Diasporunun bir gün bu ərazilərdə başqa bir erməni dövləti elan etmək istəyindən narahat olmalıdır?
Cavab əlbətdə mənfi olacaq. Təbii ki, Vaşinqton buna imkan verməz və Bakı da eyni şəkildə qəbul etmir. On milyonlarla insanın həyatına son qoyan II Dünya Müharibəsindən sonra böyük dövlətlər sabit dünya nizamı barədə razılığa gəldilər və Birləşmiş Millətlər Təşkilatı (BMT) bu stabilliyi qorumaq üçün yaradıldı. İndi rəsmi olaraq tanınan ərazilərə təcavüz qəbuledilməz və cinayət sayılır. Bu mənada Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla azad etməsi bu prinsipin toxunulmazlığını inandırıcı şəkildə təsdiqləyir. Çünki Azərbaycanın bu addımı məhdud sayda olan maraqlı tərəflərin qaldırdığı hay-küydən başqa, dünyada heç bir mənfi reaksiyaya səbəb olmadı. Keçmiş Dağlıq Qarabağ Vilayətinin qalan hissəsinin də Azərbaycanın nəzarətinə keçməsinin ermənilər üçün təhlükəsinə gəlincə, bu həqiqətdən çox uzaqdır. SSRİ təcrübəsi - 80-ci illərin sonlarında erməni milliətçiliyinin dağıdıcılığa başlamasına qədər - ermənilərlə azərbaycanlıların onilliklər boyu yanaşı yaşadığını sübut edir.
Bu mənada, Bakı ermənilərinin Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün İrəvana təsir göstərmək tələbi ilə ötən ilin aprelində bütün ermənilərin katolikosu II Qareginə və dünya ermənilərinə göndərdiyi məktub göstərici hesab oluna bilər. 80-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə və Bakıya səfər edənlər ermənilərin yaşayış səviyyəsinin və maddi təminatının yalnız Azərbaycan SSR-in bölgələrində deyil, Bakıda da yaxşı mənada seçildiyini əyani olaraq şahidi olurdurlar. Hetq.am: Sovet dövründə Dağlıq Qarabağ infrastrukturdan məhrum idi Bu gün Azərbaycanda azərbaycanlılarla yanaşı başqa millətlərin nümayəndələri olan vətəndaşlar da yaşayır. Bunlar talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, ruslar və başqalarıdır. Bundan əlavə, Azərbaycanda minlərlə erməni yaşayır. Azərbaycan Respublikasının Konstitusiyası milliyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar təmin edir, təbii olaraq onlardan dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanımağı və qorumağı tələb edir. Bu mənada Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın mərkəzi hökumətinin nəzərində ölkənin digər sakinlərindən heç nə ilə fərqlənmir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərə səfəri zamanı bildirib ki, Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Prezident əlavə edib ki, Azərbaycanda yaşayan ermənilər də bu ölkənin vətəndaşlarıdır və onlar Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar. Arut Sasunyanın Ermənistanı mövcud böhrandan çıxara biləcək şəxslər barədə arzusuna gəlincə, ad çəkməsə də görünür o, son seçkidə Nikol Paşinyanın rəqibi olan, sabiq prezident Robert Koçaryanı nəzərdə tutur. Amma Ermənistanda Köçəryana münasibətin mənfi olduğu məlumdur. Artıq bunu ermənilər özləri də dilə gətirir, onun əraziləri genişləndirmək siyasətindən əl çəkmədiyini vurğulayırlar.