Facebook-da istifadəçilərdən biri “Zəng etmişəm MSK-a, kameradan canlı yayım müşahidəsi üçün yayımlar niyə açılmır məntəqələrdə? Deyir, bilmirəm” status paylaşmışdır. 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınan namizəd həmin statusu re-post edərək: Bəzi məntəqələrdə yerləşdirilən canlı yayımla müşahidə kameralarından yayımlar açılmır. MSK zənglərdə gərəkli açıqlamanı vermir. Sumqayıtda ən önəmli məntəqələrdə kamerayla nəzarət mövcuddur. Yayımın açılmaması biabırçılıqdır”-yazıb.

Faktyoxla Lab. bu faktı dəqiqləşdirib.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Trend xəbər verir ki, bu gün səhər saatlarından keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxışında deyib

Veb-kameraların saat 07:30-dan seçki prosesi bitənədək işləyəcəyi bildirilib.

Bu xəbəri paylaşan istifadəçi isə məlumatı saat 07:20-də paylaşdığı görünür.

 

42 saylı Sumqayıt birinci seçki dairəsində veb-kameralar quraşdırlan məntəqələrin siyahısı: 7,9,18,27,32, 35,41 mənbə

Bunlar isə həmin dairədə veb-kameralar quraşdırılan məntəqələrdən qeydə alınan görüntülərdi:

 

Nəticə:

Məntəqələrdə veb-kameraların işləməməsi ilə bağlı yayılan məlumat saxtadır.