Polşanın "Şərq Araşdırmaları Mərkəzi"nin direktoru Wojciech Konończuk belə bir tvit paylaşıb: “Türkiyəli tarixçi Taner Akçam yazır ki, Azərbaycan əsgərləri qollarına Ənvər Paşanın (Türkiyədə 1915-ci il erməni soyqırımının təşkilatçısı) fotosu olan və "Qaçmayın, ermənilər, sonunda yorulub öləcəksiniz" sözləri yazılmış şevron vururlar: 100k erməni artıq Azərbaycanlı qüvvələrdən qorxaraq Qarabağdan qaçırlar”. 

Erməni diasporunun ən tanınmış saytlarından biri news.am da Taner Akçama istinad edərək bu haqda məqalə dərc edib: “Azərbaycan əsgərlərinin şevronlarında belə yazılır: "Qaçma, erməni, sonda yorulub öləcəksən".

Hamline Universitetində “Qlobal araşdırmalar” mərkəzində məruzəçi kimi çıxış edən erməni alim, professor Artyom Tonoyan ötən il qeyd edilən fotonu paylaşaraq “Azərbaycan yenidən Dağlıq Qarabağdakı erməni mövqelərinə hücum etdiyi müddətdə Azərbaycan sosial mediasında hərbi uniformanın şevronunda məşhur Osmanlı genosidçisi Enver Paşanın "Erməni, qaçma, sonunda yorulub öləcəksən" sözləri yazmışdı. 

Hazırda sosial mediada ermənilər tərəfindən Azərbaycan hərbçilərinin üst geyim formasında qeyd edilən şevronun mövcudluğu haqda davamlı məlumatlar yayılır. 

Faktyoxla Lab. paylaşılan şevronun Azərbaycan hərbçilərinin uniformalarında olub-olmadığını aydınlaşdırıb.  

"Geri axtarış" metodu ilə fotonu axtarışa verdikdə aşağdakı faktları aşkar etdik:

1. Qeyd edilən foto “Azerbaijan Airsoft” simulyasiya oyununun düşərgələrindən birində çəkilib.

Sol tərəfdə dayanan hərbi geyimli şəxsin qolundakı şevronda “Azerbaijan Airsoft Sport Club” loqosu görünür. Üzü gizlədilən hərbçinin başında məşhur “Ulduz müharibələri” (Star war) simulyasiya oyununun dəbilqəsi (kaska) var. Azərbaycan hərbçilərinin səhra geyimində belə dəbilqə ümumiyyətlə yoxdur

2. Hərbçinin əynindəki səhra geyimində “MultiCam” ifadəsinə rast gəlirik. "MulticAM@"- Amerikanın “Crye Precision” şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış və istehsal edilmiş müxtəlif mühit və şəraitdə istifadə üçün nəzərdə tutulmuş kamuflyaj nümunəsidir.

Bu formadan dünyanın əksər ölkələrinin Silahlı Qüvvlərində istifadə olunur. Bu haqda məlumat yayan saytların təqdim etdikləri siyahıda Azərbaycan adına rast gəlinmir. 

3. Foto və video Bakıda keçmiş zavodlardan birinin ərazisində çəkilib. (İşarələnmiş bina İqtisadiyyat Nazirliyinin binasıdır-red.)

Sonda bu məlumatı ilk yayan və ermənilərin həvəslə istinad etdikləri Taner Akçam haqqında:

Taner Akçam 1953 - cü ildə Türkiyənin Ardahan vilayətində anadan olub. 1976 - cı ilin mart ayında bas redaktoru olduğu “İnqilabçı Gənçlik” dərgisindəki yazılarına görə həbs olunub. 1977 ci ildə Ankara Mərkəzi Həbsxanasından qaçaraq Almaniyadan siyasi sığınacaq alıb. 

ABŞ-ın məşhur Kaliforniya Universitetində (UCLA) “erməni soyqırımı” araşdırma mərkəzinin rəhbəridir. UCLA -dakı “ermeni institutu” qondarma soyqırımı iddialarını dünyaya tirajlayan mərkəzdir. Taner Akçam da elmi fəaliyyətinin demək olar ki, hamısını qondarma soyqırımı mövzusuna həsr edib.

Nəticə:

-Taner Akçamın və digər erməni istifadəçilərin paylaşdığı şevron Azərbaycan hərbçilərinin nə səhra, nə də rəsmi geyim formaları komplektinə daxil deyil, məlumat saxtadır və dezinformasiya xarakterlidir

-Bu foto “airsoft” simulyasiya oyunun iştirakçılarından birinin şevronundan çəkilib. 

-