Bir çox erməni teleqram kanalları 20 sentyabr razılaşmasının Azərbaycan ordusu tərəfindən pozulması və Xankəndi yaxınlığında odlu silahlardan atəş açılması, şəhər istiqamətində irəliləməsi haqda məlumat yayırlar.
Faktyoxla Lab. bu xəbərə aydınlıq gətirib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu məlumatla bağlı açıqlama yayıb: "Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".
Müdafiə Nazirliyindən məlumatında "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə vurğulanıb.
Beləliklə, erməni teleqram kanallarının Xankəndi yaxınlığında odlu silahlardan atəş açılması, şəhər istiqamətində irəliləməsi haqda məlumat yalandır və dezinformasiya məqsədi daşıyır.