Parlamentdəki “Ermənistan” blokunun deputatı Vahe Akopyan bildirib ki, Sünik (Zəngəzur) vilayətindən də ciddi mühacirət başlayıb. “Ən böyük mühacirət mənz bu vilayətdədir. Ermənistan hakimiyyəti kəndlərin boşalmasına şərait yaradır. İnsanlar çarəsizlikdən öz yaşayış yerlərini tərk edirlər”. 

Emənistanın II Qarabağ müharibəsində məğlubiyyətindən sonra bu ölkədə yaşanan ağır siyasi və sosial-iqtisadi böhran özü ilə miqrasiya-demoqrafik proseslərinin sürətlənməsinə də geniş yol açıb. Ermənistanı tərk edənlərin sayı 2020-ci ilin sonlarından başlayaraq hər ay artmaqda davam edir. Bu ölkənin “Zvartnos” və “Şirak” hava limanlarından havaya qalxan təyyarələrlə hər ay təxminən 25 min nəfər ölkəni tərk edir.

Faktyoxla Lab. bu faktı araşdırıb.

Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 42 min vətəndaş təkcə son 3 ayda ölkəni tərk edib. Komitəsinin rəhbəri Stepan Mnatsakanyan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 2021-ci ilin birinci yarısında ölkədən 70 minə yaxın vətəndaşın getməsi barədə fikirlərini təsdiqləyib.

Məsələ ondadır ki, Ermənistanda miqrasiya ilə yanaşı, əhalinin təbii artımında yaranan ağır vəziyyət ölkəni demoqrafik böhrana aparmaqdadır. Bu ölkədə demoqrafik vəziyyətin ağırlaşması hələ ötən əsrin 90-cı illərindən başlayıb. 1990 -cı ildən bəri Ermənistanın indiki əhalisi durmadan azalır. Əhalisi son 30 ildə kəskin sosial durum səbəbindən ölkəni tərk edənlərin sayı 1 milyona yaxın olub. Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin demoqrafiya şöbəsinin müdiri Artak Markosyan bildirib ki, son 30 ildə mühacirətlə yanaşı, doğum nisbətinin azalması ilə paralel olaraq ölkədə vəziyyəti kəskinləşdirir.

1992-2019-cu illər ərzində ölkəni tərk edənlərin sayı 1 milyon 120 min olub. Müstəqillikdən əvvəl ölkədə 3,6 milyon nəfərdən çox insan yaşayırdısa hazırda onların sayı 2,9 milyon nəfərdən də aşağı düşüb.  

Ermənistanın Səhiyyə Nazirliyinin Ana və Sağlamlıq şöbəsinin müdiri Nune Paşayan da ölkəsinin demoqrafik fəlakətlə üz -üzə qaldığını bildirib. Ölkədə təbii artım kəskin şəkildə aşağı düşür, doğum nisbəti ölüm nisbətindən 1,6 dəfə azdır. Reproduktiv Sağlamlıq Mərkəzinin sədri Eduard Hambardzumyanın qeyd etdiyinə görə,  kimi, Ermənistanda həm miqrasiya prosesləri, həm də sonsuzluğun yüksək səviyyəsinin artması XXI əsrin sonlarında ölkə əhalisi iki dəfə azalmasına və Ermənistandakı əhalinin sayının 1,5 milyon nəfərdən də aşağı düşməsinə səbəb olacaqdır. Ölkə özünün demoqrafik soyqırıma sürükləyir.

Reallıq odur ki, xarici diasporun verdiyi ianə və humanitar yardımlara baxmayaraq, ermənilər ələbaxımlılıqla sona qədər davam edə bilməyəcəklərini anladıqlarından özlərinə Rusiya və digər ölkələrdə iş və pul axtarmaq üçün vətənləri ilə vidalaşırlar. Ermənistanda real vəziyyət bu ölkədən Rusiyaya yeni emiqrasiya fonunda demoqrafik problemin daha da kəskinləşəcəyini göstərir. Çünki ölkəni tərk edənlərin böyük əksəriyyəti əmək qabiliyyətli kişilər, potensial nəsilartıra bilən gənc nəsildir.


44 günlük müharibədən sonra demoqrafi disbalans daha da pozulubdur. Müharibədə 5 mindən çox erməni gəncin ölməsi və 10 minə yaxın gənsin isə şikəst olması nəsil artırma perspektivlərinə xeyli təsir edəcək. Hazırda əhalisinin 46 faizini kişilər, 54 faizini qadınlar təşkil edən Ermənistanda cins tərkibindəki fərq getdikcə artacaq və gələcəkdə ağır demoqrafik fəlakətlə üzləşəcəyindən xəbər verir.
Erməni cəmiyyətinin tanınmış şəxsləri idə narahatlıqla sual edir ki, Ermənistan və Qarabağdan ermənilər köç edərsə, onların yerini kim tutacaq? Ölkədə nəsil artıran gənclik qalmadıqda Ermənistanın tarixi mövcudluğu belə sual altına düşəcək, Rusiya bu ölkəni tamamilə özünə tabe etdirəcəkdir.


Mövcud tendensiya İrəvan və Ermənistanın digər bölgələrində yaşanmaqla bərabər, Azərbaycanda məskunlaşmış ermənilərin timsalında da özünü göstərir. Son aylarda Qarabağı tərk edən ermənilərin də sayı durmadan artmaqdadır. Müharibədən sonra iqtisadi resursların öz həqiqi sahibi olan Azərbaycanın ixtiyarına keçməsi, xarici “investorların” bu torpaqlardan ayağının kəsilməsi, “Hayastan” fondunun ianələrinin azalması, İrəvan hökumətinin vədlərinin puça çıxması əsasən Xankəndi və Ağdərədə məskunlaşmış ermənilərin sosial durumunu ağırlaşdırır. Rus sülməramlılarının humanitar yardımları, İranın ərzaq payları da sosial vəziyyəti yaxşılaşdırmır. Bunun nəticəsidir ki, artıq Xankəndində evlərini satıb şəhərdən köçmək istəyənlərin sayı hədsiz dərəcədə çoxalıb. Ev elanı saytlarında hər gün evini satışa çıxaranların sayı 50-dən artıqdır.

Yeri gəlmişkən, son aylarda İran vasitəsilə qardaş Türkiyəyə çörək dalınca gedən ermənilərin də sayı artır. Türkiyənin müxtəlif şəhərlərində məskunlaşmış ermənilərin yanına üz tutanlarla yanaşı, iri şəhərlərdə tikinti-inşaat, infrastruktur layihələrində fəhləlik üçün müraciət edən erməni qrupları da kifayət qədər çoxdur.

Nəticə: Ermənistandan köçüb gedən insanların sayı ildən ilə çoxalır. Erməni deputatın söylədiyi kimi, Sünik (Zəngəzur) vilayətindən də ciddi mühacirət başlayıb. Ən böyük mühacirət mənz bu vilayətdədir. İnsanlar çarəsizlikdən öz yaşayış yerlərini tərk edirlər. Fakt doğrudur.