Bagramyan26 erməni teleqram kanalı Xankəndiyə çoxlu uşaq yaralılar gətirilməsi haqda məlumat yayıb.
Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını dəqiqləşdirib.
Əvvəla, Azərbaycan Müdafiə Nazirliyi bu tip informasiyaları təkzib edib və bildirib ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
İkincisi, erməni teleqram kanalı Armenian_Life Azadlıq radiosunun erməni bölməsinə istinadən belə bir səs yazısı paylaşıb.
Bu səs yazısında erməni qadın “Mən danışa bilmirəm, uşaq bağçasının zirzəmisindəyəm” deyir və jurnalistin “uşaqlar təhlükəsiz yerdədilər?” sualına isə “hə, hə, uşqlar təhlükəsiz yerdədilər” cavabı verir.
Beləliklə, Bagramyan26 və digər erməni KİV-lərinin Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yaydıqları məlumatlar tamamilə yalandır, dezinformasiya xarakterlidir.