“Abzas media” isə Olimpiya qaliblərinin mükafatlandırılmasını beynəlxalq fənn olimpiadalarında yüksək yer tutan məktəblilərlə müqayisə edib və əsaslandırmağa çalışıb ki, hökumət təhsildə uğur qazananlara maddi motivasiya vermir, ancaq idmançılara pul xərcləyir. Sitat: “1992-ci ildən ötən ilə qədər Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 519 medal qazanıblar, amma dövlətdən pul mükafatı almayıblar. Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar isə dövlət tərəfindən yüksək şəkildə mükafatlandırılır”.
Faktyoxla Lab. bu iddianı araşdırıb.
Dövlətin təhsilə olan münasibəti ən strateji maliyyə xərcləri sırasında yer tutur və hərbi xərclər, azad edilmiş ərazilərin yenidən qurulması xərclərindən sonra büdcədən ən çox maliyyə yönəldilən sahə təhsildir. Təhsilə il ərzində 4,5 milyard manatdan çox vəsait ayrılır ki, həmin vəsaitin əhəmiyyətli hissəsi şagirdlərin yeni təlim metodları və motivasiyalar, sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və bu məqsədlə onların yarış və müsabiqələrdə iştirakı üçün nəzərdə tutulub. Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər bölməsindən bu sahəyə ayrılan vəsaitlərin həcmi isə 30 milyon manatdan çoxdur. istinad
Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Həmin qrupa, olimpiadalarda qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər və beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər daxildir. istinad
Göründüyü kimi dövlət fənn olimpiadasında medal qazananlara İdman Olimpiadasında medal qazananlardan qat-qat daha çox pul xərcləyir. 4 ildə bir dəfə keçirilən Olimpiadada medal qazanan idmançılar üçün ayrılmış 2 milyon 250 min manat vəsaitin bir ilə düşən xərc yükü 562 min manata bərabərdirsə, büdcədən fənn olimpiadaları üzrə illik xərcin məbləği 50 dəfədən də çoxdur.
Yeri gəlmişkən, il ərzində təkcə Olimpiya İdman Liseyində və məktəbdənkənar təhsil müəssisələrində idmançıların hazırlanması üçün Gənclər və İdman Nazirliyinə 7,3 milyon manat vəsait ayrılır ki, bu da Olimpiya idmançılarına ödənilən məbləğdən bir neçə dəfə çoxdur. mənbə
Bundan başqa, fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilirlər ki, bu da dövlətin bu sahəyə xüsusi diqqətinin nümunəsidir. mənbə
Beləliklə,
- “Abzas media”nın Paris Olimiadasının qaliblərinə rəğmən, beynəlxalq fənn olimpiadalarında medal qazanmış şəxslərə dövlətin heç bir qayğı və dəstək göstərməməsi barədə müqayisəsi qərəzdir və dövlətin idman siyasətinə kölgə salmaq cəhdidir;
- Azərbaycan hökumətinin Olimpiadada medal qazanmış idmançılara ayırdığı pul mükafatı dövlətin sosial münasibətinin göstəricisidir. Həmin idmançılar üçün müəyyən edilmiş mükafat fondunun məbləği digər ölkələrdə müqayisədə azdır;
- Olimpiada qaliblərinə verilən mükafatın məbləği digər sahələrə, o cümlədən qazilərin, təhsil üzrə fənn olimpiadalarında yaxşı nəticə göstərmiş şəxslərin illlik xərclərinin az bir hissəsini təşkil edir;
- Beynəlxalq və respublika fənn olimpiadalarında qalib gələn şəxslərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı qaydaların 2019-cu ildə ləğv edilməsi barədə iddia isə yalandır.