ABŞ-da fəaliyyət göstərən Kato İnstitutu (Cato Institute) tərəfindən yayılan “İnsan Azadlığı İndeksi-2022” (The Human Freedom Index (HFI) hesabatında Ermənistan 26-cı, Gürcüstan 43-cü, Azərbaycan 131-ci, Türkiyə 130-cu yerdə  qərarlaşıb. Digər türk dövlətlərindən Qırğızıstan 87-ci, Qazaxıstan 107-ci sırada yerləşdirilib.

Bu barədə Ermənistanda dövlət rəsmiləri bu ölkənin “İnsan Azadlığı İndeksi”ndə 26-cı yerə layiq görülməsini böyük uğur kimi dəyərləndiriblər. Ermənistan dövlət sektorunda islahat/idarəçilik/diaspora üzrə müşavir, QHT mütəxəssisi Sara Anjargolian tvitter profilində də paylaşım edib.    

Faktyoxla Lab. Kato İnstitutunun hazırladığı hesabatın detallarını araşdırıb.

Əvvəla, araşdırma nəticəsində bəlli oldu ki, Kato İnstitutunun “İnsan Azadlığı İndeksi” hesabatı sonuncu dəfə 4 fevral 2023-cü ildə yayılıb.

Yəni, Ermənistan rəsmilərinin böyük fəxrlə oktyabr ayında paylaşdıqları hesabat 2022-ci ilə aiddir və köhnədir.

İkincisi, araşdırma nəticəsində bəlli olub ki, “İnsan Azadlığı İndeksi -2022” hesabatı dünya ölkələrində insan azadlığı ilə bağlı ədalətli və dürüst qiymətləndirməni əks etdirmir. Hesabatda Ermənistanla bağlı aparılan bütün qiymətləndirmələr qeyri-obyektivliyin və saxtakarlığın növbəti təzahürü, Azərbaycan və Türkiyənin hesabatdakı yeri ikili standartların bariz nümunəsi olmaqla, anti-Türkiyə, anti-Azərbaycan mövqeyin nümayişidir. Ermənistanın qeyri-demokratik mühitin qarşılığında azad və demokratik ölkə kimi təqdim olunması reytinq hesabatının obyektivliyini tamamilə şübhə altına alır.

KATO İnstitutunun hazırladığı “İnsan Azadlığı İndeksi-2022” hesabatı və Ermənistanı 26-cı yerə layiq görülməsi haqda araşdırma yazımızda tanış ola bilərsiniz. 

KATO İnstitutu “İnsan Azadlığı İndeksi-2022” hesabatında Ermənistanı 26-cı yerə layiq bilib

Ümumi təsəvvür yaranması üçün Ermənistanda 2022-ci ildə insan haqlarının, mətbuatın və məhkəmələrin vəziyyəti haqda yalnız mediadan götürdüyümüz xəbər başlıqlarını təqdim edirik: 

Üçüncüsü, Kaliforniyanın San-Fransisko şəhərində Edvard Kreyn tərəfindən təsis edilmiş və fəaliyyətini ianələr və müxtəlif korporasiyaların, fondların  yardımlarından formalaşdıran Kato İnstitunun rəhbərliyi tərəfindən davamlı olaraq Türkiyəyə qarşı qərəzliriyakar mövqe sərgilənib

 

Kato İnstitutu 2021-ci ilin aprelində ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqımı" ifadəsini işlətməsini böyük qələbə kimi təbliğ edən qərəzli beynəlxalq təşkilatlardan biridir. Bu araşdırma mərkəzinin dərc etdiyi “Türkiyə ilə problem Ermənistanda yox, NATO-ya üzvlükdədir” başlıqlı yazıda da Türkiyəyə qarşı qərəz və iftiranı asanlıqla sezmək olar. 

Kato İnstitutunun təqdim etdiyi “İnsan Azadlığı İndeksi” hesabatının hazırlanmasında Frazer və Brounstaun İnstitutları, Fridrix Nauman Fondu və ABŞ-dakı digər QHT-lərin hesabatlarından faydalandığı məlum olur. Onlardan biri, Brounstaun İnstitutunun həmtəsisçisi Lucio Saverio-Eastmanın Kato İnstitunun ilin əvvəlində yaydığı hesabatı nədənsə 21 oktyabr 2023-cü il tarixində “X” platformasında (keçmiş Tvitter) yeni məlumat kimi paylaşaraq Ermənistanı insan və digər azadlıqlarının təmin edilməsində demokratik, Türkiyə və Azərbaycanı isə qeyri-demokratik ölkələr kimi təqdim edib. 

Araşdırma zamanı bəlli oldu ki, institut rəhbərinin müntəzəm şəkildə Azərbaycan və Türkiyəni ermənilərə qarşı “soyqırımı” törətməkdə ittiham edən,

özünü ermənilərin təəssübkeşi kimi təqdim edən paylaşımlarına rast gəlinir.

Bu cür böhtan və anti-Türkiyə yazılarının siyahısını uzatmaq olar və ortadakı gerçək mənzərədən sonra L.Saverio-Eastmanın rəhbəri olduğu Brounstone İnstitutunun yaxın partnyoru Kato İnstitutunun mövcud insan azadlığı reytinqini hansı mərkəzlərin diqtəsi ilə hazırlanması və “İnsan Azadlığı İndeksi -2022”də Ermənistanın xüsusi olaraq yuxarıya itələnməsi də təsadüfi deyil.

Dördüncü, həmin hesabatı hazırlayan 4 həmmüəllif - KATO İnstitunun beynəlxalq tədqıqatlar üzrə vıtse-prezıdent və dırektoru, Qlobal Azadlıq və Firavanlıq Mərkəznin Direktoru Ian Vásquez, Frazer İnstitutnun Qloballaşma Tədqiqatları mərkəzinin direktoru Fred McMahon, Cənub Metodist Universitetinin Bridvell İqtisadiyyat Azadlığı İnstitutunun professoru Ryan Murphy və Kato İnstitunun araşdırmaçısı Guillermina Sutter Schneider olublar.

Müəlliflərdən İan Vaskez Qlobal Azadlıq və Firavanlıq Mərkəzində (Center For Global Lıberty And Prosperıty) anti-Türkiyə, anti-Azərbaycan yazıları ilə xatırlanan, FETÖ-çu Mustafa Akyolla birgə çalışır.

Düşünürük ki, hesabatda Türkiyə və Azərbaycana qarşı açıq-aşkar qərəzli münasibətin haradan qidalanması, formalaşmasını ətraflı izah etməyə ehtiyac yoxdur. 

Beşinci, KATO institutu 2012-2020-cı illər aralığında dünyanın tanınmış ən güclü 20 beyin mərkəzləri sırasında yer alsa da, son 2-3 ildə “top think-thank” reytinqlərini tərk edib. Bu geriləmənin səbəblərdən biri təşkilatın son illərdə hesabatlarındakı qərəzli və ədalətsiz yanaşma ehtimal edilir.  mənbə

 

Beləliklə,

- Erməni rəsmilərinin fəxrlə paylaşdıqları KATO İnstitunun hazırladığı “İnsan Azadlığı İndeksi” hesabatı yeni deyil, 2022-ci ilin nəticələridir;

- Hesabat müəlliflərinin Ermənistana simpatiyası, Azərbaycan və Türkiyəyə açıq qərəzi və ədalətsiz yanaşma qiymətləndirmələrin qeyri-obyektiv hesablanmasında özünü göstərib;

- KATO institutunun son illərdə “top think-thank” siyahısında yer almaması hesabatlarında qərəzli və ədalətsiz yanaşma ilə də bağlılığı var.