İlon Maskın süni intellekt şirkəti “xAI” süni intellektli çatbot “Qrok 3”-ü təqdim edib. “Qrok” sadəcə bir çatbot deyil, həm də “X”-ə inteqrasiya olunmuş AI köməkçisidir.

“Qrok” son vaxtlar bütün fakt yoxlayıcılardan daha çox işləyir. İstifadəçilərin, məlumatı yoxlamaq üçün “Qrok”dan istifadə etməsi getdikcə adi hala çevrilir. Şübhəli post görənlərin çoxu yazının altına “Qrok”u tağ edir.

Oxucu, izləyici üçün AI köməkçisinin fakt yoxlanmasına sahib olmasının bir çox cəlbedici tərəfləri var. İzləyici əvəzinə həqiqəti axtarması və axtardığın cavaba bir neçə dəqiqə ərzində çətinlik çəkmədən çata bilməsi cəlbedici görünür.

Bəs süni intellekt tərəfindən aparılan yoxlamanın düzgünlüyünə əmin olmaq mümkündürmü?

“Qrok”un istifadəçilər arasında yayılması faktların yoxlanmasının gələcəyi və faktların yoxlanılması üçün yeni modellər haqqında suallar doğurur. İş o yerə çatıb ki, istifadəçilərdən biri fakt araşdırma platforasının “Qrok”la məşvərət edib-etmədiyini soruşub.

“Teyit” bir iddia üzrə “Qrok”un fəaliyyətini araşdırıb.

“Qrok”dan sarı, nazik, uzun, xəmirə bənzəyən bir maddənin maşından çıxdığının göründüyü video ilə bağlı iddia haqda soruşuruq. İddialara görə, maşından çıxanlar əriştə və ya spagettiyə bənzər qida məhsuludur.

“Qrok”un işi bu maddənin həqiqətən nə olduğunu müəyyən etmək üçün fakt yoxlayıcı kimi çıxış etməkdir.

Öncə “Qrok”a "videodakı bu məhsul nədir?” sualını veririk. “Qrok” hesab edir ki, videodakı maddə əriştə, makaron və ya buna oxşar xəmir məhsuludur. O deyir ki, sarı rəng ədviyyat və ya qida boyası ilə bağlı ola bilər. Mədəni və regional əlaqələr qura bilən köməkçimiz iddia edir ki, video Cənubi Asiya regionundan ola bilər. “Qrok” həmçinin videonun gigiyenik olmayan istehsal şəraitinə görə tənqid olunduğu konteksti də çəkə bilir.

Videonu araşdırdığımız zaman təhlil edilə bilən müxtəlif detallar gözə çarpır. Məsələn, maşından çıxan maddənin qablaşdırılması. Qablaşdırmada nə yazıldığını müəyyən etmək bizi nəticəyə yaxınlaşdıra bilər. Məlum olur ki, “Qrok” heç nədən şübhələnmir və ipuçlarını götürə bilmir. Ona görə də, qablaşdırmada nə yazıldığını biz ondan soruşuruq.

“ Qrok” qablaşdırmanın üzərindəki təfərrüatları ələ keçirməyə müvəffəq olur. O, qablaşdırmanın üzərində qırmızı ilə yazılmış “سوبر” sözünün “super” mənasını verdiyini və üzərindəki telefon nömrəsinin Pakistandan ola biləcəyini müəyyən edir.

Bundan sonra “Qrok” ümumi təəssüratında bu maddənin xəmir məhsulu olması fikrini dəyişir və təmizləyici məhsul ola biləcəyini bildirir. “Qrok” deyir ki, bu maddə "Paltaryuma sabunu istehsal prosesi" və "Spagetti paltaryuma sabunu necə hazırlanır" başlıqlarına görə, əslində bir paltaryuma sabunudur.

Amma bu başlıqlar videonun özündə yoxdur. O, bu qənaətə, ehtimal ki, videonun alındığı hesabın təsvirini təhlil edərək gəlir. Lakin o, öz təhlilində bu addımı qeyd etmir.

Analizlər nəticəsində süni intellekt üzrə köməkçimiz videodakı məhsulun sarı rəngli, makaronabənzər paltaryuma sabunu olduğunu və istehsal prosesinin gigiyenik olduğunu bildirir.

Nəhayət, “Qrok”un təhlili bizim təlimatımız əsasında formalaşır və onun iki təhlili arasında uyğunsuzluq var. Əgər təhlilin yekun nəticəsi bu linkdədir.

Eyni uyğunsuzluqları müxtəlif təhlillərdə də görmək mümkündür.

Bu yaxınlarda “Stokholmdakı nəhəng çuxur”un təhlilini dərc etdik.

Təhlili dərc etməzdən əvvəl istifadəçilər “Qrok”dan iddianın doğru olub-olmadığını soruşdular.

“Qrok” çuxur videosunun real olduğunu, küçələrdə xaos yaşandığını və təcili yardım briqadalarının hadisə yerində olduğunu iddia edir. O, hətta 2023-cü ildə İsveçdə baş vermiş oxşar hadisəyə istinad edir.

Lakin “Teyit”in təhlilinə görə, video süni intellekt alətləri ilə hazırlanıb. “Qrok”, ehtimal ki, konteksti qaçırıb və oxşar hadisə əvvəllər İsveçdə baş verdiyi üçün AI videonun real olduğunu güman edib. Beləliklə, “Qrok” süni intellekti müəyyənləşdirə bilmədi.

“Teyit”in eyni analizlə bağlı paylaşımının altında bir istifadəçi “Qrok”dan videonun, yoxsa təhlilin düzgün olub-olmadığını soruşdu. “Qrok” deyir ki, bu dəfə “Teyit”in təhlili düzgündür. Əslində, "Viral kliplərə deyil, faktların yoxlanmasına etibar edin", - əlavə edir.

Bu nümunələr göstərir ki, süni intellekt üzrə köməkçinin fakt yoxlamasına çox da etibar etmək olmaz. “X” bunu “Qrok”la bağlı səhifəsində açıqlayır. Bildirir ki, “Qrok” yalan məlumatı doğru kimi təqdim edə, yalan xülasələr verə və kontekstdən yayına bilər.

Platformaların həm dizaynı, həm də virallıq mexanizmlərinə görə dezinformasiyadan qaçmaq demək olar ki, mümkün deyil. Belə bir rəqəmsal mühitdə istifadəçilərin şübhələrini dəqiqələr ərzində aradan qaldıra bilən alətə, şübhəsiz ki, tələbat var.

@grok, bu realdırmı?” sualı ilə son vaxtlar tez-tez rastlaşırıq. Onların yazıları platformalarda bizə lazım olan faktların yoxlanılmasını nümayiş etdirir. Yanlış məlumatların sürətlə yayıldığı platformalardan biri olan “X”də belə bir təcrübənin inkişafı şübhə amilini aktiv saxlamağa kömək edə bilər.

Digər tərəfdən, tez-tez səhvlərə yol verdiyi bilinən faktları yoxlayan AI botuna yüz faiz etibar etmək hazırda mümkün görünmür.

Hələlik, ən etibarlı fakt yoxlanışı insan olaraq qalır. Şübhə əzələmiz AI köməkçisindən daha yaxşı işləyir. Buna görə də, “Qrok”dan bir yazının həqiqiliyi haqqında birbaşa soruşmaqdansa, öz fakt yoxlama təcrübəmizə kömək etmək üçün ondan istifadə etmək daha uyğun yanaşma ola bilər.