələduz reklamlarla mübarizəyə kifayət qədər resurs ayırmağa davam edirik və siyasətimizi pozan hesabları, səhifələri və reklamları dayandırmaq və silmək daxil olmaqla, onlara qarşı tətbiq etdiyimiz qaydaları daim təkmilləşdiririk.

Dələduzlar siyasi kampaniyalar adı altında insanları müəyyən məzmuna cəlb etmək üçün seçkilərdən istifadə edə bilərlər. İnsanları bu təhdidləri necə tanımağı və onlardan necə qorunmağı öyrətmək üçün Fırıldaqçılığın Qarşısının Alınması Mərkəzimizdə  resurslar hazırlamışıq. Biz həmçinin ictimai xadimlərin şəkillərindən istifadə edərək insanları aldadan "məşhur tələsi" reklamlarını aşkar etmək və qarşısını almaq üçün üz tanıma  texnologiyasından istifadə edirik. İnsanların özlərini və ya başqasını təqlid etdiyini bildirdikləri saxta hesabları da silirik.

Əməliyyat Hazırlığı

Son onillikdə təhlükəsizlik və müdafiə sahələrinə, o cümlədən seçkiləri qorumaq üçün 30 milyard dollardan çox vəsait xərcləmişik. “Facebook”, “Instagram” və “Threads”-də biz seçkilərə müdaxiləyə, seçki zorakılığına və seçkinin nə vaxt, harada və necə keçiriləcəyi barədə yanlış məlumata qarşı siyasətimizi tətbiq edirik. Biz, həmçinin fiziki zərərə səbəb ola biləcək və ya seçkilərə müdaxilə edə biləcək məzmunu da siləcəyik.

Biz, eyni zamanda, seçkiləri hədəf alanlar da daxil olmaqla xarici təsir əməliyyatlarını ifşa etməyə və bu cür fəaliyyətləri pozmağa davam edirik və 2017-ci ildən bəri 200 koordinasiya olunmuş qeyri-autentik davranış  şəbəkəsini aradan qaldırmışıq.

Seçki Əməliyyatlar Mərkəzimiz Meta daxilində təhdid analizi, verilənlər elmi (“data science”), mühəndislik, tədqiqat, əməliyyatlar və hüquq komandalarımızdan mövzu üzrə mütəxəssisləri bir araya gətirir və şəbəkəmizdə yaranan potensial sui-istifadə hallarını real vaxt rejimində izləyərək aradan qaldırır.

2018-ci ildən bəri etdiyimiz kimi, Braziliyadakı prezident seçkiləri də daxil olmaqla, dünya üzrə seçkilər üçün də bunu edəcəyik.

Seçkilərə necə hazırlaşdığımız barədə daha ətraflı məlumat üçün fakt vərəqəmizə buradan baxa bilərsiniz.

Oxşar məqalələr: