Manipulyasiya
Saytın hər iki məqaləsində böyük monipulyasiya hərəkətlərinə rast gəlinir. Bir tərəfdən Azərbaycanda qaz ehtiyatlarının tükəndiyini iddia edən “Politico” digər tərəfdən Azərbaycanı qaz emalını 37 mlrd kubmetrdən 49 mlrd. kubmetrə qaldıracağını deyir. Sonra əlavə edilir ki, istehsalı bu qədər qaldırmaq qalıq yanacaq istehsalını azaltmaqla bağlı qəbul olunan qlobal iqlim məqsədlərinə ziddir. Riyakarlıqla qeyd edilir ki, Aİ Azərbaycanı yeni metan qazının atmosfesrə buraxılmasının qarşısının alınması üçün qəbul olunmuş yeni qərara tabe olmağa məcbur edir. Çünki neft hasilatı zamanı havanın metanla çirkləndirilməsi, qaz hasilatından 84 dəfə çox baş verir.
“Politico”nun Azərbaycanın qalıq yanacağı, yəni qaz nəqlini Avropaya artırmaqla qlobal iqlim öhdəliklərinə qarşı çıxacağına dair irəli sürdüyü ittihamlar manipulyasiya və saxta məlumatdır.
Əvvəla, ədalətli iqlim mühitindən və karbonsuzlaşdırmadan söhbət gedirsə, bu məsələdə də ən ədalətsiz və haqsız olan, dünya ekologiyasını çirkləndirən ölkələr Qərbin inkişaf etmiş dövlətləridir. Hazırda dünyada ətraf mühiti sənaye fəaliyyətləri ilə ən çox çirkləndirən, karbon dioksid (CO2) emissiya edən və qlobal iqlim ailəsində məsuliyyət daşıyan ilk ölkələrdən biri ABŞ-dir. Həmçinin, Almaniya, Fransa və digər ölkələr də bu siyahıda əsas yerdə dayanırlar. (mənbə)
Azərbaycanın qlobal qaz və karbon emissiyalarında payı cəmi 0,1 faizdir.
Hazırda dünyada qalıq yanacağının (kömür, neft, qaz) istehsalında Qərb Azərbaycandan qat-qat yuxarı pillələrdə qərar tutub və sıralamada yaxın gələcəkdə hər hansı yerdəyişmə mümkünsüz görünür. ABŞ, Norveç, Braziliya, Kanadanın ənənəvi enerji istehlakında da “lider”dilər. (mənbə)
Mavi yanacaq istesalı üzrə ölkələrin sırasında Azərbaycan 31-ci yerdədir. Xatırladaq ki, təbii və maye qazın istehsalında ABŞ ildə 934 milyard kubmetrdən çox qaz hasil edir ki, (ilk pillədədir) bu da Azərbaycandan 25 dəfə yüksək göstərici deməkdir. ABŞ Rusiyadan ildə 240 milyard kubmetrə yaxın artıq qaz tədarük edir. Yaxud Kanada ildə 173 milyard kubmetr qaz hasil etməklə Azərbaycandan 4, Avstraliya isə 3 dəfə çox qaz emal edir. Avropa ölkələrindən Norveçin illik qaz hasilatını həcmi də (115 milyard k.metr) Azərbaycandan 2,5 dəfə çoxdur. (mənbə)
Ümumilikdə Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir.
Qalıq yanacağın digər mənbəyi ən çox sənaye çirkləndiricisi sayılan kömür sənayesinin qlobal istehlakçıları sırasında da Hindistan, ABŞ, Almaniya və Rusiya ilk pillələrdə qərarlaşıblar. “Politico” və onun kimi düşünənlərə bir daha xatırladırıq ki, Azərbaycanın qlobal sənaye çirklənməsinin bu növündə ümumiyyətlə payı yoxdur. (mənbə)
Yeri gəlmişkən, “Politico”nu yönləndirənlər və COP29 sammitinin neft-qaz ölkəsi olan Azərbaycanda keçirilməsində neqativ çalar və saxta məlumatlar yaymaq üçün bəhanə axtaranların diqqətinə bir faktı da çatdıraq ki, son 4-5 ilin COP sessiyalarına ev sahibliyi edən ölkələr (COP26 Birləşmiş Krallıqda, COP27 Misirdə və COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib) Azərbaycandan qat-qat çox neft və qaz istehsal edərək dünya bazarlarına çıxarırlar.
“Politico”nun manipulyativ iddialarına başqa bir yöndən cavab verək ki, təbii qaz nəqlinin Aİ-yə artırılmasını Qərb özü təkidlə Azərbaycandan xahiş edir. Çünki “Rusiya qazı”nın satışı məhdudlaşdırıldığından başqa mənbə, etibarlı təchizatçı yoxdur. Bunun ən aydın və lakonik mənzərəsini Azərbaycan Prezidenti İlham Əliyev COP29-un Liderlər Sammitində dəqiq təsvir edərək bildirdi. Azərbaycan Prezidenti bildirib ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdı. Sitat: “Bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır”.
Göründüyü kimi Azərbaycanın Avropa regionunda tərəfdaşlarının sayının artması kəskin enerji sıxıntısı yaşayan Avropanın israrlı xahişlərindən yaranmaqdadır. Rəsmi Bakının bu çətin vəziyyətdə onların enerji təhlükəsizliyinin risk altına düşməməsi üçün özünün dəstəyini göstərir. Ona görə də, qalıq yanacaq mövzusunda spekulyasiya edən Qərbin adıçəkilən nəşri və arxasında dayanan ideoloqları hələ neçə onilliklər təbii qazdan asılı olduqlarını anlamalı, saxtakarlıq və riyakarlıq etməməlidir.
Məqalədə Azərbaycanın qaz satışı üzrə potensial yeni müştərilər axtardığı yazılır və Azərbaycan energetika nazirinin müavini Elnur Soltanovun Cop29 öncəsi Qərb mediasının quraşdırdığı saxta video-müsahibəsinə toxunulmaqla manipulyasiya edilir. Bu müsahibənin kiber-dələduzluq yolu ilə hazırlanması və media etik prinsiplərinin kobud surətdə pozulması haqda Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının açıqlaması yayılmışdı.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olmuşdur ki, doğrudan da cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş tutmuşdur. Eyni zamanda, həmin görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməmişdir. Müəyyən olunmuşdur ki, “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol vermişdir.
“Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olmuşdur".
Qeyd olunub ki, bu əməliyyatda “Global Witness”-ə informasiya dəstəyi “BBC” tərəfindən verilib. “BBC”-nin “COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global Witness” və “BBC” tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir.
Bununla da sübut olunur ki, “Politico” araşdırma aparmadan, dəqiqləşdirmədən, (media prinsiplərinə ziddir-red.) bütün hallarda neqativ axtarma və ittiham etmək xatirinə saxta məlumatları belə yaymaqdan çəkinmir, qeyri-sağlam məqsədi naminə böyük ölçüdə manipulyasiya edir.
Məqalələrdə diqqət çəkən digər manpulyativ dəst-xətt Azərbaycandan könüllü gedən erməni əsilli şəxslərlə bağlı bir neçə dəfə təkrarlanan cümlələrdir.
Qarabağ iqtisadi rayonundan erməni əhalisinin könüllü şəkildə köçüb getməsinə görə Azərbaycanı etnik təmizləmədə təqsirləndirmək, məqsədli xarakter daşıyır və manipulyasiyadır. Azərbaycanı etnik təmizləmədə ittiham etməyin isə heç bir hüquqi əsası yoxdur və heç bir siyasi və hüquqi nəticələri ola bilməz. Belə ki:
Əvvəla, etnik təmizləmə regionu etnik cəhətdən yekcins (homogen) etmək məqsədi ilə ərazidən etnik, irqi və dini qrupların sistematik şəkildə məcburi çıxarılmasıdır. Burada ən əsas müəyyənləşdirici göstərici kimi zorakılıq, məcbur etmə elementi qabardılır. Azərbaycan isə Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qalması və ya getməsi üçün məcburiyyət və zorakılıq tətbiq etməyib. Bu, onların öz şəxsi qərarlarıdır, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur. Əgər erməni sakinlərinin müəyyən bir hissəsi Azərbaycan bayrağı altında, Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirlərsə, onlar buna məcbur edilə bilməzlər.
Qarabağ bölgəsindəki erməni sakinlər Azərbaycanı tərk etmək və ya qalmaqda sərbəstdirlər. Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək onların müstəsna hüquqlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Lakin Azərbaycan tərəfindən ermənilərin Qarabağ iqtisadi rayonunda öz yaşayış yerlərini tərk etməməyərək orada qalıb yaşamaları üçün ən yüksək səviyyədə çağırışlar edilib, təminatlar verilib. Çünki insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Azərbaycan bölgədə dayanıqlı sülhün əldə edilməsində maraqlıdır. Bunun üçün Qarabağ iqtisadi rayonunda etnik ermənilərin intensiv re-inteqrasiyasını dəstəkləyir və təşviq edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdi: “Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüş görəcək. Çünki bizim niyyətimiz sülh qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz, ədavətimiz də yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində bildirmişdir ki, “əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.
Göründüyü kimi, etnik təmizləmə iddialarından söhbət gedə bilməz. Azərbaycan multietnik bir cəmiyyətdir və burada müxtəlif etnik qruplar yaşayır. Xüsusilə vurğulamaq lazımdır ki, I Qarabağ müharibəsindən sonra Bakı və digər Azərbaycan şəhərlərində 30 mindən artıq erməni yaşamışdır və yaşamaqdadır. Ötən dövr ərzində onlara qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Ümumiyyətlə Azərbaycan tarixinin heç bir dövründə etnik təmizləmə, irqi ayrı-seçkilik və diskriminasiya siyasəti olmamışdır.
Əksinə, əsl etnik təmizləmə son 30 ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. 1989-cu ildə Ermənistanda yaşayan 160 mindən çox azərbaycanlı öz yaşadıqları yerdən məcburi qaydada, zorla köçürülmüşdür.1989-1993-ci illərdə Qarabağda yaşayan 40 mindən çox azərbaycanlı birbaşa etnik təmizləməyə məruz qalaraq zorla yaşadıqları yerdən qaçıb getməyə məcbur edilmiş və geri qayıtmalarının qarşısı alınmışdır. (istinad)
Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır.
2022-ci ildə Ermənistanda Azərbaycan vətəndaşlığını qəbul edən emənilərə qarşı cinayət işinin açıldığını, onların nə qədər təəccüblü olsa da “dövlətə xəyanət” maddəsi ilə ittiham olunuduqlarını təkzib etmək mümkün deyil. Təqdim olunan mənbədə qeyd olunur ki, müraciət edən onlarla erməni Ermənistan xüsusi xidmət və istintaq orqanları tərəfindən sorğiu-sual edilib, hətta cinayət məsuliyyətinə cəlb ediliblər.
Belə bir sual yaranır: Əgər söhbət Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin 30 illik işğaldan sonra ilk dəfə olaraq vətəndaşlıq üçün müraciət etmələrindən gedirsə, Ermənistan hansı əsasla “dövlətə xəyanət” maddəsi ilə cinayət işi qaldırır və söhbət ümumiyyətlə hansı “dövlətdən” gedir? Bu fakt ermənilər tərəfindən irəli sürülən “etnik təmizləmə” iddiasının saxta və manupulyativ xarakterli olduğunu, yalnız Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini bir daha təsdiqləyir.
Qərəzdən doğan qeyri-peşəkarlıq
Məqalədə qeyd edilir ki, bəzi ekspertlər Azərbaycan Rusiyada idxal etdiyi qazın markasını dəyişməklə Avropaya göndərməsindən şübhələnirlər. Hətta ekspert kimi təqdim etdikləri İsaak Levidən sitat da gətirilir: “Əslində, Aİ-yə ixrac edilən bu qalıq yanacağın həqiqi mənşəyi demək olar ki, qeyri-müəyyəndir”
Bəllidir ki, nəşrin əməkdaşı bütün sahələr üzrə mütəxəssis olmaya bilər, amma ekspertin belə savadsız, heç bir məntiqə sığmayan fikir irəli sürməsi tərəfimizdən təəccüblə qarşılandı. Axı, necə ola bilər ki, özünü ekologiya, qalıq yanacaq, iqlim dəyişikliyi üzrə ekspert adlandıran şəxs tərəflərin belə sazişləri yerinə yetirərkən, mal salqı-satqısında “mənşə sertifikatı” tələb edildiyini bilməyəsən? “Mənşə sertifikatı”nda malın mənşə ölkəsindən tutmuş, ən kiçik detallara qədər qeyd olunmasını ekspertin bilməməsi inandırıcı görünmür. Bu savadsızlıq deyil, qərəzdir.
Yaxud dünyanın ən nüfuzlu audit şirkətləri “Ernst & Young Holdings” və “PwC” hər il SOCAR-ın beynəlxalq auditini aparır ki, bu beynəlxalq sənədlərdə istehsal və ixrac həcmləri, nəql rəqəmləri, mənbə ünvanları göstərilir.
SOCAR-ın rəsmi səhifəsində dərc edilən illik hesabatlar da həmin audit rəyinə əsaslanır.
İkincisi, statistikaya diqqət edək və bir az da riyazi bilikləri xatırlayaq.
Statistikaya görə, Azərbaycan 2024-cü ilin yanvar-oktyabr aylarında 41,5 milyard kubmetr təbii qaz hasil edib. Qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib. Qazın təxminən yarısı daxili tələbata, yəni əhalinin ehtiyaclarına və sənaye sektoruna, digər yarısı isə ixraca yönəldilib.
Belə ki, ötən 10 ay ərzində qazın 20,7 milyard kubmetri xarici ölkələrə satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Belə ki, yanacağın 10,6 milyard kubmetri Avropaya, 8,2 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri isə Gürcüstana satılıb. (mənbə)
Nəşrin iddia etdiyi Azərbaycan Rusiyadan aldığı 141,6 milyon kubmetr qazı (əslində “swap” əməliyyatları üzrə) daxili tələbatı təmin etmə iddiasına baxaq. Orta məktəbdə ötəri riyazi biliklərə sahiblənən istənilən şəxs Rusiyadan alınan qazın həcmini adi riyazi düstürlarla hesablaya bilirsə, çox asanlıqla anlayar ki, qeyd edilən rəqəm Azərbaycanın ümumi qaz balansında 0,3 faizini təşkil edir. 0,3%! Yaxud yenə də nəşrin saxta iddiasına əsaslanaraq düşünsək ki, Rusiyadan “swap” əməliyyatları ilə alnan qaz həcmi doğrudan da xaricə ixrac edilir, burada da gülünc rəqəm alınır: 141,6 milyon kubmetr qaz ixrac edilən 20,7 milyard kubmetr ümumi ixracın 0,6 %-nə bərabərdir.
Digər tərəfdən, mahiyyətcə kiçik, lakin qeyd edilməli bir arqument də var. Nəşr özü iddia edir ki, 2024-cü ilin ötən dövründə Azərbaycan Rusiyadan 141,6 milyon kubmetr qaz nəql edib. Təkrar qeyd edirik: 10 ay ərzində 141,6 milyon kubmetr! Bəs Azərbaycanın gündəlik istehsalı nə qədərdi? Gabriel Gavinin xüsusi olaraq diqqətinə çatdırırıq: Azərbaycan bir gündə 113,7 milyon kubmetr qaz (41,5:365=113,7) istehsal edir. Təkrar edirik: 1 gündə 113,7 milyon kubmetr! Yəni Azərbaycan gün ərzində Rusiyadan alındığı iddia edilən qaz həcmindən cüzi olaraq az fərqlə özü istehsal edir. Əgər Azərbaycanın re-export, yəni Rusiyadan qaz alıb Avropaya satırsa belə çıxır ki, 141,6 milyon kubmetr qaz ölkəmizin Avropaya gündəlik nəql etdiyi 68 milyon kubmetrin 2 günlük həcmidir. Sadə dillə desək, bu iki günlük “Rusiya qazı”na görə Azərbaycan Aİ və digər tərəfdaşları arasında qurulmuş qarşılıqlı etimad prinsiplərinə xələl gətirən addım atması inandırıcı deyil. Bir daha təkrar edirik: Azərbaycanın yerli tələbatı və ixrac üçün nəzərdə tutulan öhdəliklərinin bütün həcmlərini yerli istehsal hesabına təmin edir və “Rusiya qazı”na ehtiyacı yoxdur.
Qərəz və jurnalistikanın təməl prinsiplərinin pozulması
Məqalənin müəllifi kimi Qabriel Qavin göstərilir. Bu şəxs müxtəlif media qurumlarında fəaliyyət göstərib. Məsələ bundadır ki, fəaliyyət göstərdiyi bütün media qurumlarında əsas hədəfi Azərbaycan olub.
Misal üçün, o, çalışdığı “Euroactiv”-də 2 məqalə qələmə alıb ki, bunlardan biri Azərbaycan əleyhinədir.
Qavinlə bir müddət əməkdaşlıq edən “eurasianet”-də müəllifin Azərbaycan əleyhinə 6 məqaləsi dərc olunub.
Sonuncu iş yeri olan “Politico Europe” də təkcə son bir il ərzində Azərbaycan əleyhinə 16 məqalə yazan Qavin
Azərbaycana qarşı mövqeyini 19-20 sentyabr antiterror tədbirləri zamanı açıq bəlli edib: 7 günə 15 məqalə!
Bəlkə də açıq-aşkar saxta xəbər yaydığı, jurnalistikanın təməl prinsiplərini kobud şəkildə pozduğu üçün tanınmış qələm sahibləri “Politico”nu tərk edir, bir çox reytinq saytlarında təşkil olunan soğrularda oxucular sayta ən aşağı qiymət verirlər.
trustpilot.com-un politico.eu haqda keçirdiyi oxucu sorğusunda sayt ən aşağı qiymət alan media mənsublarından biri kimi yadda qalıb.
“politico”-nun fəaliyyəti barədə oxucuların rəyləri isə birmənalıdır: saxta xəbərlər yayan sayt, korrupsiyaya uğramış şirkət, Korporasiyaların idarə etdiyi qərəzli qurum!
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
"Necə də boşboğazlıqdır. Yalana bax! Bunu jurnalistika adlandırırsınız? Bir dəstə kloun. Əgər bu hələ çap edilsəydi, mən bunu tualet kağızı kimi istifadə edərdim. Bunun üçün ən yaxşı və yeganə istifadə edərdim".
"İndiyə qədər gördüyüm ən pis məqalələrdən biridir. Müəlliflər ağıllı görünmək üçün mümkün qədər çox pafoslu istifadə edirlər. Əslində onların məqalələri yalan, qeyri-dəqiqlik və tam yanlışlıqla doludur".
"Korporasiyaların idarə etdiyi qərəzli qurum... Məqsədi insanları istənilən hüquqlardan məhrum etmək olan korporasiyalar tərəfindən idarə olunan qərəzli təşkilat!"
"Radikal solçu təbliğat maşını. Hər zaman olduğu kimi, hər kəsə və ya hər hansı bir şeyə orta dərəcədə mühafizəkar, centrist, hətta klassik liberal yanaşan başqa bir radikal solçu təbliğat maşını "uzaq sağçı, ağ supremacist, neo-nasist, bigot və ya faşist" kimi davranır. Bəlkə də radikalların kim olduğunu görmək istəyirsinizsə, güzgüyə baxın. Gördüyüm ancaq liberal medianın bizi irqə, cinsə, cinsi oriyentasiyaya, iqtisadi durumuna və siyasi baxışlara görə bölüb ayırmasıdır. Oxuduğum “Politico Europe”-nin bütün məqalələrindən, sözün əsl mənasında, hər biri ən böyük mənasız hiperbolik təbliğat yığını olub. Onların iddialarından ən azı birini təsdiq etmək üçün hərfi mənada sıfır sübutları var. Solda hər zaman olduğu kimi, bu da "anonim mənbələrdən" gələn bütün "heresy"dir. Video dəlilləri internetdə izləyərkən, dəlillərin dediyiniz hər şeyə tamamilə zidd olduğunu görürük. Bu isə sizi həqiqətin antitezisi və nəticədə xalqın düşməni edir".
"Siyasi korrupsiyaya uğramışlar. Bədnam solçu-qərəzli KİV"
"Saxta xəbərlər və yalan yayan sayt"
Beləliklə, “Politico”nun Azərbaycanın qalıq yanacaq ölkəsi, Rusiyadan qaz idxal etməsi, Avropaya yanacaq nəqli üçün potensiallarının yetərli həcmlərdə olmaması bardə bütün ittihamları böhtan və təxribat, riyakarlıq və dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil.
Yekun olaraq, Prezident İlham Əliyevin sərrastcasına hədəfə dəyən “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib” fikirləri Qərbin iqlim, ekologiya, yanacaq və s. mövzularda bütün saxtakarlıqlarını ifşa etmək üçün nöqtəni qoyur.