Tanınmış alman bloger Moe.Ha Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bavariya əyalətindəki yerli nümayəndəliyinin küçədə quraşdırdığı əşya ianəsi qutusuna istifadə edilmiş idman ayaqqabılarını daxil edir. (mənbə)
Onun məqsədi BQXK və bunun kimi təşkilatlara edilən yardımların “aqibəti”ni yoxlamaq olur. Beləliklə, o, köhnə ayaqqabılarının içinə GPS izləmə cihazı olan “AirTag”-ı yerləşdirir və proqram vasitəsilə onları izləməyə başlayır.
Məlum olur ki, ayaqqabılar Almaniya-Avstriya-Sloveniya-Xorvatiya-Bosniya və Herseqovina marşrutu ilə 800 km-lik yol “qət edirlər”.
Ayaqqabılarının sonuncu dayanacaq nöqtəsindən “tərpənmədiyi”ni görən bloger Bosniyanın Cazin şəhərinə yollanır və ayaqqabılarını “Second hand” kimi tanınan “ikinci əl” mağazada aşkarlayır.
Bloger mağaza işçiləri ilə söhbətində ayaqqabının buraya necə gəlməsi ilə maraqlanır və məlum olur ki, satılan mallar Almaniyada yaşayan bosniyalı müdirləri tərəfindən göndərilir. Ayaqqabılarının ianə olub-olmadığı ilə bağlı suala isə cavab “xeyr” olur.
Yekunda bloger Beynəlxalq Qırmızı Xaç Komitəsinə ianə etdiyi ayaqqabılarını Bosniyada endirimlə 10 avroya alır.
Bloger izləyicilərinə BQXK-nin bu hərəkətinə qiymət verməyi üçün müraciət edir. Az keçmir ki, BQXK yayılan araşdırma və korrupsiya videosu ilə bağlı cavab hazırlayaraq özünü təmizə çıxarmağa çalışır.
Bu video-araşdırma, BQXK-nin işbazlarla əlaqəyə girərək ianə kimi təqdim olunan əşyaların yekunda satışa çıxarıldığını və bununla da bu təşkilatın “xeyriyyə fəaliyyəti”ndən böyük miqdarda vəsait əldə etdiyini göstərən faktlardan biridir. Bu hal, təşkilatın özünü rüsvay etdiyi artıq neçənci hadisədir ki təkrarlanır.
Blogerin videosuna bu linkdə baxa bilərsiniz.