Bu gün, 05 mart 2023-cü il tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən erməni tərəfi təxribata əl atıb. Belə ki, səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq, yoxlanılmasına cəhd göstərildiyi zaman qarşı tərəfdən qəfil atəş açılıb. Baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Materialın video icmalı

Ermənistan mediası hadisə ilə bağlı müxtəlif dezinformasiyalar yayır, hadisədə törətdikləri cinayəti gizlətməyə, günahı Azərbaycanın üzərinə atmağa cəhd edirlər. 44 günlük Vətən müharibəsində yalanları ilə ad çıxarmış, terrorçu rejimin əsas sözçülərindən biri Artak Beqlaryan, Azərbaycana qarşı təbliğat aparan Lindsey Snell və Sam Martirosyan bu dəfə də ənənələrinə sadiq qalaraq dezinformasiya yayıblar. 

Faktyoxla Lab. bu fotoları incələyib və maraqlı fakt aşkar edib. 

Beləliklə, bu foto hadisə baş verən yerdə çəkilib.

 

Bu yazını ingilis dilində bu linkdən oxuya bilərsiniz 

Ermənilər fotonun bir hissəsinə kölgə effekti ilə müvafiq düzəlişlər edib, paylaşıblar. 

Həmin fotonun orijinalını əldə etmişik. Fotoya diqqətlə baxdıqda ermənilərin kölgə effekti ilə gizlətdiyi hissədə avtomat silahının olduğunu görürük.

Bu yazını rus dilində bu linkdən oxuya bilərsiniz

Yeri gəlmişkən, məhz bu fotonu ermənilərin əsas təbliğat ruporlarından biri- "Bagramyan26" kanalı da yayıb.  

Beləliklə, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktı təsdiq olunur.  Yəni, ermənilər bu maşınla silah-sursat daşıyıblar. 

Faktyoxla Lab. bir müddət öncə Ermənistandan Qarabağ iqtisadi rayonuna silah daşınması haqda araşdırma yazısı təqdim etmişdi. Ermənilərin Xankəndiyə təcili yardım maşınında silah daşıması ifşa olundu