Sosial mediada “dua edən əllərə” oxşar bulud parçaları yayılır. Paylaşılan videolara ərəbcə sözlər və musiqi əlavə edilərək real hadisə kimi göstərməyə çalışırlar. Video

Videonun 6 fevral 2023-cü ildə Türkiyədə baş vermis dəhşətli zəlzələdən sonra qeydə alındığı deyilir.

Faktyoxla Lab. bu videonun həqiqliyini yoxlayıb.

Türkiyənin məşhur faktaraşdırma saytı bu mövzuya toxunub. Araşdırma zamanı tərsinə foto- arama metodu ilə digital montajla hazırlandığı qənaətinə gəlinib. “Pixiz” fotomontaj tətbiqində müxtəlif əl formalarını dizayn etmək mümkündür.

Montaj isə 16-cı əsrdə yaşamış alman rəssamı Albert Dürerin rəsmi əsasında hazırlanıb.

Bundan əvvəl isə qeyd edilən “dua edən buludlar” fotosu bir neçə dəfə illər öncə paylaşılıb.

 

Nəticə: 

- "Dua edən buludlar" fotosu Kahramanmaraş şəhərində qeydə alınmayıb.

 - Foto real deyil, “Pixiz” fotomontaj tətbiqi ilə hazırlanıb.