Bir çox saytlar, teleqram kanalları deputat Qənirə Paşayevanın vəfat etməsi barədə xəbərlər yayırlar.

Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını dəqiqləşdirib.

Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, Qənirə Paşayevanın müalicəsi davam edir.

"Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb", - deyə o qeyd edib.

Xatırladaq ki, dərmandan komaya düşdüyü bildirilən deputat Qənirə Paşayevanın müalicəsi reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı şəkildə davam etdirilir.

Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev APA-ya verdiyi açıqlamada bildirib.

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir” - həkim əlavə edib.

Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Lent.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Nəticə: Deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı xəbərlər yalandır, hazırda müalicəsi ciddi həkim nəzarəti altında davam edir.