Sosial mediada bir qrup erməninin London şəhərində “Qarabağı xilas edin” adlı aksiya keçirmələri haqqında məlumat yayılıb. Əllərində “Azərbaycan nasist ölkədir” “Qarabağ ermənilərinin soyqırımını durdurun” və s. plakatlar tutan aksiya iştirakçıları şüarlar səsləndirib, etirazlarını çatdırıblar.
Aksiyada qaldırlan plakatlarda görüntülənən fotoların bir çoxu diqqət çəkib.
Faktyoxla Lab. London aksiyasında nümayiş etdirilən fotoları araşdırıb.
Aksiyada təqdim olunan bu plakatda əks olunan fotoları “geriyə axtarış” metodu ilə axtarışa verdikdə bəlli olur ki, fotoların 3-ü 1988-ci ildə Spitak zəlzələsində fotoqraf Peter Turnley tərəfindən çəkilib.
Fotoqraf Peter Turnleyin başı sarğılı qızla fotosu deyilənləri təsdiqləyir.
Məsələ bundadır ki, 1988-ci ilə aid fotoları 2023-cü ildə baş vermiş hadisə kimi tək sıravi aksiya iştirakçıları deyil, tanınmış ermənilər də təqdim edirlər.
Misal üçün, ABŞ-da yaşayan tanınmış bloger Vic Gerami
Ermənistanın Argentina, Peru və Çilidə səfiri Hovanes Virabyan
Qarabağda həyata keçirilən 23 saatlıq antiterror tədbirlərində uşaqların zərər gördüklərinə dair fakt tapa bilmədiklərindən belə saxtakarlığa əl atdıqlarını təsdiqləyirlər.
Ermənistan mediası da saxta xəbər istehsalında ideya yoldaşlarından geri qalmır. Misal üçün, Panorama.am saytı 20 sentyabrda dərc etdiyi “Arsaxda yaralanan uşaqlar” məqaləsində Spitak zəlzələsində zərər çəkən uşaqların fotosunu paylaşaraq çəkinmədən “Ara Yeqiazaryan Azərbaycanın hərbi əməliyyatları nəticəsində xəsarət alan Artsaxdan olan uşaqların fotolarını dərc edib. Son rəsmi məlumata görə, 35 mülki şəxs yaralanıb: 13 uşaq, 15 qadın və 7 kişi. Mülki itkilərin sayı 7 nəfərdir, o cümlədən: 3 qadın, 2 uşaq və 2 kişi” yazıb.
Aksiyada nümayiş edilən digər plakatda əks olunan fotoda da saxtakarlıq aşkar olundu. Belə ki, 1915-ci illə 2023-cü ili müqayisə etməyə çalışan müəlliflər ermənilərə aidiyyatı olmayan fotonu “erməni soyqırımı” fotosu kimi təqdim ediblər. Erməni aksiya iştirakçılarının saxta “soyqırım” fotosu kimi təqdim etdikləri foto Ponti yunanlarına məxsusdur və 1916-cı ilə çəkildiyi ehtimal edilir. Bu barədə əksər yunan mənbələrdə qeydlər var.
Digər 2 foto Ermənistandakı saxta "soyqırım muzeyində” nümayiş etdirilsə də 1915 hadisələrinə aid olması hələ təsdiqini tapmayıb. Fotolardan biri 1916-cı ildə tüğyan edən yatalaq müalicəsi üçün Trabzonda salınmış xəstəxananın qarşısında çəkildiyi, digərinin isə Suriyada xəstəlikdən dünyasını dəyişmiş assur qızın fotosu olduğu ehtimal edilir.
Nəticə:
- London aksiyasında nümayiş olunan, habelə tanınmış erməni təbliğatçıların paylaşımlarında 19-20 sentyabr antiterror tədbirləri zamanı xəsarət alan erməni uşaqların fotosu kimi təqdim olunan fotolar 1988-ci ildə Spitak zəlzələsi zamanı çəkilən fotolardır.
- 1988-ci ilə aid fotolar paylaşan erməni təbliğatçılar bir daha təsdiqləyirlər ki, 19-20 sentyabr antiterror tədbirləri zamanı bir nəfər də olsun uşaq xəsarət almayıb, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hədəfi silahlı şəxslər, qanunsuz hərbi birləşmələr və terror qruplaşmaları olub.