(əvvəli burada)
CSI təşkilatının maliyyə maxinasiyaları, humanitar qalmaqalları və kəskin anti-Azərbaycan mövqeyi təsadüfi deyil. Bu davranışların arxasında duran əsas ideoloji, siyasi və iqtisadi səbəblər var.
CSI Qərbdəki (xüsusilə ABŞ və Avropadakı) saf niyyətli xristian icmalarından ianə qoparmaq üçün peşəkar, psixoloji manipulyasiya və marketinq taktikalarından istifadə edir. Bu taktikalardan əsası "Xristian soyqırımı" mifi və bunun əsasında qorxu kartından istifadə etməkdir. Reklam kampaniyalarında real siyasi münaqişələr tamamilə təhrif edilərək dini müharibə kimi təqdim olunur. "Ermənistanda xristianlıq məhv edilir", "Yeni bir xristian soyqırımının qarşısını alın" kimi dramatik və aqressiv şüarlarla dindarların emosiyaları istismar edilir.
CSI-nin fundamental baxış bucağı dünyadakı münaqişələri yalnız "müsəlmanlar xristianlara qarşı" prizmasından təqdim etməkdir. Onlar Qarabağ münaqişəsini beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində deyil, "müsəlman dövlətin xristian azlığı məhv etməsi" kimi qələmə verməyə çalışırlar. Azərbaycana qarşı radikal dini terminlərdən (məsələn, "cihadçı təhlükəsi", "xristian soyqırımı") istifadə etməklə Qərb dünyasında emosional reaksiya doğurmaq istəyirlər.
Sosial şəbəkə platformalarında (Facebook, YouTube), xristian jurnallarında və birbaşa e-mail xəbərlərində qəsdən qocaların, ağlayan uşaqların və dağılmış kilsələrin şəkilləri paylaşılaraq donorlarda süni "təcili yardım etmək öhdəliyi" hissi yaradılır.
Keçmişdə Sudanda "pul ver, bir xristian qulu azad et" yalanı ilə milyonlar yığdıqları kimi, indi də eyni taktikayla "sənin 50 dolların bir erməni ailəsini aclıqdan və müsəlman təhlükəsindən xilas edəcək" tipli primitiv, lakin dindar kütlə üçün effektiv olan ianə çağırışları edirlər.
Təşkilatın bu cür yanaşmasının bir səbəbi də donor cəlbi və "qurban industriyası" taktikası ilə bağlıdır. Beynəlxalq QHT-lər üçün ən böyük maliyyə mənbəyi "məzlum və təqib olunan" qrupların hekayələridir. Erməni mövzusu CSI üçün uzun illərdir tükənməz bir maliyyə qaynağıdır.
Təşkilat Sudan qalmaqalında olduğu kimi (qulları pul verib azad etmək adı ilə fırıldaqçı şəbəkələrlə işləmək), Ermənistan mövzusunda da "təhlükədə olan xristianlar" kampaniyası açaraq milyonlarla dollar ianə toplayır. Bu vəsaitlərin real olaraq hara xərcləndiyi isə qeyri-şəffaf qalır.
CSI-nin yuxarıda qeyd olunan ideoloji xətti, qeyri-şəffaf maliyyə kampaniyaları və Azərbaycana qarşı yönəlmiş sistemli manipulyasiya siyasəti təsadüfi şəxslər tərəfindən deyil, birbaşa təşkilatın ali rəhbərliyi tərəfindən idarə olunur. Təşkilatın həm Sudandakı qalmaqallı fəaliyyətində, həm də hazırkı Ermənistan-Azərbaycan proseslərinə birtərəfli dini müdaxiləsində qurumun rəhbərinin müstəsna rolu vardır. Xüsusilə Qərbdəki dindar kütlələrin emosiyalarını idarə edən və humanitar yardım adı altında aparılan bu genişmiqyaslı kampaniyaların arxasında dayanan aparıcı şəxsi təşkilatın hazırkı prezidentidir.
"Christian Solidarity International" təşkilatının beynəlxalq prezidenti Con Eibner (John Eibner), xristianların hüquqlarının müdafiəsi və dini azadlıqlar sahəsində tanınmış amerikalı insan hüquqları fəalı, tədqiqatçı və humanitar missiya rəhbəridir.

Con Eibner 30 ildən artıqdır ki, bu təşkilatda çalışır. O, uzun müddət təşkilatın ABŞ qanadının (CSI-USA) icraçı direktoru (CEO) vəzifəsini icra etmişdir.
27 iyul 2020-ci ildə CSI Beynəlxalq Şurası tərəfindən təşkilatın yeni beynəlxalq Prezidenti seçilmiş və bu postda Herbert Mayeri (Herbert Meier) əvəz etmişdir.
O, müxtəlif xristian konfessiyalarının (katolik, pravoslav, protestant) siyasi və tarixi ayrılıqları kənara qoyaraq, dünyada əzilən xristianların müdafiəsi naminə bir araya gəlməsinin tərəfdarıdır. (Şəhidlər ekümenizmi – Qərb və teologiya ədəbiyyatında bu anlayış Papa Fransisk tərəfindən məhz "Qan ekümenizmi" adlandırılmışdır. Qurbanın xristianlığın hansı məzhəbindən olmasına baxmayaraq, sadəcə xristian olduğu üçün öldürməsini və bu ortaq qanın məzhəbləri birləşdirdiyini ifadə edir)
Vaxtilə Suriyadakı Bəşər Əsəd rejiminə dəstək
"Christian Solidarity International" təşkilatının və onun rəhbəri Con Eibnerin beynəlxalq miqyasda tənqid olunduğu mövzular təkcə Sudan qalmaqalı ilə məhdudlaşmır. Təşkilatın fundamental iş prinsipləri, birtərəfli ideoloji xətti və münaqişə zonalarındakı fəaliyyəti Qərb mediası, müstəqil insan hüquqları müdafiəçiləri və diplomatlar tərəfindən ciddi şəkildə tənqid atəşinə tutulur. CSI-nin Suriya böhranı zamanı tutduğu mövqe beynəlxalq humanitar təşkilatlar və Qərb hökumətləri tərəfindən kəskin qarşılanmışdır.
Con Eibner və CSI, Bəşər Əsəd rejiminə tətbiq edilən geniş iqtisadi sanksiyaların tamamilə ləğv edilməsi üçün Qərb parlamentlərinə, o cümlədən ABŞ Konqresinə və Bayden Administrasiyasına qarşı intensiv lobbiçilik kampaniyaları aparmış, hətta bu məhdudiyyətləri "barel bombalardan daha betər" adlandırmışdır (mənbə). Tənqidçilər təşkilatı sanksiya bəhanəsi ilə Dəməşqdəki diktator rejiminin cinayətlərini ört-basdır etməkdə və Əsədin siyasi maraqlarına xidmət etməkdə ittiham edirlər (mənbə). Eibnerin hesabatlarında Suriyadakı müxalif qüvvələrin fərqlilikləri tamamilə görməzdən gəlinərək, hamısı "silahlı cihadçılar" və "müsəlman üstünlüyünü müdafiə edən radikallar" kimi qələmə verilmiş, bu birtərəfli fokus isə insan haqlarının siyasi konyunkturaya qurban verilməsi və “Əsədyönlü tərəfkeşlik” kimi qiymətləndirilmişdir.
Digər tərəfdən, CSI-nin nizamnaməsində dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin müdafiə olunduğu iddia edilsə də, İraq, Suriya və Nigeriya kimi bölgələrdə yardımların və müdafiə kampaniyalarının yalnız xristian icmalarına yönəlməsi, humanitar yardımın fundamental şərti olan "ayrı-seçkilik etməmək" prinsipinin kobud şəkildə pozulması kimi dəyərləndirilir. Con Eibnerin bəyanatlarında İslam dünyasını xristianlığa qarşı fundamental bir təhdid və "yoxetmə" vasitəsi kimi göstərən "qorxu sivilizasiyası" ritorikası ön plana çıxır.
İnsan haqları ekspertləri və liberal media orqanları CSI-in xristian donorlardan daha çox ianə qoparmaq üçün Qərbdə qəsdən islamofobiyanı alovlandırmaqda və süni dini qorxu mühiti yaratmaqda günahlandırırlar. Bununla yanaşı, beynəlxalq qurumlar CSI-ni köhnəlmiş, mühafizəkar və universal insan haqları konsepsiyasını inkar edən dünyagörüşünə görə tənqid atəşinə tuturlar. Eibner dünyəvi hüquq sistemini və müasir insan hüquqları standartlarını "mənəvi aşınma" kimi xarakterizə edərək, hamı üçün keçərli olan universal bəyannamələri deyil, yalnız dar çərçivəli xristian həmrəyliyini müdafiə edir ki, bu da onun BMT prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən dini-siyasi doktrina ilə hərəkət etdiyini sübut edir.
Məkrli "mentor"dan tamahkar şagirdə ötürülən miras

Artıq qeyd edildiyi kimi, Karolina Koks Con Eibner üçün həmkardan daha çox "ustad" rolunu oynamışdır. Daha sonra, o, anti-Azərbaycan fəaliyyətinin bir hissəsini CSI daxilində tamamilə Eibnerə ötürmüşdür.
Con Eibnerin ermənipərəst fəaliyyətinin gizli səbəbi obyektiv insan hüquqları müdafiəsi deyil. Bu, dini fundamentalizm (teopolitika), 30 illik lobbi asılılığı, Qərb xristian donorlarının rəğbətini qazanmaq rəqabəti və erməni kilsə iyerarxiyası ilə qurulmuş şəbəkə şərikliyidir. O, beynəlxalq hüququ və ölkələrin ərazi bütövlüyünü tamamilə inkar edərək hadisələrə yalnız dini müharibə ("səlib yürüşü") prizmasından baxır.
Eibner Azərbaycan və Ermənistan arasındakı münaqişədə tamamilə ermənipərəst mövqeyi ilə seçilir və Bakıya qarşı sərt bəyanatları ilə tanınır. Qarabağda separatçı rejimin süqutundan sonra, Eibner bunu "xristian sivilizasiyasına təhdid" kimi qələmə verməyə çalışmışdır. O, müntəzəm olaraq beynəlxalq hesabatlarda Bakıda mühakimə edilən erməni müharibə cinayətkarlarının azad edilməsi üçün kampaniyalar aparır.
Eibner və ermənipərəst fəaliyyəti ilə tanınan baronessa Koksun 2 noyabr 2020-ci il tarixli bəyanatı, təşkilatın Qarabağ münaqişəsinə tamamilə qərəzli və təhrif olunmuş yanaşmasının növbəti sübutudur.
Mətndə yer alan iddialar faktların saxtalaşdırılmasına və Qərb auditoriyasında emosional manipulyasiya yaratmağa xidmət edir. Misal üçün, müəlliflər beynəlxalq hüquq prinsiplərini tamamilə görməzdən gələrək, keçmiş Ermənistan-Azərbaycan münaqişəsini siyasi və hüquqi müstəviyə deyil, "müsəlman dövlətin xristian azlığı məhv etməsi" formasına salmağa çalışırlar. Orada qəsdən istifadə olunan "cihadçı təhlükəsi", "xristian soyqırımı" və "Osmanlı xilafətinin bərpası" kimi ifadələr Qərbdəki dindar icmaları manipulyasiya etmək məqsədi güdür.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün apardığı legitim hərbi əməliyyatları "mülki şəxslərin sistemli edamı" və "tammiqyaslı soyqırımı" kimi qələmə verməklə, heç bir real fakta əsaslanmayan qorxu kartından istifadə olunur.
Müəlliflər Azərbaycana qarşı beynəlxalq koalisiya formalaşdırmaq məqsədilə NATO, KTMT üzvlərini və İsraili ölkəmizə silah satışına embarqo tətbiq etməyə və Azərbaycanın suveren ərazisində separatçı rejimin "özünütəyin hüququnu" tanımağa çağırırlar.
Karolina Koks və Con Eibnerin hələ 1990-cı illərdən bəri formalaşdırdıqları "qurban industriyası" taktikası, bu bəyanatda da özünü biruzə verir. Bu sənəd humanitar missiya adı altında gizlənərək, birtərəfli erməni tezislərini Qərb dünyasına sırımaq və bu fonda ianə toplamaq məqsədi daşıyan saxta təbliğat alətidir.
Con Eibnerin 12 fevral 2026-cı il tarixli şərhində Ermənistanın daxili siyasəti və regional sülh prosesi tamamilə təhrif olunmuş, Azərbaycana və Türkiyəyə qarşı növbəti qərəzli tezislər irəli sürülmüşdür. Eibner Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və regional sabitliyi təmin etmək cəhdlərini "islamçı kapitulyasiya müqaviləsi" adlandırır, sülh prosesini erməni xristian dövlətçiliyinin yox edilməsi ssenarisi kimi təqdim edir. Müəllif Ermənistan Hökumətinin kilsə ilə bağlı daxili islahatlarını 1920-ci illərin bolşevik təqibləri ilə müqayisə edir. O, bu gün rəsmi İrəvanın addımlarının arxasında guya "islamçı, neo-osmanlı Türkiyəsinin" dayandığı iddialarını irəli sürür.
Eibner regional geosiyasi reallıqları və hüquqi prosesləri tamamilə kənara qoyaraq, mövzunu yenidən "xristianlar müsəlmanlara qarşı" prizmasına gətirir və Erməni Apostol Kilsəsini siyasi alət kimi qorumağa çalışır. Bu mətn Con Eibnerin və rəhbərlik etdiyi CSI təşkilatının Cənubi Qafqazda sülhə, sərhədlərin müəyyənləşməsinə və sabitliyə qarşı çıxdığını növbəti dəfə sübut edir. CSI subyektiv kilsə münaqişələrini belə "islamçı təhlükə" tezisi ilə bağlayaraq Qərbdəki dindar donorları manipulyasiya etmək fəaliyyətini davam etdirir.
ANCA-nın feysbuk səhifəsi paylaşdığı bu sitat (Con Eibnerin və təşkilatının Azərbaycana qarşı apardığı qaralama kampaniyasının və aqressiv lobbiçilik fəaliyyətinin hansı səviyyəyə çatdığını aydın göstərir.

Con Eibner rəsmi Bakının apardığı müstəqil siyasəti və beynəlxalq hüquqa əsaslanan addımlarını həzm edə bilməyərək, Azərbaycanı süni şəkildə "anti-xristian diktaturası" kimi qələmə verir. O, erməni lobbi təşkilatları (ANCA) ilə şəbəkələşərək, Azərbaycanla obyektiv dialoq tərəfdarı olan və ya regiondakı real vəziyyəti düzgün qiymətləndirən ABŞ konqresmenlərini hədəf alır. Eibner bu cür radikal çağırışlarla Vaşinqtonun regional siyasətinə təzyiq göstərməyə çalışır. Sitatda qeyd olunan "150 min erməninin etnik-dini təmizlənməsi" iddiası real statistikaya sığmayan, tamamilə uydurma və dindar kütlələrin emosiyalarına hesablanmış növbəti təbliğat elementidir.
CSI prezidenti Con Eibner və HART təşkilatının rəhbəri Karolin Koksun 2023-cü il sentyabrın 15-də İrəvanda keçirdikləri mətbuat konfransı və yaydıqları birgə bəyanat, regiondakı hüquqi və siyasi reallıqların kəskin təhrif olunması üzərində qurulub.
Müəlliflər beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan ərazilərini qondarma "Arsax Respublikası" kimi təqdim edir, separatçı rejimin rəsmiləri ilə görüşərək onların birtərəfli iddialarını hesabatlarına daxil edirlər. Bununla da, münaqişənin hüquqi tərəfini gizlədərək separatizmə dəstək nümayiş etdirirlər. Azərbaycanın öz suveren ərazilərində qurduğu Laçın sərhəd-buraxılış məntəqəsini "soyqırım xarakterli blokada" və "silah kimi istifadə olunan aclıq" adlandırmaqla, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı nifrət və təzyiq dalğası yaratmağa cəhd edirlər. Reallıqda isə bu məntəqə humanitar məqsədlər və təhlükəsizlik üçün qanuni əsaslarla qurulmuşdu.
Eibner və Koks 1988-ci ildən bəri baş verən prosesləri, 2016-cı il döyüşlərini və 2020-ci il Vətən müharibəsini Osmanlı İmperiyası dövrünün hadisələri ilə eyniləşdirərək, süni bir "böyük soyqırımı prosesi" ssenarisi uydururlar. Azərbaycanın öz torpaqlarını azad etməsini "etnik təmizləmə" kimi qələmə verirlər.
Bəyanatda ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqları birbaşa hədəf alınır. Azərbaycanın Qarabağ üzərində suverenliyini ehtiva edən hər hansı sülh müqaviləsinin "qaçılmaz olaraq yeni qırğınlara yol açacağı" iddia edilməklə, regionda dayanıqlı sülhün əldə olunmasına açıq şəkildə maneçilik törədilir.
İrəvan bəyanatı Con Eibner və Karolin Koksun 30 ildən artıqdır ki, birtərəfli erməni təbliğatının ruporu rolunu oynadıqlarını bir daha təsdiqləyir. Humanitar fəaliyyət adı altında gizlənən bu şəxslər, sülh prosesini baltalamaq və dindar Qərb icmalarından növbəti ianələri qoparmaq üçün "soyqırımı xəbərdarlığı" kartından bir siyasi manipulyasiya aləti kimi istifadə ediblər.
Erməni katolikosundan daha çox erməni olmaq
Onun Ermənistana ardıcıl səfərləri və erməni diasporu ilə qurduğu işbirliyi, rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı apardığı “qara piar” kampaniyalarının əsas hərəkətverici qüvvəsidir.

Eibner rəhbərlik etdiyi CSI nümayəndə heyəti ilə birlikdə Ermənistana ardıcıl olaraq kritik səfərlər reallaşdırıb. O, İrəvanda keçirdiyi mətbuat konfranslarında CSI-nin 1990-cı illərdən bəri Qarabağdakı erməni separatçılarına "tarixi dəstək" verdiyini və bu həmrəyliyin kəsilməyəcəyini açıq şəkildə bəyan edib

Eibner Ermənistana səfərləri zamanı yalnız Azərbaycana qarşı deyil, hətta Ermənistanın da daxili işlərinə də qarışıb. Erməni kilsəsi ilə Paşinyan hakimiyyəti arasındakı gərginlik fonunda o, İrəvanda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyanla həbsxanada şəxsən görüşmüş, kilsəni müdafiə edərək Ermənistan hakimiyyətini "Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə" ittiham etmişdir.
Bütün Ermənilərin Katolikosu II Qaregin və Kilikiya Böyük Evinin Katolikosu I Aram ilə onun birbaşa təmasları mövcuddur. O, ABŞ-nin Los-Anceles şəhərində I Aram ilə xüsusi olaraq görüşmüş, Bakıda saxlanılan erməni separatçı cinayətkarların (məsələn, Ruben Vardanyanın) azad edilməsi üçün CSI-nin hansı addımları atacağını şəxsən müzakirə etmişdir.
Con Eibner erməni maraqlarına göstərdiyi xidmətlərə görə ABŞ-də fəaliyyət göstərən radikal erməni lobbi təşkilatı ANCA-WR (Amerika Erməni Milli Komitəsinin Qərb Bölgəsi) tərəfindən rəsmi şəkildə fəxri mükafata layiq görülüb və xüsusi qonaq kimi onların banketlərində iştirak edir.
Eibner ANCA ilə koordinasiyalı şəkildə ABŞ Konqresində və BMT platformalarında mütəmadi olaraq brifinqlər təşkil edir.

Bu brifinqlərdə o, Azərbaycanı "xristian irsini məhv etməkdə" ittiham edən saxta hesabatlar təqdim edir.
Eibner erməni mediasına (məsələn, "168 Hours", "Asbarez", "Mirror Spectator") verdiyi müsahibələrdə tamamilə qərəzli və erməni tezislərinə əsaslanan bəyanatlar səsləndirir, Qarabağda baş verən prosesləri erməni kilsə rəsmilərinin dilindən çıxan "etnik təmizləmə" və "soyqırımı" ifadələri ilə eyniləşdirir. Beynəlxalq ictimaiyyəti Ermənistanı "Azərbaycan və Türkiyənin caynağına itələməkdə" günahlandırır.
“Qarabağı tərk edən xristianlar” yeni qul alveri mövzusu kimi
Con Eibnerin erməni lobbisindən asılılığı və erməni rəsmiləri ilə qurduğu şəbəkə, rəhbərlik etdiyi CSI təşkilatının humanitar missiyadan uzaqlaşaraq, tamamilə erməni lobbisinin siyasi alətinə çevrildiyini sübut edir.
CSI ianələr və qrantlar hesabına maliyyələşən qeyri-hökumət təşkilatıdır. Bu tip təşkilatların Qərbdəki mühafizəkar xristian donorlardan pul yığa bilməsi üçün hər zaman "təhlükədə olan qədim xristian xalqı" hekayəsinə ehtiyacı var. Sudan və Suriyadan sonra Ermənistan mövzusu Qərbdəki radikal xristian donorların hisslərini istismar etmək və təşkilata milyonlarla dollar ianə cəlb etmək üçün ən əlverişli, "satıla bilən" dramatik mövzulardan biridir.
"Christian Solidarity International" (CSI) təşkilatının 2020–2025-ci illəri əhatə edən dövrdə (və ardınca 2026-cı ilin ortalarına qədər) Ermənistan və regional mövzularla bağlı fəaliyyəti, onların bütün tarix boyu həyata keçirdiyi ən intensiv, aqressiv və tamamilə ermənipərəst lobbi kampaniyalarından biri olmuşdur.
II Qarabağ müharibəsindən başlayaraq bu günə qədər davam edən kampaniyaların pərdəarxası və əsas mərhələləri aşağıdakı xronologiya ilə cəmlənmişdir:
1. Müharibə dövrü və "etnik təmizləmə" ritorikası (2020-2022)
- 2020-ci ilin payızında müharibənin gedişində CSI dərhal qlobal miqyasda anti-Azərbaycan təbliğatına start verdi. Con Eibner bəyanatlarında Azərbaycanın öz torpaqlarını azad etməsini regional xristianlığa "təhdid" adlandırdı.
- 2022-ci ilin dekabrında Laçın yolundakı aksiyalar başlayanda CSI, Karolina Koksun rəhbərlik etdiyi HART və digər ermənipərəst QHT-lərlə birlikdə Qarabağ erməniləri üçün rəsmi "Soyqırımı təhlükəsi siqnalı" yayaraq beynəlxalq birliyi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırdı.
2. “Yeni “erməni soyqırımı”nı dayandırın” kampaniyası
- 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri və separatçı rejimin süqutundan sonra CSI öz fəaliyyətini ən radikal fazaya keçirdi. Eibner ABŞ, Böyük Britaniya, Rusiya və Avropa İttifaqını Bakının fəaliyyətini dayandırmamaqda, "Xristian sivilizasiyasının beşiyini" qorumamaqda ittiham edən sərt bəyanatlar yayımladı.
- CSI rəsmiləri BMT-nin İnsan Hüquqları Şurasında çıxış edərək rəsmi Bakını hərbi cinayətlərdə ittiham etdilər. Azərbaycan nümayəndə heyəti BMT platformasında CSI-nin bu fəaliyyətini pisləyib onları qərəzlilikdə ittiham etdikdən sonra Con Eibner bəyan etdi ki: "Qarabağ erməniləri geri qayıtmayana qədər mən və təşkilatım heç vaxt Azərbaycana ayaq basmayacağıq".
- Qarabağda separatizm tamamilə ləğv edildikdən sonra Eibner strategiyasını Qərb parlamentləri səviyyəsinə daşıdı. CSI-nin əsas təşkilatçılığı və maliyyə dəstəyi ilə İsveçrə Parlamentində ermənilərin Qarabağa "kollektiv geri qayıdış hüququ" və Azərbaycanla birbaşa deyil, beynəlxalq platformada danışıqlar aparılması barədə mandat qəbul edilməsinə nail olundu.
- Con Eibner şəxsən 2025-ci ilin iyulunda ABŞ Konqresində ANCA (Amerika Erməni Milli Komitəsi) ilə birgə brifinqlər keçirdi. Eyni addım Böyük Britaniya parlamentində də atıldı. Onlar Bakıda saxlanılan keçmiş separatçı rəhbərlərin (məsələn, Ruben Vardanyan və s.) "girov" adlandırılaraq azad edilməsi kampaniyasını idarə edirlər.
- Bu intensiv ermənipərəst fəaliyyətlərinə görə ANCA-nın Qərb Bölməsi (ANCA-WR) tərəfindən 2025-ci ilin oktyabrında CSI təşkilatına və şəxsən Eibnerə xüsusi "İnsan Hüquqları Çempionu" mükafatı təqdim edildi.
- Eibnerin regional fəaliyyətində ən diqqətçəkən və yeni mərhələ Ermənistanın daxili siyasətinə kobud müdaxilə ilə bağlıdır. Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq naminə ermənilərin Qarabağa qayıdış mövzusunun "təhlükəli" olduğunu bəyan etdikdən və Erməni Apostol Kilsəsi ilə hökumət arasında gərginlik yarandıqdan sonra CSI Paşinyan hakimiyyətini hədəf aldı.
- "Kilsəyə təqib" hesabatı: CSI xüsusi hesabat yayaraq Ermənistan Hökumətini erməni kilsəsini parçalamağa çalışmaqda, kilsə rəhbərliyini zəiflətməkdə ittiham etdi. Eibner bəyan etdi ki, Paşinyan hakimiyyəti erməni kilsəsinə təzyiq etməklə "Türkiyə və Azərbaycanın regionda rəhbərlik edəcəyi yeni nizam daxilində Ermənistan xalqının müqavimət gücünü qırmağa xidmət edir". O, ABŞ-da Donald Tramp administrasiyasını (2026) erməni kilsəsini Ermənistan hökumətindən qorumağa çağırdı.
"Christian Solidarity International" təşkilatının beynəlxalq platformalarda (BMT, ABŞ Konqresi, Avropa Parlamenti) Azərbaycan və digər regional münaqişələr barədə yaydığı hesabatlar obyektiv hüquqi təhlillərə deyil, tamamilə dini manipulyasiya və siyasi mifologiyaya əsaslanır.
Erməni Kilsəsinin CSI-yə göstərdiyi "xüsusi rəğbət"in detalları
CSI Qərb kilsələri ilə məsafəli olsa da, Erməni Apostol Kilsəsi (həm Eçmiədzin, həm də Livanın Antilyas şəhərindəki Kilikiya Katolikosluğu) üçün ən etibarlı beynəlxalq tərəfdaşlardan biridir.
Bu xüsusi rəğbətin arxasında konkret maraqlar və mexanizmlər dayanır.
Erməni kilsəsi Con Eibneri və onun sələfi Karolina Koksu sadəcə hüquq müdafiəçisi kimi deyil, "erməni xalqının mənəvi xilaskarları" kimi qəbul edir. Onlar Ermənistana və ya Livana gedərkən ən yüksək səviyyədə – Katolikos II Qaregin və I Aram tərəfindən xüsusi dini rituallarla qəbul olunur, fəxri orden və medallarla təltif edilirlər. Kilsə CSI-yə öz daxili, toxunulmaz şəbəkələrinə daxil olmaq üçün tam logistik yaşıl işıq yandırıb.
Erməni kilsəsi beynəlxalq platformalarda Azərbaycan əleyhinə birbaşa çıxış edəndə bu, "tərəfkeşlik" kimi görünür. Lakin kilsə öz tezislərini İsveçrə mərkəzli, "beynəlxalq" bir insan haqları təşkilatının (CSI) bəyanatı kimi təqdim edəndə Qərb siyasətçiləri qarşısında daha inandırıcı xarakter alır. Erməni kilsəsi CSI-ni Qərb parlamentlərində özünün rəsmi olmayan xarici siyasət və lobbi qanadı kimi istifadə edir.
ABŞ və Avropadakı zəngin erməni diaspor üzvləri öz pullarını birbaşa Ermənistana göndərəndə Qərb ölkələrində vergi güzəşti ala bilmirlər. Lakin bu vəsaitləri rəsmi olaraq ABŞ-da qeydiyyatdan keçmiş xeyriyyə fondu olan CSI-USA-ya "ianə" kimi köçürürlər (bununla vergidən azad olurlar). CSI isə həmin pulları "Ermənistanda layihə" adı altında yenidən erməni kilsəsinin nəzarətindəki yerli fondlara ötürür. Bu "maliyyə zənciri" erməni diasporu və kilsəsinin CSI-yə niyə bu qədər sadiq olduğunu və rəğbət bəslədiyini tam izah edir.
"Christian Solidarity International" təşkilatının Ermənistan və regional mövzularla bağlı fəaliyyəti, onların bütün tarix boyu həyata keçirdiyi ən intensiv, aqressiv və tamamilə ermənipərəst lobbi kampaniyalarından biri olmuşdur.
Onların rəsmi sənədlərdə mütəmadi olaraq istifadə etdikləri ən qərəzli və təhlükəli tezislər aşağıdakı qruplara bölünür:
1. "Xristian soyqırımı" tezisi
CSI-nin hesabatlarında ən çox istifadə etdiyi və beynəlxalq hüquq normalarını birbaşa təhrif edən tezis budur.
Azərbaycanın öz suveren ərazilərində keçirdiyi lokal antiterror tədbirləri və separatçı rejimin süqutu CSI tərəfindən dünya ictimaiyyətinə "yeni erməni soyqırımı" və ya "xristian soyqırımı" kimi təqdim olunur.
Təşkilat BMT-nin 1948-ci il Soyqırımı Konvensiyasının hüquqi şərtlərini tamamilə görməzdən gəlir. Hesabatlarda erməni əhalinin Ermənistana köçməsi "kütləvi qırğın" və "məhv etmə" kontekstində işlənir ki, bu da beynəlxalq hüquqşünaslar tərəfindən terminlərin daxili donor auditoriyası üçün qəsdən şişirdilməsi kimi qiymətləndirilir.
2. "Cihadçı rejim və səlib yürüşü" ritorikası
CSI hadisələri müasir dövlətlərarası münasibətlər sistemindən çıxararaq orta əsrlərin teoloji müharibələri səviyyəsinə endirir. Hesabatlarda rəsmi Bakı və onun müttəfiqləri "radikal islamçı/cihadçı qüvvələr" kimi qələmə verilir. Eibner öz yazılarında iddia edir ki, Azərbaycanın məqsədi təkcə torpaq qaytarmaq deyil, xristianlığı regiondan tamamilə silməkdir. Bu tezis Qərbdəki radikal sağçı və mühafizəkar xristian siyasətçilərin rəğbətini qazanmaq və regional siyasi münaqişəni "Sivilizasiyalar toqquşması" kimi satmaq məqsədi daşıyır.
3. Beynəlxalq hüququn "etnik öz müqəddəratını təyinetmə" ilə əvəzlənməsi
CSI-nin hesabatlarında BMT Təhlükəsizlik Şurasının qətnamələri və dövlətlərin ərazi bütövlüyü prinsipi tamamilə inkar edilir. Hesabatlarda ləğv edilmiş oyuncaq rejim "Artsax Respublikası" adlandırılır və onun "öz müqəddəratını təyin etmək hüququ" olduğu müdafiə edilir. Təşkilat iddia edir ki, ermənilərin xristian olması və qədimdən orada yaşaması onlara beynəlxalq hüququ “yan keçərək” müstəqil dövlət qurmaq hüququ verir.
Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi isə hesabatlarda sənədləşdirilmiş şəkildə "qanunsuz işğal" kimi qeyd olunur.
4. "Mədəni soyqırımı" və tarixi abidələrin təhrifi
CSI-nin Avropa qurumlarına təqdim etdiyi mədəniyyət hesabatları tamamilə birtərəflidir. Qarabağda yerləşən qədim xristian abidələrinin (məsələn, Xudavəng, Gəncəsər monastırları) Qafqaz Albaniyasına aid tarixi irsi hesabatlarda tamamilə rədd edilir. Təşkilat bu abidələrin sırf "erməni mədəni irsi" olduğunu və Azərbaycanın onları saxtalaşdıraraq "mədəni soyqırımı" törətdiyini iddia edir. Azərbaycanın həmin abidələri dövlət mühafizəsinə götürməsi və bərpa etməsi isə "tarixin silinməsi cəhdi" kimi qərəzli şəkildə şərh olunur.
5. "Avtoritarizm vs. demokratiya" şablonu
Təşkilat münaqişəyə geosiyasi şablonlar tətbiq etməyə çalışır.
Hesabatlarda Ermənistan "gənc və məzlum xristian demokratiyası", Azərbaycan isə "anti-xristian diktaturası" kimi təqdim olunur. CSI iddia edir ki, Qərb dövlətləri öz demokratik dəyərlərini qorumaq üçün Ermənistanın tərəfini tutmalı və Azərbaycana qarşı iqtisadi-siyasi embarqolar tətbiq etməlidir.
Bu qərəzli tezislər sübut edir ki, CSI-nin hesabatları müstəqil monitorinq sənədi deyil, onlar erməni lobbisinin siyasi sifarişlərini xristian təəssübkeşliyi müstəvisində qanuniləşdirməyə çalışan təbliğat materiallarıdır.
(ardı var)