Azərbaycan haqqında davamlı olaraq qərəzli, neqativ fikir bildirən və aqressiv mövqe nümayiş etdirənlərdən biri də jurnalist kimi təqdim olunan Levent Gültekindir.
Faktyoxla bu şəxsin kimliyini araşdırıb.
Bəlli olur ki, əvvəllər özünü “islamçı” kimi təqdim edən Levent Gültekin haqqında Türkiyə mediasında yalnız neqativ fikirlər yazılıb. Məsələn, bir vaxtlar onunla çox yaxın olan “islamçı” jurnalist Hakan Albayraq belə onun haqqında "Bu gün Levent Gültekin və mən fərqli dünyalardan gələn insanlar kimiyik" – fikirlərini səsləndirir. Hasan Karakaya isə ona “İşlədiyin hər yerdən niyə qovublar səni, Levent Gültekin?!”-sualı ilə müraciət edir. Dr. Çağlar Ezikoğlu isə onu "həyatında müxtəlif yollardan keçən, islamçılıqdan sağçı liberalizmə və hətta FETO tərəfdarı olan biri kimi tanıdır.

Bu səbəbdən əvvəlcə onun soy-kökünü araşdırmalı oluruq.
"Facebook" platformasında Levent Gültekinin paylaşımlarını bəyənən şəxslərin yazdıqları statusları, həmçinin "Ardahan", "Göle" və "Gültekin" sözlərini bir yerdə axtaranda müəyyənləşdirdik ki, Ardahanın Göle rayonundan olan Gültekin soyadlı şəxslər hazırda Ankaranın Gölbaşı rayonunda yaşayırlar və Gölenin Kuzupınarı kəndindəndirlər. Hətta “Ankara Göləlilər dərnəyi”nin sədri Ensar Gültekinin də Levent Gültekinlə yaxın qohum olduğunu müəyyənləşdirdik.
Araşdırmalarımız zamanı o da bəlli oldu ki, Kuzupınarı kəndinin tarixi mənbələrdə adı "Konk"dur və bu da erməni dilində "monastır" mənasını verir. Çar Rusiyasının 1886-cı il siyahıyaalma sənədlərində isə kəndin adı "Varqinis" kimi qeyd olunub.

Göründüyü kimi, bu kənd erməni kəndi olub və kənddə daha çox ermənilər məskunlaşıblar.
Bəlkə də elə buna görədir ki, Levent Gültekin harada Azərbaycanla bağlı məsələ olursa, mütləq orada özünü ortaya atır və Azərbaycan haqqında mənfi fikirlər səsləndirir, ara qatışdırmağa çalışır. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə bu "jurnalist" "Halk TV" “Youtube” kanalında bir verilişdə aşağıdakı fikirləri səsləndirmişdi: "Gəlin, özümüzə bir sual verək: məgər Azərbaycan dövlətdir?! Cavab qətiyyən "yox" olacaq. Xeyr, bu dövlət deyil, bu bir qəbilədir. Belə dövlətlərin daimi dostları olmur, yalnız daimi maraqları olur".
Bu fikir o zaman mediada ciddi rezonans doğurmuş, erməni teleqram kanalları bu çıxışı xüsusi həssaslıqla paylaşmışdılar.
Bundan başqa L.Gültəkin Türkiyənin və Türk xalqının Azərbaycana olan sonsuz dəstəyini "odla oynamaq" kimi qələmə vermiş, "Azərbaycan niyə bizim qardaşımızdır deyə heç soruşursunuz özünüzdən?! Yəqin ki, deyəcəksiniz onlar da Türkdür... bəs nə deməkdir axı bu Türk?!" - sözlərindən sonra sosial mediada ciddi tənqidlərə də tuş gəlmişdi.

Müşahidələr onu göstərir ki, Levent Gültekin tək Azərbaycana qarşı qərəzli deyil, harada Türk dünyasına qarşı kampaniya aparılırsa, mütləq orada bu şəxsin adı çəkilir. Məsələn, "Halk TV"-də yayımlanan bir verilişdə Levent Gültekin Murat Sabunçu ilə birlikdə ABŞ-nin keçmiş prezidenti Co Baydenin “türklər soyqırımı törətdilər” dediyinə görə alqışlayırlar. Levent Gültekin həmin verilişdə mövzu ilə bağlı heyrət doğuracaq cümlələr işlətmişdi: "Rusiya bu soyqırımı tanıyıb, Almaniya tanıyıb, İsveçrə tanıyıb, yəni 31 ölkə tanıyıb, sabah ABŞ də tanısa, 32 ölkə tanımış olacaq. Biz də yeri gələndə üzr istəməliyik, yeri gələndə geri çəkilməyi bacarmalıyıq. Güclülərin zəiflərdən üzr istəməsi böyüklükdür".
Türkə qarşı harada hücum varsa orada peydah olan bu şəxsi gah HDP-nin keçmiş lideri Selahattin Demirtaşı dəstəkləyərkən, gah MHP-nin qurucu lideri kimi qəbul edilən Alparslan Türkeşi aşağılayarkən, bəzən isə Sorosun Türkiyədəki nümayəndəsi "Qızıl Soros" ləqəbli Osman Kavalanın hüquqlarını müdafiə edərkən görmək adi hal alıb. "Soros" demişkən, bu şəxsin tez- tez verilişlərində qonaq qismində iştirak etdiyi "Medyascope" adlı "Youtube" kanalının Qərbdəki anti-Türk, "Soros"-a bu və ya digər şəkildə bağlı olan fondlardan ən çox qrant alan media qurumu olduğu artıq heç kəsə sirr deyil. Belə ki, Gültekinin tez-tez qonaq olduğu “Medyascope” adlı "Youtube" kanalı bu fondlardan ümumilikdə 476.720 ABŞ dolları məbləğində qrant alıb.

İndi də bu şəxsin qeyri-peşəkar “jurnalist faəliyyətinə” diqqət yetirək… L.Gültekin İstanbulun Çengelköy bölgəsindəki çayxanalarda çayçı kimi bir müddət işləyəndən sonra islamçı-mühafizəkar qrupun yaratdığı “Yeni Şafak” qəzetində özünə qəfil yer tapır. Heç bir ali jurnlist təhsili və ümumiyyətlə savadı olmayan birinin gözlənilmədən belə nüfuzlu qəzetdə özünə iş tapması bu irəliləyişin arxasında şübhəli məqamların olmasından xəbər verir. Onu tanıyanlar bildirirlər ki, Levent Gültekinin yaxşı ünsiyyət qurmaq bacarığı var. Lakin onun bu media qurumunda sürətlə “yüksəlişini” məhz ünsiyyət qurmaq bacarığına bağlamaq sadəlövlük olardı.

Bu əsnada Levent Gültekin dil öyrənmək adı altında ikilliyinə İngiltərəyə gedir. Qayıdandan sonra özünü hər yerdə “mən İzmirliyəm”- deyə təqdim etməsi isə artıq onun haqqında yeni ssenarilərin yazılmasına bir işarədir. Yəni artıq Levent Gültekin ingilis dilində danışan, Avropada yaşamış, yeni düşüncə sahibi olan biridir.

Diqqət edək: “gzt.com”-da dərc olunan “O, 30 il çox çalışıb, yoxsa sadəcə dolanışığını təmin edib? Bu, Levent Gültekinin hekayəsidir.” –başlıqlı yazıda “tacir” və “saxtakar” adlandırılan bu şəxsin İngiltərədən qayıtdıqdan sonra necə “islamçı yazar” titulu ilə proqramlara dəvət edilməsi prosesinə toxunulub. Belə ki, əvvəlcə “islamçı yazar” titulu ilə televiziya verilişlərinə dəvət edilən Levent Gültekin daha sonra “iqtidar mediasında çalışmış, amma buna görə peşman olan bir jurnalist” kimi tanıdılmağa başlanıb.

Bir müddət “Cenk Açık” ləqəbi ilə yazılar yazan bu şəxs həmin adla yazdığı şantaj dolu yazılarla az müddət içində inşaat maqnatına çevrilib və binalar tikməyə başlayıb.
Bu faktlar isə 2016-cı ildə beynəlxalq mediada ortaya çıxır. Belə ki, 2016-cı ildə “Wikileaks” keçmiş enerji naziri Berat Albayraka məxsus elektron poçtları dərc edib. Yüzlərlə e-poçt arasında Levent Gültekinin e-poçtu da yer alıb. 2010-cu ildə Serhat Albayraka göndərdiyi e-poçtda Gültekin TMSF (Türkiyə Əmanətlərinin Sığortalanması Fondu) tərəfindən satışa çıxarılan “Cine 5” kanalını almalı olduqlarını və “əgər onu almadıqları təqdirdə "bizdən biri" adlandırdıqları birinin alacağı ilə” şantaj etdiyi yazılırdı.Məlum olur ki, iş adamı Erol Aksoya məxsus “Cine 5” kanalı TMSF (Türkiyə Əmanətlərinin Sığortalanması Fondu) tərəfindən müsadirə edilib və Levent Gültekin həmin kanala rəhbər təyin olunub.
2010-cu ildə “Cine 5”-in maliyyə analizini edərkən Gültekin izləyici reytinqlərini, reklam gəlirlərini və yayım hüquqlarını sadalayıb. Gültekinin dəfələrlə vurğuladığı məqam "Cine 5”-in pultlarda yeri" idi. Həmin vaxt xəbər kanalı qurmağı planlaşdıran Serhat Albayraka “Cine 5” hərracı haqqında məlumat verən Gültekin, alıcı olduqları təqdirdə TMSF-in o vaxtkı sədri Şakir Ercan Gül ilə görüşə biləcəyini və yeni hərrac spesifikasiyasının hazırlana biləcəyini söyləyib.
Məsələ bundadır ki, Levent Gültekinin də Osman Kavala və “Gez olayları”na baxışı birmənalı və dəqiqdir: Çünkü, o, özü də “Gezi olayları”nda iştirak etdiyini bildirir və bundan qürur duyduğunu deyirdi.

2019-cu ildə isə o, ABŞ-nin Kaliforniya ştatında “Türkiyə-Amerika Gezi Platformu”-nun təşkil etdiyi tədbirdə də iştirak etmişdi.

Göründüyü kimi,
- Levent Gültekin qərəzli, qeyri–obyektiv, intriqant xarakterə sahibdir, bunu onun ətrafındakı insanlar da qeyd edir;
- Onun yazılarında Azərbaycana qərəz dərhal hiss olunur, bu da etnik kimliyi ilə birbaşa əlaqəlidir. Onun anadan olduğu kəndin adı 1959–cu ilə qədərki mənbələrdə erməni dilində “monastr” mənasını erən “Konk” kimi keçib;
- Levent Gültekin indiyə kimi müxtəlif qüvvələrin əlində oyuncaq olub və bu gün də eyni proses davam edir.