Erməni telegram kanalları Laçın SKM-dən keçən sıravilərin saxlanılacağı və həbs olunacağı haqda məlumat yayıblar.
Faktyoxla Lab. bu məlumatı dəqiqləşdirib.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün saat 14-25-də yaydığı məlumatda deyilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
“Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq”- deyə qeyd edilən Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, “əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.
Beləliklə, erməni KİV-in Laçın SKM-dən keçən sıravilərin saxlanılacağı və həbs olunacağı haqda xəbəri yalan və dezinformasiyadır