Türkiyədə sosial şəbəkələr haqqında qanundakı 40 maddədən 18 -i qəbul edildi. TBMM üç aylıq fasilədən sonra ilk olaraq ölkə gündəmində bir çox fərqli məsələni özündə ehtiva edən “dezinformasiya haqqında” qanunun müzakirələrinə başladı. Bu qanun təklifində şübhəsiz sosial şəbəkələr haqqında qanun da var. İndi hamı mövzu ilə əlaqədar olaraq sosial şəbəkə qanunu nədir, maddələrində nələr var, nə vaxt qüvvəyə minəcək, bu qanunla nələr dəyişəcək kimi suallara cavab axtarır. mənbə
Faktyoxla Lab. olaraq Məclis gündəminə daxil olan “Sosial şəbəkələr haqqında" qanunla bağlı detalları oxucularımız üçün araşdırdıq.
Əvvəlcə onu qeyd etməliyik ki, hakim Ədalət və İnkişaf Partiyası və MHP tərəfindən hazırlanan sosial şəbəkələr haqqında qanun təklifi kimi ölkə məclisinin tətildən sonra işə başlar başlamaz müzakirələrə çıxarıldığı üçün cəmiyyət tərəfindən maraqla qarşılanıb.
Həmçinin, TBMM İdarə heyətində keçirilən müzakirələrdə sosial şəbəkə haqqında qanunun 29 – cu maddəsinin keçən həftə qəbul olunması da həmin müzakirələrdə önəmli bir mərhələ kimi qiymətləndirilir. Qəbul olunan maddəyə əsasən ölkənin cinayət məcəlləsinə "xalqı yanıltmaq məqsədi ilə yalan məlumat yaymaq" maddəsi əlavə olunacaq. Edilən dəyişikliklə həmin maddə ilə ittiham olunan şəxsləri 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. 29-cu maddənin də içində olacağı Türkiyə Cinayət Məcəlləsinin 217 – ci maddəsi bundan sonra aşağıdakı kimi olacaq:
-
CM - ə əlavə olunan yeni maddə ilə "xalqı yanıltmaq məqsədi ilə yalan məlumat yaymaq" ittihamı müəyyənləşdirildi.
-
CM -ə "xalqı yanıltmaq məqsədi ilə yalan məlumat yaymaq" başlığı ilə 217 – ci maddənin A bəndi əlavə olunacaq.
“(1) Məhz ictimaiyyət arasında təlaş, qorxu və ya panika yaratmaq məqsədi ilə, ölkənin daxili və xarici təhlükəsizliyi, dövlət quruluşu və onun ümumi mövcudiyyəti ilə bağlı ictimai asayişi pozacaq şəkildə yalan məlumat yayan şəxs bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(2) Cinayət onu törədən şəxsin həqiqi şəxsiyyətini gizlətməklə və ya mütəşəkkil şəkildə törədildikdə, yuxarıda göstərilən bənddə nəzərdə tutulmuş cəzaya cəzanın yarısı qədər əlavə olunur.
Reputasiyanın aşağı salınması və sosial şəbəkə şikayətlərinin artması ilə əlaqədar dövlətlər bu məsələni “ultimatum nisbəti”, yəni “son çarə” kimi cinayət hesab edirlər. Türkiyədə də tətbiq edilən tənzimləmə bu istiqamətdə hazırlanmış həll variantlarından qətiyyən fərqlənmir. CM-ə əlavə edilən yeni maddə ilə “ictimaiyyəti çaşdıran məlumatların açıq şəkildə yayılması” cinayəti müəyyən ediləcək.
Yeni tənzimləmədə cinayətin baş verməsi üçün aşağıdakı beş şərt axtarılacaq:
-Yayılan xəbərlərin yalan olması.
-ölkənin təhlükəsizliyi və ictimai mühitdə sülhün təmini ilə əlaqəli olması.
-İnsanlar arasında təşviş, qorxu yaratmaq niyyətinin olması.
-İctimai asayişi pozmağa qadir olması.
-İctimai olmalıdır (yəni əlaqəsi olmayan insanlara belə gedib çata bilər). mənbə)
Bəllidir ki, sosial şəbəkə şirkətlərinin istifadəçi məlumatlarını təhqiqat və icraatlarda bildirməməsi və ya istifadəçiləri çaşdıran məlumatların verilməməsi ilə bağlı təsirli xəbərdarlıq etməməsi dövlətləri bu sahədə ictimai asayişi qorumaq üçün cəzalar yaratmağa vadar edir. Qanun lahiyəsi kimisə yalan danışmaqda günahlandırmaq üçün deyil. Çünki sözügedən “yalan” cəmiyyətə təsir edəcək səviyyəyə çatsa belə, bu əməl yalnız digər 4 şərt yerinə yetirildikdə cinayət sayılır. Bu maddənin “dar mənada şərh oluna biləcəyi” ilə bağlı narahatlıqlar bu mənada əsassız olaraq qalmaqdadır.
Araşdırmamız zamanı onu da öyrəndik ki, Qanundakı tənzimləmə ilə bəzi sosial media, platforma şirkətlərinin nümayəndələrinin Türkiyə vətəndaşı olmadığı və Türkiyədə yaşamadığı üçün hüquqi ünvanın müəyyənləşdirilməsi ilə bağlı problemlər yaranır. Başqa sözlə, yeni qanunla sosial media platformalarından Türkiyədə nümayəndəlik açması və Türkiyə təmsilçisinin olması tələb olunacaq. Əgər nümayəndə fiziki şəxsdirsə, bu şəxs Türkiyədə yaşamalı və Türkiyə vətəndaşı olmalıdır. mənbə
Bu qanunla internet xəbər saytlarında çalışanlar da mətbuat işçisi sayılacaq. Yeni qanunla jurnalistlərə verilən hüquq və imtiyazlardan yararlanmaq üçün sahib olması lazım olan Mətbuat Kartı şərtlərə cavab verən internet jurnalistlərinə, diktorlara, redaktorlara və naşirlərə da verilə bilər. mənbə
Araşdırmamız zamanı bu qanunun təkcə Türkiyədə deyil, dünyanın müxtəlif yerlərində qəbul edildiyinin şahidi olduq. Digər tərəfdən, Fransa, Almaniya, Rusiya, Belarus, Misir, Sinqapur, Tailand, Vyetnam və Banqladeşdə dezinformasiya cinayət sayılır. Məsələn, Almaniyada adətən NetzDG kimi tanınan Şəbəkə Tətbiqi Qanunu 30 iyun 2017-ci ildə təsdiq edilib və Qanun 2018-ci il yanvarın 1-də tam qüvvəyə minib. mənbə
Almaniyada qəbul edilən qanuna görə, media platformaları saxta xəbərlər yayan profilləri izləyir və silir. Bu şirkətlər həmçinin cinayət qanunvericiliyinə görə cinayət təşkil edən paylaşımları təhlükəsizlik qurumlarına bildirməyə borcludurlar. mənbə
Fransa da 9 iyul 2019-cu il tarixində onlayn nifrət yayınlarına qarşı qanun qəbul edib və bu qanuna əsasən, rəqəmsal platformalar irqi, dini, cinsi və ya əlilliyə görə nifrət məzmunlu statusları 24 saat ərzində silməlidir. mənbə
Bəs türkiyəli jurnalistlər dezinformasiya qanunu, yaxud da sosial şəbəkələr haqqında qanunla bağlı nə deyir? Bu qanunun qəbulu dövlətin yaşaması üçün nə dərəcədə vacibdir?!
Mövzu ilə bağlı Faktyoxla Lab- a açıqlama verən “Milat” qəzetinin Ankara təmsilçisi Neşat Gündoğdu, dezinformasiyanın yayılması ilə bağlı xəbərlərə görə senzura və ya təzyiqə məruz qalmaq qorxusunu da gətirən dezinformasiya cinayətinin elementlərinin çox geniş miqyasda olduğunu bildirib.
Jurnalist, ancaq hökumətin tənqidi xəbərləri bu çərçivədə qiymətləndirəcəyi düşüncəsinin doğurduğu bu reaksiyanın həqiqətə uyğun olmadığını söylədi. Digər tərəfdən, jurnalist hökumətin bu məsələ ilə bağlı heç bir təminat verməməsinin əba altından dəyənək göstərməsinin demokratiyanın yarımçıq refleksi kimi qiymətləndirilə biləcəyini vurğulayaraq, hakim qanadın bununla bağlı tənzimləmələr aparmalı olduğunu da ifadə edib. Gündoğdunun sözlərinə görə, qanunun xarici və ya daxili məqsədlər üçün də olsa, siyasi alət kimi istifadə edilə biləcəyini unutmaq olmaz.
Türkiyə üçün dezinformasiya ilə mübarizədə ciddi və qalıcı həll variantlarının tapılması üçün araşdırmaların aparılması da çox vacibdir: TBMM iclasında etirazlar və müzakirələr fonunda qüvvəyə minən “Dezinformasiya haqqında” Qanun, rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək. Müzakirələrin mərkəzində olan mövzu isə tənzimləmənin 29-cu maddəsində nəzərdə tutulan 1 ildən 3 ilə qədər həbs cəzasının 1 ildən çox olduğu üçün cəriməyə çevrilə bilməməsi və məhkəməyə qədər mühakimə olunmanın mümkün olmasıdır.
Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə nəzarət edən yeganə güc olan mətbuatın hüquqları konstitusiyadan irəli gələn ifadə və mətbuat azadlığı baxımından açıq şəkildə qoruduğu halda, bu hüquqdan və azadlıqdan istifadə prosesində narahat olanlar da var. Bəziləri isə əhalidən alınan yanlış informasiyaların mətbuatda gündəmə gətirilməsinə qəzəblənir, ictimai gücdən mətbuata qarşı istifadə etməyi özlərinə borc bilirlər. Buna görə də, xüsusilə Avropadan gələn tənqidlər, onsuz da mübahisəli sayılan türk mətbuatının azadlığının daha da daraldacağından, senzura sahələrinin genişlənəcəyindən ehtiyatlanırdı. Avropa Şurasının bu qorxusu Türkiyə hesabatında da öz əksini tapmışdı.
Parlament sədri Prof. Dr. Mustafa Şentop 5-ci Qanunvericilik ilinin son günündə keçirilən iclasda bu qanunun zəruri olduğunu və bu qaydaların bütün dünyada müzakirə edildiyini bildirib. Bu nəzarətsiz sahənin beynəlxalq şirkətlərin gündəminə xidmət etdiyini deyən parlament sədri, Macarıstandakı seçki prosesini nümunə göstərib. Viktor Orbanın Macarıstanın seçki prosesi zamanı qonşuları tərəfindən dezinformasiya məzmunu ilə bağlı təcrübələrini vacib saydığını ifadə edən Şentop, Türkiyənin bu cür zəiflik nümayiş etdirməməli olduğunu deyib.
Bəs hökumət ciddi müzakirələrə səbəb olan bu qanunu niyə qəbul edir?
Konstitusiya Məhkəməsinin qanunun ləğvinə nə vaxt baxacağı bəlli deyil. Bir çox məhkəmə prosesi hələ də davam edir. Mücərrəd norma nəzarəti və ya forma baxımından konstitusiya pozuntusundan asılı olaraq fərqli proseslərə məruz qalsa da, müxalifət qanadının ümumi etirazı da tələb olunan Məclisin 1/5 – in səsidir. Hökumətin bu qanunu qəbul etməkdə tələsmək istəməsinin səbəblərindən biri də Türkiyədə hökumətin gücündən narahat olan beynəlxalq dairələrin seçki zamanı sosial şəbəkədə yayacaqları dezinformasiya prosesləri ilə mübarizə apararkən əllərinin güçlü olması istəyi ilə bağlı ola bilər. Bu mərhələdə, Rəsmi Qəzetdə dərc edildikdən sonra ortaya çıxacaq ilk halda tətbiqinə baxılaraq prosesin necə təqib ediləcəyi müəyyənləşdiriləcək.
“Tüm1haber” xəbər saytının baş redaktoru Hakan Dikmense, kompüterinin qarşısında oturan zərərli şəxslərin və ya qrupların, ideoloji baxışına zidd olan istənilən seqmentə, xüsusən də xalqa qarşı istədiyi formada hücuma keçə biləcəyini, bilərəkdən aldadaraq, böhtan atıb, təhdid, şantaj və qorxu təzyiqi ilə yol göstərə biləcəyini deyir. Sosial şəbəkədə şəxsi həyatın məxfiliyinin nəzərə alınmadığına diqqət çəkən Dikmenin sözlərinə görə, bu yolla çoxlu haqsız qazanclar əldə edilir və təqib çox vaxt qeyri-mümkün kimi görünür. İnternet məkanı, belə demək mümkünsə, xaotik bir görüntüyə malikdir, bunu da təbii ki, pərdə arxasında ssenaristlər, bütöv tortu yeyən, vacib sahələrə öz istədikləri kimi istiqamət verən insanlar tərəfindən müsbət qarşılanır: “Bu cür xaotik vəziyyətin aradan qaldırılması əvvəlcə onları narahat edəcək və qazanmalarına mane olacağından təbii ki, ilk reaksiya da onlardan gələcək və adı “SENZURA QANUNU” kimi ictimaiyyətə təqdim olunacaq.Tarixlə yanaşı, ən təsirli bəşəriyyət arasında mövcud olan silah qeybətdir. Fəth edilə bilməyən bir qalanı içindən yıxan, hər hansı bir icad edilmiş silahın öhdəsindən gələ bilməyəndə həyatı bir anda alt-üst edə biləcək ən təsirli variant birmənalı şəkildə yalandır...
Dövlətlər yalanlarla məhv edilib, icmalar bir-birinə qarşı yalanlarla mübarizə edəcək hala gətirilib. Ən kiçik nüvə quruluşumuz olan bir çox ailələr atomun parçalanması kimi yalanla parçalanıb və yox olub. Müasir dünyada müxtəlif adlarla məlumdur ki, ömrü 100-dən çox olmayan güclər belə hakimiyyətləri dövründə öz istək və göstərişlərinə uyğun hərəkət etməyi tələb edirlər. Bu cür hakimiyyətlər bəzilərinə görə monarxiya, bəzilərinə görə anti-demokratiya, bəzilərinə görə isə diktatura adlanır. Demokratiya adlanan ən asan rejimdə belə hökumətlər diktaturanı ön plana çıxara biləcək qərarlar qəbul edə, qanunlardan öz məqsəd və maraqlarına uyğun istifadə edərək təzyiq metodları yarada bilərlər. Məlumdur ki, biz Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq Cümhuriyyət elan edildikdən sonra bu vəziyyəti bir neçə dəfə yaşamışıq və özümüzə heç də yad hiss etmirik. Xülasə, Mətbuat qanununda edilən bir sıra dəyişikliklər sayəsində əsrimizin ortaq klaviatura atışmalarını aradan qaldırmaq, dedi-qodu və fitnə qazanlarını məhv etmək, bu işə çörəkpulu kimi baxanlara dəstək olmaq qarşıya məqsəd qoyulmuşdur. Həqiqətən, əsas məsələ budur. Və mən bu qənaətdəyəm ki, məqsədə doğru atılan bir neçə addımı çıxmaq şərti ilə, alınan qərarların əksəriyyəti düzgündür.
Hesab edirəm ki, bu gün bu qanun müzakirə olunana qədər senzura ilə bağlı yazılan statuslar əslində tortu bölüşə bilməyənlərin uydurduğu yalanlardır”.
İllərdir Türkiyədə media sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan Dünya Reportyorlar Dərnəyinin prezidenti İsmət Taşın sözlərinə görə, sosial şəbəkə qanunu əslində çoxdan qəbul edilməli olan qanundur. Dərnək sədri qeyd edib ki, demədiyin şeyləri söyləmək və etmədiyin şeyləri eləmiş kimi görünmək necə ki, heç vəchlə qəbul edilmirsə, eyni şey başqası üçün də keçərlidir: “Yəni yalan xəbərlərin qarşısını almaq, heç bir şey olmamış kimi davrananlara lazımi xəbərdarlıq və cəzaların verilməsi qaçılmazdır. Bu gecikmiş qanun idi. Bu, mütləq qanun idi. Saxta xəbərlərlə işin qarşısı alınmadığını iddia edənlərə lazımi xəbərdarlıqların və cəzaların verilməsi qaçılmazdır. Bu və buna bənzər cəzalar təkcə Türkiyədə deyil, Avropada da verilir, heç vaxt insanların fərdi azadlıqlarını məhdudlaşdırmaq, onların söz və hərəkətlərinə mane olmaq kimi qəbul edilmir. Amma bu qanunu bəyənməyənlər və ya sırf müxalifət olmaq xatirinə ona qarşı çıxanlar bu qanuna qarşı çıxırlar. Bir sözlə, bu, qətiyyən azadlıqları məhdudlaşdıran qanun deyil. Əksinə, azadlığı qoruyan qanundur”.
Nəticə olaraq:
- Yeni kommunikasiya vasitələrinin getdikcə populyarlaşması və idarəolunmaz informasiya axını nəticəsində yaranan dezinformasiyaya (yanlış və ya qeyri-dəqiq və bilərəkdən yayılan məlumata) qarşı mübarizənin indi bütün dünyada olduğu kimi Türkiyədə də zəruri olması doğrudur.
- Bu qanunla bəzilərinin iddia etdiyi kimi mətbuat və ifadə azadlığına hər hansı təzyiq ehtimalı yoxdur.
- Saxta xəbərlərin qarşısının alınması, real hadisələrin baş vermədiyini iddia edən və dezinformasiya yayanlara lazımi xəbərdarlıqların və cəzaların verilməsi çox vacibdir.