Psixoloq Rabia Yavuz saxta xəbərlərin sosial həyatda yaratdığı risklər və fərdlərə psixoloji təsirləri ilə bağlı Anadolu Agentliyinin “Teyit Hattı” (Fakt Yoxlama Xətti) ilə fikirlərini bölüşüb. O, qeyd edib ki, transmilli kapitalist hərəkatlarının dünyada ciddi təsirə malik olması ilə birlikdə həyatımızı formalaşdıran "qloballaşma"nın bir hissəsi olan "texnoloji transformasiya", xüsusən də kommunikasiya sahəsində inqilabi dəyişikliklərə yol açıb. 2000-ci illərin əvvəllərindən etibarən internetin fərdi sahəyə inteqrasiyası və multimedia vasitələrindəki baş verən yeniliklər sosial medianı həyatımıza daxil edib.
Sosial media yalnız fərdlərin əyləncəli videolar izlədiyi və rəngarəng fotolar paylaşdığı bir məkan deyil. Rəqəmsal şəbəkələr həm də cəmiyyəti müsbət mənada dəyişdirən "qəzetlər, radio, televiziya və jurnallar" kimi əsas media elementlərini əvəz edib. İnsan həyatına dərin təsir göstərən bu şəbəkələr bəzən inqilabi hərəkatlara belə səbəb olub. Eyni zamanda, heç bir tənzimləyici orqan tərəfindən idarə oluna bilməyən sosial media platformaları bəzən yaratdığı təhriflərə görə fərdlər və dövlətlər üçün təhlükəli bir element kimi də ortaya çıxıb.

Bəs həyatımızın mərkəzində dayanan bu platformalar niyə bu qədər təhlükəli bir vəziyyətə gəlib çıxıb? Bu sualın cavabı, şübhəsiz ki, nəzarətsiz şəkildə gündəmlərimizə daxil olan və həyatımızda informasiya eroziyasına səbəb olan "feyk xəbərlər və dezinformasiyalar"dır. Çünki sosial media istifadəçilərinin məlumat və məzmunları doğruluğu təsdiqlənmədən saniyələr ərzində yayılır. Bu da istifadəçilərdə onlara təqdim edilən məlumatların doğru və ya yalan olub-olmadığı ilə bağlı "sorğulamaq refleksini" zəiflədir. Bu vəziyyət dünyanın hər yerində insanların yalan xəbərləri sorğulamadan və tənqid etmədən asanlıqla mənimsəməsinə və öz profillərində yaymasına səbəb olub. Bu narahatlıqların kölgəsində Anadolu Agentliyinin “Fakt yoxlama Xətti” psixoloq Rabia Yavuzla saxta xəbərlərin sosial və psixoloji təsirləri barədə söhbətləşib.

“Niyə saxta xəbərləri asanlıqla mənimsəyirik?” – sualına cavab olaraq R.Yavuz bildirib ki, şəxslər qarşılaşdıqları məzmuna sorğu dolu bir münasibət bəsləməli və təsdiq axtarmalıdırlar, lakin bu münasibəti mənimsəmək hər kəs üçün asan deyil. Sosial media istifadəçiləri və ya media savadlılığı olan şəxslərin qarşılaşdığı dezinformasiya ilə bağlı Yavuz şərhində bildirib ki, "hansı məzmunun yalan olduğunu bilmirik. Xəbərlərdə "saxtadır" sözündən istifadə olunmur, onlar çox inandırıcı başlıqlardan istifadə edirlər, məşhur insanlardan sitat gətirir və maraqlı həyat hekayələri əlavə edirlər. Bu elementlər bizi gördüyümüz xəbərlərə asanlıqla inandırır".
R.Yavuz manipulyativ məzmunu həqiqətdən ayırmağın çətin olduğunu qeyd edib.
Yalana inanmağa meyilli olmağımızın psixoloji səbəblərinə gəlincə isə, Rabia Yavuz qeyd edib ki, hər bir insanın qəbul edəcəyi təhdidlər barədə xəbərdarlıq edən fizioloji sistem mövcuddur və dezinformasiyanın yaratdığı "kognitiv qarşılıqlı əlaqə zənciri" burda olduqca əhəmiyyətlidir: "Bizi qorxudan və ya bizdə psixoloji təhlükə ehtiva edən xəbərlərlə qarşılaşsaq, zehnimizdə qarşılıqlı əlaqə zənciri başlayır", - deyə R. Yavuz fərdin əsas həyat dinamikasını təşkil edən və təhlükələrə cavab olaraq intuitiv davranışları aktivləşdirən aşağı beynin fəaliyyətini izah edib.
"Beynin şüuraltı funksiyalarını idarə edən aşağı hissəsi tez-tez duyğularımızın mərkəzini hədəf alan bir yanlış xəbərlə qarşılaşdıqda, fərdə "tənqidi baxış, şübhələnmək və məzmunun doğru olub-olmadığını qiymətləndirmək" imkanı vermir. Sistem özünü qorumaq üçün tədbirlər görərək çox tez işləyir. Hər hansı bir təhlükə ilə qarşılaşdıqda, bu məlumatın dəqiqliyi fərd üçün ciddi risk yarada bilər və onları manipulyasiyaya qarşı daha çox həssas edir. Bu narahatlıq vəziyyəti həm beynimizə, həm də sinir sistemimizə ciddi təsir edən bir prosesdir", - deyə o, bildirib.
“Tanışlıq effektinin yalana qarşı müqaviməti azaldıb-azaltmayacağını” soruşduğumuz zaman Rabia Yavuz qeyd edib ki, risk və təhdid elementləri olan xəbərlərə daim məruz qalan aşağı beyin nəticədə yorulur və bu da fərdlərin qarşılaşdıqları məzmuna "seçəcək və ya sorğulayacaq" formada yanaşmasını çətinləşdirir. O, rəqəmsal şəbəkələrdə daim aktiv olan istifadəçidə istənilən mövzuda dəfələrlə yalan məzmunla qarşılaşdığı üçün "tanışlıq effekti"nin yaranacağını vurğulayıb. R.Yavuz bildirib ki, insan xəbərlərə şübhə ilə yanaşmaq qabiliyyətinin olmaması və zəif media savadlılığı nəticəsində yalan məlumatı rahatlıqla həqiqət kimi qəbul edə bilər.

Saxta xəbərləri daha təsirli edən elementlər haqqında danışan psixoloq qeyd edib ki, saxta xəbərlər tez-tez bölücü elementləri ehtiva edir və sosiologiyada "kənar qüvvələr" kimi müəyyən edilən, yəni özünü başqaları ilə eyniləşdirən sosial qruplardan ayrı olan şəxslərə müraciət edir. O, alışdığımız sosial qrupdan kənarda qalan şəxsləri (qaçqınlar, əcnəbilər, etnik qruplar və s.) hədəf kimi seçən bu manipulyativ məzmunun fərdlər tərəfindən sorğu-sualsız qəbul edilməsi ehtimalının daha yüksək olduğunu bildirib. O, bunun səbəbini belə izah edib: "Çünki insanlar zehnlərində "qrupda" və "qrupdan kənar" hesab etdikləri insanlar arasında fərq qoyurlar. Son tədqiqatlar göstərir ki, “qrupdan kənar” fərdlərə gəldikdə, əxlaqi bacarıqlarımızdan kifayət qədər istifadə etmirik."
Saxta xəbərlərə qarşı necə müqavimət göstərməli olduğumuz haqqda danışan R.Yavuz rəqəmsal şəbəkələrdə və xəbər saytlarında gəzərkən bilmədən saxta xəbərlə qarşılaşan fərdlərə şübhəçi bir mövqe tutmağı tövsiyə edib.
O, xüsusilə bu cür məzmunla qarşılaşdıqda soyuqqanlı davranmağın vacib olduğunu vurğulayıb. Psixoloq vəziyyəti belə dəyərləndirib: "Əgər “gərginlik, stress, qəzəb” hissləri yaranarsa, xəbərlərdə yalan məlumatların mövcudolma ehtimalı daha yüksəkdir. Belə vaxtlarda özünü itirməmək və daxili yoxlama sistemimizi aktivləşdirmək əla yanaşma ola bilər. Çünki hamımız müəyyən dərəcədə intellektual təkəbbürdən əziyyət çəkirik. Cəmiyyət olaraq, çox şey bilməməyi xoşlamırıq. Tez-tez “bilmirəm” deməyə cəsarət etmirik."
O, həmçinin “müəyyən bir qrupa mənsub olmaq” hissinin həqiqəti gizlədə biləcəyini də sözlərinə əlavə edib. R.Yavuz bildirib ki, hər bir fərd rəqəmsal şəbəkələrdə hərəkət edərkən intellektual təkəbbüründən əl çəkərək təvazökarlıqla hərəkət etməlidir. O, sosial media istifadəçilərinə və rəqəmsal savadlı şəxslərə qarşılaşdıqları xəbərlərə və digər məzmunlara "Bəli, həqiqəti bilməyə bilərəm, lakin bunu bir daha araşdırmalıyam" düşüncəsi ilə yanaşmağı tövsiyə edib.