Ermənistan Baş Naziri Nikol Paşinyan “Euronews” telekanalına verdiyi müsahibədə oğlu və yoldaşının 44 günlük müharibədə iştirak etdiyini bildirib.

Faktyoxla Lab. bu iddia bir daha aydınlıq gətirib.  

Paşinyanın “mənim oğlum və yoldaşım müharibədə olub” etirafı son 30 ildə, xüsusən də 44 günlük müharibə zamanı, Ermənistan rəhbərliyinin “Qarabağda yalnız qondarma qurumun özünümüdafiə qüvvələri döyüşür” iddiasını heçə endirməklə yanaşı, bu istiqamətdə illərlə apardıqları təbliğatı ifşa edir. Ermənistanın rəsmi siyasətinə cavabdeh olan hökumət başçısının ailə üzvlərinin ərazisini işğal etdiyi, qonşu müstəqil dövlətə və xalqına qarşı hərbi cinayətdə iştirakını təsdiqləməsidir.  

Digər tərəfdən, Paşinyan doğru məlumat vermir.

Belə ki, 2021-ci ilin sentyabr ayında Ermənistan parlamentinin üzvü Hayk Sarqsyanın “Baş nazirin oğlu Aşot Paşinyan 44 günlük müharibədə ən qızğın döyüşlərdə iştirak edib” fikrini səsləndirərək müxalifətin kəskin tənqidi ilə üzləşmişdi. Müxalifət təmsilçiləri bildirirlər ki, Paşinyanın oğlu müharibədə iştirak etməyib.

44 günlük müharibə dövründə Rusiyanın lenta.ru saytı 1 oktyabrda məlumat yaymışdı ki, Paşinyanın oğlu müharibədə iştirak etmək üçün Qarabağa gedib. Bu haqda «Sputnik Армения”-a Anna Akopyan özü məlumat verdiyi bildirilirdi. Sayt yazırdı: Anna Akopyan "Mən oğluma dedim ki, formanı geyin və get. Mən səni çox sevirəm, amma vətən üçün ölməkdən şərəfli heç nə yoxdur”

 

Bu açıqlamadan 6 gün sonra Anna Hakopyan facebook səhifəsində ailə fotosunu paylaşmış və fotonun 5 oktyabrda çəkildiyini qeyd etmişdir. Həmin fotoda isə Aşot Paşinyan da görüntülənir.

Beləliklə, bu foto Ermənistan mediasında ciddi narazılıq və etirazlarla qarşılanmışdı.

Nəticə:

- Paşinyanın “oğlum və yoldaşım müharibədə iştirak edib” deməsi Ermənistan rəhbərinin ailə üzvlərinin Azərbaycana qarşı hərbi cinayətlərdə iştirakının təsdiqidir.

- Digər tərəfdən bu Paşinyan tərəfindən söylənmiş nöbvəti yalandır. Onun digər ailə üzvü müharibənin ən qızğın vaxtında oğlunun evdə olarkən fotosunu paylaşıb və deyilənlərin yalan olduğunu təsdiqləyib.

- Paşinyanın bu sözləri yerli ictimaiyyət qarşısında xal qazanmaqla yanaşı, “Euronews” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi növbəti yalandır.