Axtarış

Select theme:

Ağ Ev "Mediada qanun pozucuları”nı ifşa etmək üçün yaradılan izləmə platformasını təqdim edib

“Alman dalğası” (DW) Ağ Ev-in hər həftə media pozucularını (media offenders) ifşa etmək məqsədilə yeni bir izləmə platforması istifadəyə verilməsi barədə məlumat yayıb. Məlumata görə, yeni istifadəyə verilən “Mediada qanun pozucuları” adlanan sayt, Tramp Administrasiyasının narazı qaldığı bütün xəbərləri "yalan" və ya "qərəz" kateqoriyalarına bölərək yayacaq. “Mediada qanun pozucuları” səhifəsi ictimaiyyəti yanıldan, yanlış xəbər yayan xəbər saytlarını, müxbirləri siyahıya daxil edir.

Ötən həftənin əsas “Mediada qanun pozucuları” siyahısına “Boston Globe”, “CBS News” və “The Independent” daxil ediliblər. Bu nəşrlərin əməkdaşları altı “Demokrat”ın yaydıqları qalmaqallı video barədə reportajlar hazırladıqları üçün bu ada layiq görülüblər.

Xatırladaq ki, qeyd edilən qanunvericilər arasında hərbi veteranlar və xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları var və onlar videoçarxda hərbi qulluqçulara qanunsuz əmrlərə tabe olmamaq öhdəliklərinin olduğunu xatırladıb, bildiriblər ki, qanunu və ya Konstitusiyanı pozan əmrləri heç kim yerinə yetirməyə borclu deyil.

Prezident Tramp isə öz növbəsində qanunvericilərin bu hərəkətlərini “dağıdıcı” və “xəyanətkar” adlandırıb.

“Mediada qanun pozucuları” səhifəsi necə görünür?

Səhifədə Ağ Evin həqiqətə uyğun olmadığını düşündüyü xəbər və müəlliflər üçün nəzərdə tutulmuş “Qanun pozucuları üçün utanc zalı” ("Offender hall of shame") bölməsi fəaliyyət göstərir.  

Hər bir xəbər "yalan", "kontekstin dəyişdirilməsi" və ya "solçu dəlilik" kimi etiketlərlə müxtəlif kateqroyalara bölünür. Səhifədə administrasiyanın yanlış xəbərlər yayan saytlarının reytinqi də verilib. Misal üçün, “The Washington Post” bu siyahıya başçılıq edir, ardınca MS NOW (keçmiş MSNBC), CBS News, CNN, The New York Times, Politico, The Wall Street Journal və digərləri gəlir.

Saytda hətta “residivistlər” bölməsi də var.

Tramp Administrasiyası fake-xəbər mediası ilə mübarizəni gücləndirir

Reytinq siyahısında olan nəşrlər və digərləri Müdafiə Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalara etiraz olaraq Pentaqonda təşkil olunan mətbuat konfransına buraxılış vəsiqələrini (bəc) geri qaytarıblar.

Yeni qaydalar, Müdafiə Naziri Pit Hegseth tərəfindən təsdiqlənməmiş məxfi və ya digər məlumatları yaydıqları təqdirdə jurnalistləri mətbuat konfransından xaric edilmə riskinə məruz qoyur.

Qeyd edək ki, Prezident Donald Tramp son bir il ərzində The New York Times, CBS News, ABC News, The Wall Street Journal və Associated Press-ə qarşı məhkəmə çəkişmələrində iştirak edib.

 

 

 

Oxşar məqalələr: