Son bir neçə ayda ermənilər tərəfindən 1890-cı ildə «Le Tour Du Monde» jurnalında fransız qravüraçı Şarl Barbanın “Qarabağlı erməni qadın” tablosunun dərc olunması haqda iddia irəli sürülür.

Faktyoxla Lab. bu faktı araşdırıb.  

At belində, qucağında at balası (dayça) aparan qadın tablosu aprel ayından bəri sosial mediaya sızdırılıb.

Tablo ilə bağlı ilk materialı 25 aprel 2023-cü il tarixində “Şarl Barbanın “”Artsaxlı erməni qadın” əsəri” məqaləsində Viqen Avetsiyan adlı erməni yazıb. O, məqalədə XIX sonlarında “Armenia”nın Rusiya İmperiyasının tərkibində olduğunu və Qarabağda (müəllif Artsax yazıb-red.) mühüm siyasi və sosial hadisələrin baş verdiyini qeyd edir. O, qəfil fransız rəssamın tablosuna keçid edərək vurğulayır ki, “rəsm əsəri” regionda modernləşmə və mədəni dəyişikliklər baş verməmişdən əvvəl Qarabağda erməni qadınlarının ənənəvi görünüşünü canlandırılıb.

Daha sonra müəllif tablonu XIX əsrin sonlarında Qarabağda erməni qadınlarının ənənəvi geyim və xarici görünüşünü və xarakterini işıqlandıran mühüm sənət əsəri kimi qiymətləndirir. Onun düşüncəsinə görə, rəsm əsəri S.Barbanın bədii istedadlarını nümayiş etdirməklə yanaşı, həm də erməni xalqının mədəni irsini sənədləşdirməyə xidmət edir.

Həmin məqalədə müəllif “armenians and armenia” səhifəsinə istinad etdiyini yazır.

Bu tablo haqda ətraflı məlumat almaq üçün həm google, həm yandex, həm də binq-də foto-axtarış versəkdə də erməni müəlliflərdən başqa heç bir yerdə məlumata rast gəlmədik. 

Bu təqdimatı əsas götürərək, fransız rəssamın məhz Qarabağda erməni qadınının rəsmini çəkməsinin səbəblərini araşdırmağı qərara aldıq. Əvvəlcə, Şarl Barbanın XIX əsrin sonlarındakı bütün əsərlərini axtardıq. Axtarış zamanı Avropada tanınmış rəssamların əsərlərinin alqı-satqısı ilə tanınan saytda fransız qravüraçının qeyd edilən tarix üçün 44 əsərini tapdıq. Rəssamın əsərləri arasında İndoneziya, Siam,

Portuqaliya, "kürdlər"

Suriya, Krım,

Tunis, Sibir "Anqara çayı",

“fars kişilər”, Çində "Yantszı çayı",

və digər ərazilər haqda çəkilmiş peysajlar var. Amma nəinki erməni, heç Qafqaz barədə bir əsərinə də rast gəlinmir.

Həmin saytda “erməni qadın” ifadəsini axtarışa verdikdə də heç bir nəticə əldə olunmur.

Sonuncu axtarış mənbəyi olaraq “Le Tour Du Monde” jurnalının 1890-cı ildə nəşr edilmiş saylarının arxivlərinə baxırıq.

Məlum olur ki, 1890-cı ildə jurnalın 2 sayı nəşr olunub. 

Fransa Milli Kitabxanasının saytında hər iki buraxılışın onlayn arxivini tapmaq mümkündür.

01 yanvar 1890 tarixli 1-ci buraxılışı 424 səhifədir və burada ermənilər, “Armenia” və Qarabağ haqda heç bir məlumat yoxdur.  Eyni mənzərə ilə 01 iyul 1890-cı il tarixində nəşr olunmuş, ilin 2 -ci buraxılışında da rastlaşırıq. 

Tabloda diqqətçəkən digər şübhəli məqamlar:

- Tablonun aşağısında fransız rəssamın tablosunun adının ingilis dilində yazılması şübhə doğuran məqamdır. Barbanın digər tablolarında bunu görmürük, bütün tablo adları fransız dilində yazılıb.

 

Digər tərəfdən, tablonun ad hissəsində “Qarabağ” yazıldığı halda, erməni sosial şəbəkə istifadəçiləri, jurnalistlər qondarma ad əlavə edib, sanki Qarabağın o vaxtdan “Armenia”-ya aid olmasına işarə vurmaları diqqət çəkir.  

Nəticə:

-Fransız rəssam Şarl Barbanın “Qarabağlı erməni qadın” adlı əsəri yoxdur;

-Ermənilərin iddia etdiyi kimi “Le Tour Du Monde” jurnalının 1890-cı ildə nəşr edilmiş saylarında belə tablo dərc edilməyib;

-Erməni mənbələr növbəti dəfə uydurma tarix yaratmaq məqsədi ilə saxta məlumat yayıblar.