Qarşıdurma, müharibə, konfliktlər qızışdıqca şübhəli məlumatların, saxta xəbərlərin, dezinformasiyanın yayılma sürəti daha çox artır. Mütəxəssislərion qənaətinə görə, müharibə bölgəsi olduğu iddia edilən köhnə, bəzən də saxta mıəlumatlar, video və fotolar sosial şəbəkələri daha çox bürüyür. Bunun bir çox səbəbi var. Əgər adi istifadəçi yeni məlumat, xəbər gözləntisindədir, bu zaman təqdim olunan uyğun məlumatların əksəriyətinə inanır, beləliklə yalan məlumatların yayılmasına vəsilə olur. Digər tərəfdən isə məhz saxta (fake) məlumatın yayılmasında tərəf maraqlı olur, qarşı tərəfi demoralizə etmək üçün belə dezo-ötürmələrdən yararlanırlar.

Hazırda davam edən Ukrayna- Rusiya müharibəsi saxta məlumatların yayılması baxımından öncəki bir neçə müharibəni cəm halında üstələyir. Və ən vacib məqam sosial medianın saxta xəbərlərin yayılmasında müstəsna rolu qeyd olunmalıdır.

Biz, bir neçə fakt-araşdırma mərkəzinin, saytın müharibənin gedişi ərzində  ortaya çıxardıqları “saxtaxəbər” analizini və fakt-yoxla metodologiyasını  götürərərk oxuculara təqdim edirik.

1. Ukrayna baş nazirinin müavinin xanımı döyüşlərə qatılıb

Bu foto,  “Əks şəkil axtarış metodu” ilə axtarışa verilmiş və Alamy və  Shutterstock saytlarında aşkar edilmişdir. Fotonun müəllifi, çəkilmə vaxt və sayta yerləşdirmə vaxtı scrindən görünür.

Aşkar olunan fotonun orijinalında yazılır: Kiyev, 22 Avqust, 2021, Ukrayna Müstəqilliyinin 30 ili münasibətilə hazırlanan hərbi paradın məşqi. “Khreshchatyk (məşhur Maydan-red.) prospektində gülümsəyən əsgəri uniformalı ukraynalı qadın”. Bu kadrların doğruluğunu youtube kanalında yayımlanan video vasitəsilə təsdiqləmək mümkündür.  

Digər tərəfdən, Ukrayna Baş naziri Denis Şmihaldır və onun xanımı hərbi əməliyyatlara qoşulmayıb, bu haqda heç bir yerdə məlumata rast gəlinməyib. Katerina Şmihalın fotosu budur. Göründüyü kimi tamamilə fərqli insanlardılar.

Ukrayna Baş nazirin birinci müavini isə həm də iqtisadiyyat naziridir və onun özü də xanımdır- Yulia Sviridenko. Onun yoldaşı isə Sergey Derlemenko adlı iş adamdır.

Nəticə: Məlumat yanlışdır. Fotosu paylaşılan xanım Ukraynada baş nazirnin müavininin xanımı deyil. Foto isə Ukrayna paytaxtında müstəqilliyin 30-cu ili münasibətilə təşkil olunan hərbi paradın məşqi zamanı çəkilib.

2.  Dinamo Kiev futbolçuları silahlanaraq Rusiyaya qarşı müqavimət hərəkatına qoşulublar.

checkyourfact.faktyoxla saytının araşdırmasına görə foto 25 fevral 2021-ci ildə çəkilib. 

Lakin, bu foto, ilk dəfə “HooligansTV” fan-klub tərəfindən yayımlandığı üçün bir çox media və sosial media təmsilçiləri elə düşünürlər ki, fotoda əks olunan şəxslər ya Kiev “Dinamo”sunun oyunçuları, ya da fan-klubun üzvləridir. Çünki, tviti “Dinamo Kiev fanatları (xuliqanları), 25.02.2022” qeydi ilə paylaşılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, “Dinamo” (Kiyev) fotbol komandasının heç bir rəsmi səhifəsində, press-relizində oyunçularının tam heyətlə silaha sarılması haqda məlumata rast gəlinmir. Yalnız bu paylaşımlar var:

“Dinamo Kiev”in son heəytində olan oyunçuların fotoları bunlardır və qeyd eilən fotodakı insanlara oxşarlıqları yoxdur.  

Ukrayin dilində yayımlanan detector.media/ saytında yazılan məlumat oxucuları daha da çaş-baş salıb. Belə ki, 2014 Maydan hərəkatının aktiv simalarından biri, millətçi azarkeşlərin məşhur qrup rəhbəri Sergey Sternenko öz facebook hesabında bunları yazıb: Hazırıq. Əmrləri gözləyirik. Ümid edirəm ki, bu gecə Ukrayna üçün uğurlu, işğalçı Rusiya üçün pis olar”

Sonradan bu foto “Gonor” adlı millətçi təşkilatın tvitində rast gəlinib. Gonor (Honor, ukrayin dilindən “şərəf” kimi tərcümə olunur)“Ukrayna mərkəzçi qeyri-rəsmi gənclər hərəkatıdır”. Hərəkatda keçmiş hərbiçilər və ultra-sağ millətçi “Natsionalnyi Korpus’ üzvləri təmsil olunurlar.

Nəticə: Fotodakı hərbçilər nə "Dinamo" Kiev futbolçuları, nə də komandanın fan-klubunun üzvləridir. Bu fotonu “Gonor” millətçi gənclər təşkilatının üzvləri paylaşıblar və orada olan şəxslər də həmin təşkilata aiddilər.  

3. “Time” jurnalı Putini Adolf Hitlerə bənzədən bir üz qabağı kollajı hazırlayıb.

İddialara görə həmin üz qabğının üzərində “The Return of History” (Tarixin təkrarlanması”) başlığı da əlavə olunub.  

Araşdırma zamanı məlum olub ki, “Time” jurnalının 24 fevral 2022-ci il tairxli sayında qeyd edilən foto-kollaj yoxdur. Jurnalın üz qabğında Nana Heitmanın çəkdiyi “rus tankı” fotosu verilib. 

Putinin Hitlerə bənzədildiyi foto-kollaj isə ilk dəfə Patrick Mulder adlı Twitter istifadəçisinin paylaşımında rast gəlinib. Mulder tvitində “Time” jurnalı adına paylaşılan saxta fotonu necə düzəltdiyinə aydınlıq gətirib. (How I made the cover).  Bu video paylaşımdan sonra istifadəçilər həmin fotoya daha diqqətlə baxıb, üz qabğı fotosunun aşağı sağ küncündə “Patrick Mulder” yazıldığını görüblər. 

Nəticə: “Time” jurnalının 24 fevral 2022-ci il tairxli sayı Putinin Hitlerə bənzədilməsi üzqabığı fotosu ilə dərc edilməyib.    

4. Zelenskini xəstəxanada müşaiət edən qadın döyüşlərdə həlak olan Derusovadır

Əksər mənbələr iddia edir ki, Ukrayna mediası Zelenskinin Ukrayna paytaxtında olduğunu sübut etmək üçün onun yaralı əsgərlərlə görüş videosunu yayıblar. Lakin müxalif fikirlilər və Rusiya mediası, sosial medianın anti-Zelenski kəsimi prezidenti məsxərəyə qoyub, iddia ediblər ki, həmin kadrlarda Prezidenti müşaiət edən qadın İnna Derusovadır və adıçəkilən xanım 27 fevralda həlak olub. Yəni, kadrlar köhnədir, Zelenski Kievdə deyil.

Araşdırmaya ilk olaraq Zelenskinin yaralı əsgərləri ziyarət etdiyi 13 Mart 2022-ci il tarixində çəkilən video və fotolarla başlayaq. Məlumdur ki, bu video-xəbər ilk olaraq Zelenskinin rəsmi hesablarından paylaşılıb. Paylaşılan video və fotolarda prezidentin müalicə alan bir qrup yaralılarla danışdığı və onlara medal verdiyi görüntülənib.  

Bundan sonra Zelenskinin xəstəxananı ziyarət etdiyi zaman prezidentin yanında olan, onu müşaiət edən xanımın İnna Derusova olduğu iddia edilən qadının digər fotoları axtarılıb və əldə edilib. (mənbə)

StopFake adlı sayt Zelenskinin yanında olan qadının yaxalığındakı bəcdə kiril alifbası ilə yazılan ad- soyadı oxuya bilib.   

Bu bəcdə “Tatyana Ostashchenko” (Tatyana Ostaşenko) yazılıb. Sayt, digər xəbərlərdə bu ad-soyadda olan xanımın prezidenti müşaiət edən şəxslər arasında olduğunu müəyyən edib. (Mənbə) 

Müəyən olunub ki, həmin xanım (Tatyana Ostaşenko) 2021-ci ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin Tibb Xidmətinin rəhbəri təyin olunub, briqada generalıdır. (Mənbə) Bu haqda onun vikipediya səhifəsində də məlumatlar yer alıb.    

Ostaşenko ilə səhv salınan İnna Derusova isə doğrudan da 24 fevralda top atəşi nəticəsində həlak olub və o, “Ukrayna qəhrəmanı” adına layiq görülüb. (Mənbə)

Beləliklə, Microsoft Azure-la üz tutuşdurma metodikasının tətbiqindən sonra Tatyana Ostaşenko ilə İnna Derusovanın fərlqi insanlar olduğu qənaətinə gəlinir.

Mövzu ilə bağlı Türkiyənin Doğrula saytı, İspaniyanın maldita, tanınmış faktyoxla mərkəzi politifact və dünyaca məşhur reuters analiz aparıb. 

5. Başısarğılı qadının Ukraynada deyil, Rusiyada qaz partlamasından sonra yaralanan rus qadın olması iddiası

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı evini tamamilə itirmiş, artilleriya zərbələrindən sonra ağır yaralanan bir qadının fotosu sürətlə paylaşılır. 

Lakin bəzi mənbələr bu qadının Ukraynalı deyil, 2018-ci ildə Maqnitaqorskda bir binada ortaya çıxan qaz partlaması nəticəsində yaralanan rus olduğunu iddia edirlər. Bu iddiada olanların qənaətinə görə, paylaşımlarda Ukraynada yaşanan faciənin çox şişirdilir, fake xəbərlər hədsiz çox yayılır.

Araşdırma aparan mərkəzlərin bildirdiyinə görə, “əks foto axtarış metodu” ilə incələnmə zamanı fotonun yaxın tarixdə çəkildiyi bəlli olub. “Anadolu Ajansı”-nın foto arxivinə görə, bu foto Wolfgang Schwan tərəfindən 24 fevralda Ukraynanın Xarkov vilayətinin Çuguyev qəsəbəsində çəkilib. 

Digər foto-müxbir Aris Messinis yaralı qadını başqa bir rakursdan çəkməklə bir çox qaranlıq mətləbə aydınlıq gətirib.

Bundan başqa həmin yaralı qadının müsahibəsinə Euronews-da yayımlanan ingiliscə video-reportajda və GZT-nin türkcə titrlərlə hazırlanan video müsahibəsində baxmaq olar.

The Guardian ve The Sun kimi tanınmış media orqanları Ukraynalı orta məktəb müəlliməsi Olena Kurilonun fotolarını manşet fotosu kimi uzun müddət paylaşmışlar.

Bundan başqa, dağıdılmış binanın müxtəlif rakurslardan çəkilmiş foto və videoları deyilənlərin məhz Ukraynada, Xarkov vilayətində lentə alındığını təsdiqləyir. Justin Yau adlı bir jurnalist öz tvitter səhifəsində 24 fevralda dağıdıllmış binadan çəkdiyi videonu paylaşıb. Elə həmin gün "Anadolu Ajansı" həmin yerdən fərqli video yayımlayıb.  "FransPress" Agentliyinin həmin yerdən çəkdiyi fotolar da mövcuddur. 

Amma doğrudan da 2018-ci ildə Rusiyanın Magnitoqorsk şəhərində qaz partlaması nıəticəsində bina dağılıb. Həmin binanın partlayışdan sonrakı halı aşağıdakı kimdiir.

Bu isə Xarkov vilayəti, Çuguyev qəsəbəsində raket hücumları nəticəsində dağıdılan binalar.

Bu dezinformasiya MimikamaMaldita  tərəfindən araşdırılıb.

 

6. Orduya qatılacaq atanın qızı ilə son vida səhnəsi

Ukrayna müharibəsi başlayandan çoxlu sayda saxta video və fotolar yayılıb. Belə videolardan biri də ukraynalı bir əsgərin öz ailəsi, xüsusən qızı ilə vidalaşdığını əks etdirən kadr olub.

Əslində bu videonu müharibə başlamazdan 3 gün öncə separatçı Donetsk bölgəsi, Qorlovka şəhərində yaşayan yerli bir sakin tərəfindən “Qorlovkadadan təxliyyə. Ürək dağlayan görüntülər” adı ilə paylaşılıb. Əslində bu videoda öz övladını müharibə təhlükəsindən kənar tutmaq istəyən separatçı rejimin tərəfarı olan rus əks olunub. 

Avtobusun üzərindəki simvol, avtobusun Qorlovkadan çıxdığını təsdiqləyir. (Mənbə)

Bundan başqa, videonu 21 fevralda Qorlovka şəhərinin bələdiyyə başçısı İvan Prikxodko telegram kanalında “Yoldaşı və qızı təxliyyə edilən kişi” başlığı ilə paylaşıb.

Beləliklə, azyaşlı qızı ilə vidalaşan kişi Ukraynanın separatçı rejim tərəfindən idarə olunan Donetsk yaxınlığındakı Qorlovka qəsəbəsində çəkilib və həmin şəxs milliyyətcə rusdur.

(ardı var)