Ermənistan Baş Naziri Nikol Paşinyan “Euronews” telekanalına verdiyi müsahibədə Qarabağda “humanitar böhrandan”, “blokadadan”, yerli sakinlərin təbii qaz və elektrik enerjisi təminatında çətinliklərdən, sərhəddə dayanan “400 tonluq humanitar yardım” karvanından danışıb.

Faktyoxla Lab.  Ermənistan Baş Nazirinin bu iddialarına aydınlıq gətirib.

Öncə, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonuna icazəsiz göndərmək istədiyi “400 tonluq humanitar yardım”la  bağlı bir detal haqqında. Paşinyan “Euronews” kanalına müsahibəsində bildirib ki, “dünən Ermənistan hökuməti bu Qarabağa yardım göndərilməsi barədə qərar qəbul edib. Bu gün isə 400 ton humanitar yardım Dağlıq Qarabağa göndərilir. Baxaq görək bu yardım Qarabağa çatacaq, ya yox? Yəni, Üçtərəfli Bəyanata və Beynəlxalq Məhkəmənin qərarına əsasən, humanitar yardım öz məkanına çatmalıdır. İndi isə bunun baş verib-vermədiyini görəcəyik”

Məsələ bundadır ki, N.Paşinyan Nazirlər kabinetinin 27 iyul tarixli (“Euronews” telekanalına müsahibə verdiyi gün-red.) iclasında bildirib ki, Errmənistan hökuməti Qarabağa 361 ton humanitar yardım göndərib, lakin Azərbaycan bu yükləri Qarabağ ərazisinə buraxmır.

Göründüyü kimi, Paşinyan Qarabağ göndərdikləri qanunsuz yükün çəkisi haqda 2 fərqli rəqəm (“400 ton” və “361 ton”) səsləndirir. Bu qeyri-ciddilikdən çox, yalan informasiyanın müxtəlifm şəraitlərdə fərqli mənada səsləndirilməsidir. Əgər erməni tərəfinin başladığı bu piar-kampaniya real olsaydı, hər halda göndərilən yükün çəkisi haqda Baş Nazir "kabinetin" iclasında bir, tanınmış telekanala müsahibədə digər rəqəmi açıqlamazdı. Ola bilsin ki, Qarabağda yaşayan ermənilərin sayını günü gündən artmasının (əvvəl, 90, sonra 120, indi isə 150 min deyirlər) Qarabağa göndərilən humanitar yardımın həcminin artması ilə mistik əlaqəsi var.

2. Paşinyanın müsahibə boyu səsləndirdiyi iddialar arasında “Qarabağa təbii qaz, elektrik və istilik (?-red.) enerjisi Azərbaycan tərəfindən kəsilib” fikri də diqqət çəkib.

Bunlara da aydınlıq gətirək. Son 7 ay ərzində Azərbaycan mediası, müstəqil teleqram və youtube kanalları Qarabağda elektrik enerjisinin kəsilməsi haqda erməni tərəfinin yaydığı saxta məlumatları dəfələrlə ifşa ediblər. Sadəcə xatırlamaq üçün, bir neçə faktı sadalaya bilərik.

Misal üçün, Xankəndidə yaşayan erməni bloger Marut Vanyan şəhər əhalisinin necə “blokada” şəraitində, zülmət qaranlıqda  əziyyət çəkdiklərini göstərmək üçün bu fotonu paylaşmışdı.

Şam işığına toplaşan bu şəxslərin qurama ssenarisini arxa fondakı gur yanan işıq dirəkləri və lampaları ifşa etmişdi.

Bundan başqa, Xankəndidə konsert verən müəllimlərinə fənərlə işıq salmaqla yardımçı olan şagirdlərin fotosu da eyni aqibəti yaşadı. Qaranlıq zalda müəllimlərinə yardımçı olan uşaqları göstərmək üçün nədənsə səhnəyə gur işıq projetorları salınmışdı.

Qarabağda elektrik ernejisinin olmaması haqda digər saxta məlumatları isə Xankəndidə keçirilən təmtəraqlı toy şənlikləri, ad günü tədbirləri, müxtəlif partilər və şəhər sakinlərinin gündəlik həyatlarını əks etdirən foto və video paylaşımlar ifşa edir. Belə ifşa faktlarının sayı isə minlərlədir.

3. Paşinyanın Qarabağa təbii qazın ötürülməsinə Azərbaycanın mane olması haqda iddiasına da aydınlıq gətirək. 

Araşdırma nəticəsində bəlli olub ki, Rusiya “sülhməramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb. Ona görə də bölgədə qaz nəqlində yaranmış fasilənin Azərbaycana aidiyyatının olmadığını birmənalı olaraq bildirmək mümkündür.

Xankəndinə qaz təchizatı Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan bir neçə il əvvələ kimi, daha dəqiq desək, 1990-cı ilə qədər Azərbaycanın vahid qaz şəbəkəsinin tərkibində olmaqla həyata keçirilib. İşğal illərində isə Ermənistan Silahlı Qüvvələri, terror birləşmələri Qarabağda bütün zəruri infrastrukturları, o cümlədən də qaz təsərrüfatını tamamilə darmadağın ediblər. “Ağdam-Xankəndi” qaz xəttinin sıradan çıxması nəticəsində qazsız qalmış bölgənin yanacaq təminatını üzərinə götürən Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” mövcud qaz sistemi şəbəkəsini Gorus-Laçın-Xankəndi xəttinə birləşdirməklə Xankəndinə yeni qaz xətti çəkib.

“Qazprom Ermənistan” Xankəndinə qazı, vaxtilə Azərbaycanın çəkdiyi Bakı-Yevlax-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan qaz kəmərinin hazırda istismarda olan Gorus-Laçın-Xankəndi xətti ilə ötürür. Həmin kəmər isə Laçın dəhlizinə paralel olsa da, Rusiya “sülhməramlı”larının məsuliyyət zonasından keçir və kəmərə Azərbaycanın qaz təsərrüfatı orqanının fiziki olaraq müdaxilə etmək imkanları məhduddur. istinad  

Göründüyü kimi Bakı-Yevlax-Ağdam-Xankəndi qaz marşrutu ermənilər tərəfindən qəsdən sıradan çıxarıldığından Xankəndinə qaz nəqli Xankəndi-Laçın-Gorus xətti ilə ötürülür ki, qazın ötürülməsi və dayandırılması “Qazprom Ermənistan”ın əlindədir. Bu ərazilər ümumilikdə, Rusiya “sülhməramlı”ların məsuliyyət zonasına aid olduğundan Azərbaycan qaz idarəsi işçilərinin fiziki müdaxiləsi mümkün deyil və qazın verilişində müxtəlif vaxtlarda yaranan fasilələrin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Buna görə də, Ermənistan müxtəlif təxribatlar törətməklə Azərbaycanın Xankəndinin qaz təminatını üzərinə götürmək və yeni qaz təchizatı sistemi qurmaq planlarını məqsədli şəkildə gözdən salmağa cəhd göstərir.

Rusiyadan Ermənistana qaz nəqlində son aylarda baş verən qırılmaların xronolgiyasına baxanda görürük ki,  Rusiyadan Ermənistana qaz nəqli müxtəlif səbəblərdən 22 dekabr 2022, 18 fevral 2023, 01 may 2023, 09 iyul 2023 tarixləri olmaqla 4 dəfə kəsilib. Bununla bəlli olur ki, Ermənistandan Qarabağa ötürülən qaz nəqlində problemlərin yaranması birbaşa “Qazprom-Armenia”-nın günahıdır.

3. Nəhayət, Paşinyan iddia edir ki, hazırda kənd təsərrüfatı məhsullarını sahələrdən yığmaq üçün traktorlar çalışmırlar, taxılı yığmaq texnika yoxdur, çünki yanacaq tapılmır. 

Paşinyanın bu iddiasına erməni mediasında aşkar etdiyimiz bir replika ilə aydın gətirmək istəyirik. Erməni telegram kanallarından birində Qarabağdakı terrorçu rejimin rəhbərliyini müraciət olunub: 

“Kəndlərdən Xankəndinə tərəvəz çatdırmaq üçün hamınız deyirsiniz ki, yanacaq yoxdur, amma dinc avtobus mitinqinə yanacaq var??? Əgər təşəbbüskar deyilsinizsə, deməli, heç olmasa avtobus və yanacaq təmin edirsiniz. Yeri gəlmişkən, 20 avtobusun 70 km yol qət etmək üçün nə qədər yanacaq sərf edəcəyini hesablaya bilərsən, sonra kəndlərdən tarlalardan neçə ton tərəvəz yığılıb daşınacağını, neçə gündə çörəyin ticarət məntəqələrinə çatdırıla biləcəyini hesablaya bilərsən. Hamilə qadınların xəstəxanaya getməsini təmin etmək üçün nəqliyyat neçə gün davam edəcək․․․

Nə baş verir???"

Bu fikirdə Azərbayan qarşı nifrəti ilə seçilən bir çox bloggerlər və jurnalistlər oxşar suallar ünvanlayıblar.

Bu linkdə isə Xankəndi şəhərində dayanmadan fəaliyyət göstərən avtobusları izlmək olar.

Son vaxtlarda Rusiya SMK-nın müşayiəti ilə Azərbaycan ərazisində silah-sursat, partlayıcı və digər hərbi məhsulların daşıyan ən azı 2-3 yük maşınının videosu yayılır. Erməni blogerin fikirlərini təkrarlamalı olsaq da sual etmək istərdik ki, qanunsuz yollarla silah-sursat daşınmasına, avtobus aksiyası keçirməsinə yanacaq tapan terrorçu rejim, yani taxıl yığımı üçün bir texnikanın yanacağını tapa bilmir?

Nəticə:

Nikol Paşinyanın “Euronews” telekanalına verdiyi müsahibədə:

-Qarabağa təbii qazın ötürülməsinə kəsilməsinə Azərbaycanın mane olması haqda iddiası yalandır. Təbii qazın ötürülməsinə “Qazprom-Armenia” cavabdehdir və qaz nəqlinin dayanması “Qazprom”-un xətlərində yaranan texniki nasazlıq və narazılıq yaratmaq üçün məqsədli qapadılma ilə bağlıdır.

-Qarabağda elektirk enerjisinin olmaması haqda iddiaya gəldikdə isə Xankəndidən keçirilən təmtəraqlı toy və ad günü şənlikləri, müxtəlif tədbirlərdən yayımlanan foto və videolar erməni təbliğatını tam ifşa edir.