Son günlərdə youtube-da paylaşılan “Azerbaycan İktidar savaşı (Aliyev imparatorluğu)” adlı bir video qısa müddət ərzində 550 min dəfə izlənilib. Türkiyə - Azərbaycan münasibətlərinin belə yüksək səviyyədə olduğu bir dövrdə bir yutuberin bu tərz video hazırlaması olduqca şübhəli göründüyünə görə müəllif Yusuf Kayaalpı və onun hazırladığı digər videoları araşdırmaq qərarına gəldik.

Tarixlə bağlı videolar çəkən, daha doğrusu, videolarını “oversimplified” adlı xarici youtube kanalındaki videolara oxşatmağa çalışan Yusuf Kayaalp daha əvvəllər də ölkəmizlə bağlı qərəzli videolar paylaşıb. Bunlardan 13 mart 2019-cu il tarixində yayımlanmış "Azerbaycan`da Neler Oluyor? - Azerbaycan Tarihi - Hızlandırılmış Tarih" adlı video, "İki hükumet tek hedef” adlı video (28 may 2021), "Azerbaycan basitleştirilmiş tarih" adlı video (28 may 2020), “Azerbaycanı diktatör mü yönetiyor” adlı video (5 sentyabr 2020, 44 günlük Vətən müharibəsindən 20 gün öncə yayımlanıb) videolar hazırlayıb youtube-a yerləşdirmişdi.

Həmin videoların mahiyyətini izah etmək üçün bir misal çəkək. Paylaşdığı bir videoda müəllif, Azərbaycan (yaşıl rənglə) və Ermənistanın (sarı rənglə) xəritələrinin qrafikasını düzəldib.

Bu qrafikada Azərbaycanın Ermənistanın üstünə getməsi, ona hücum etdiyi neqativ formada təqdim olunur.

Yusuf Kayaalp Türkiyənin Siirt rayonundandır. Milliyyətcə kürd olduğunu deyir. Amma araşdırmalar bu məlumatın doğru olmadığını göstərir. Belə ki, Siirt şəhərinə bağlı olan Eruh rayonunun Erenkaya kəndindən olan yutuberin kəndinin qədim adını tapa bilmədik. Vaxtilə Türkiyədə yaşamış erməni araşdırmaçı Sevan Nişanyanın tərtib etdiyi xəritədə kəndin adının 1928 -ci il siyahıyaalınmasına əsasən “Seyx Şahvəli” olduğu qeyd edilib.

 

Burada bir məqamı qeyd etmək lazımdır ki, Siirtdə yutuber Yusuf Kayaalpın ailəsinin vaxtilə yaşadığı ərazidə hal-hazırda 30-a yaxın erməni kilsəsi və monastrı mövcuddur. Bundan başqa, XX əsrin əvvəllərində həmin ərazidə qızlar və oğlanlar üçün 2 ayrı erməni məktəbi fəaliyyət göstərib. Ermənilərin köçürülməsindən sonra bir çox erməni ailələri kürd ad-soyadı götürərək, həmin ərazilərdə yaşamağa davam etdiklərini, bəzilərinin isə sonradan böyük şəhərlərə köçdükləri məlumdur. mənbə

 

Yusuf Kayaalpın profili üzərindən apardığımız araşdırmalar zamanı bir məqam xüsusən diqqətimizi çəkdi. Bu şəxsin dostluğunda olan və onunla eyni soyadı daşıyan qohumları ya özləri haqqında heç bir məlumat vermir, ya da məmləkəti bölməsinə Siirtdən olduqlarını yazsalar da, profillərində Siirt haqqında nə bir şəkilə, nə də diqqətçəkən paylaşıma rast gəlmək olmur. Bu isə Türkiyədə son dövrlərə qədər kimliyini gizlədən ermənilərin özəlliyidir.

Yusuf Kayaalpın sosial media hesablarını, xüsusən də facebook hesabını, eləcə də Azərbaycanla bağlı hazırladığı videoları incələdiyimiz zaman illər əvvəl “Siirtnews” internet portalında yayımlanmış məqalədən bir sitatı xatırlamalı oluruq: "Regionda əslinin ərəb və ya kürd olduğunu düşünən və erməni olduğundan xəbərsiz bir şəkildə yaşayanların sayı həddindən artıq çoxdur. Siirtdə bir çox ərəbin və ya kürdün anasının, ya da nənəsinin erməni olduğunu vurğulaması da elə məhz buna görədir".( istinad)

Yusuf Kayaalpın sosial media hesablarını araşdırarkən facebook hesabında dostluğunda Aris Karafil adlı bir hesaba rast gəldik. Qısaca həmin profil haqqında məlumat verməli olsaq, qeyd etməliyik ki, Aris və Aras Karafil qardaşları İstanbuldakı erməni icması daxilində böyük təsir gücünə malik sosial media fenomenləridirlər.

Komediya janrında qısa videolar çəkməklə sosial mediada gündəm olan bu qardaşlardan xüsusən Aris Karafil Türkiyənin erməni kilsəsinin hazırladığı dini kitabları təsdiq edən redaksiya heyətinin üzvüdur. İndiyə kimi onun üzvü olduğu redaksiya heyətinin təsdiqi ilə xristianlığa aid ermənicə və türkcə bir sıra kitablar nəşr olunub. Həmin kitablardan "Dini nikah mərasimi", "Çoban Kığıdan səslənir", "Hovannes Sarkavak Bartabedin biblioqrafiyası", "Kilsələr arası həmrəyliyin təmin olunması"kimi kitabları xüsusi ilə qeyd etmək lazımdır.

Araşdırmalarımız zamanı diqqətimizi çəkən digər bir məqam isə Yusuf Kayalpın bir müddət HDP-dən Siirt millət vəkili seçilən, hazırda “Yeşil Sol” Partiyasından Ərzurum millət vəkili Meral Daniş Beştaş və həyat yoldaşı, əvvəllər məişət zorakılığı ilə məhkəmə prosseslərinə qatılan, sonradan HDP–li millət vəkillərinin vəkili olmuş Mesut Beştaş ilə olan qohumluq əlaqələri oldu. Qeyd edək ki, Mesut Beştaş özü də 2004-cü ildə “Sosialist Halk Partiyası”nın Siirtdən namizədi olub.

Yusuf Kayaalpın bu şəxslərlə qohumluq əlaqələri və Azərbaycanla bağlı çəkdiyi videoların mövzusundakı bağları ayırd etməyə çalışaq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, son videonun çəkilmə səbəblərindən biri də Azərbaycan xalqının Türkiyədə may ayında keçirilən seçkilər zamanı cənab Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi olub. Bu seçkilərdə müxalifətin tərəfində dayanan aktiv sosial media fenomenlərindən biri kimi məhz Yusuf Kayaalpın adı keçirdi.

Reytinq arxasınca qaçdığına görə tez-tez düşərgəsini dəyişən yutuber bir müddət “Zəfər” Partiyasının sədri Ümid Özdağı, daha sonra “Məmləkət” Partiyasının sədri Muharrem İncəni,

hətta Ekrem İmamoğlunu dəstəkləyib. Hər nə qədər Kamal Kılıçdaroğlunu tənqid etsə də, sonda CHP sevdalısı olduğunu bu tvitlə açıq bəlli edib. 

Amma bizə maraqlı gələn o oldu ki, Azərbaycan mövzusunda dəfələrlə bir-birinə bənzər videolar hazırlayan, köhnə videolardan sujetləri yeni hazırladığı videolarına əlavə edən, ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməkdən çəkinməyən Yusuf Kayaalp eyni çirkin kampaniyanı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı da həyata keçirir. Belə ki, ötən ilin yayında Kayaalp hakim “Ədalət və İnkişaf” Partiyasının quruluşu ilə bağlı öz aləmində yumoristik bir video çəkib və R.T. Ərdoğanı mərhum Necmettin Erbakanın rəqibi kimi təqdim edib. İkili arasında iyrənc dialoqların yer aldığı videoda Kayaalp Ərdoğana iftira atmaqdan belə çəkinməyib.( mənbə)

 

Daha sonrakı videolarında da yutuber ölkəsinin başçısına davamlı hücumlar edib və növbəti videoların birində istifadə etdiyi karikaturaya görə məhkəməyə verilib.

İndi isə keçək tarix ilə bağlı videolar çəkdiyini iddia edən, amma videoları başdan-ayağa əsassız məlumatlar, saxtalaşdırma və manipulasiyalarla dolu olan yutuber Yusuf Kayaalpın Azərbaycanla bağlı hazırladığı videolardakı iddialara. Görünən odur ki, Yusuf Kayaalp bircə dəfə də olsa Azərbaycanı görməyib. O, Okan Süvari adlı erməni yutuberin etdiyi kimi qaralama kampaniyası həyata keçirmək məqsədi ilə tarixi şəxsiyyətlərin adını öyrənib və bir-iki önəmli tarixi yadda saxlayaraq “Qacarlar yaxşı qaçırdılar” kimi yersiz və düşüncəsiz “zarafatlar” edən biridir. Azərbaycanla bağlı videoları izlədikcə anlaşılır ki, yutuberə hazır mətn verilir və o, yalnız mətni sürətlə üzündən oxuyur.

Sonuncu videoda saxta məlumatlardan bir neçəsini göstəririk.

1) Yusuf Kayaalp 2017-ci ildə Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatlarında Azərbaycanın ən korrupsioner ölkə kimi təqdim olunduğunu iddia edir. Məsələ bundadır ki, erməni sosial media izləyiciləri, erməni jurnalistlərin və anti-Azərbaycan şəbəkənin tez-tez toxunduğu bu mövzu özü saxtadır. Belə ki, “Transparency İnternational” (Beynəlxalq Şəffaflıq) təşkilatı 2017–ci ildə açıqladığı hesabatında Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycanı 180 ölkə arasında 122-ci yerdə qərarlaşdırıb.  Bunun da səbəbləri var. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycana qarşı qərəzi illərdir ki davam edir və Yusuf Kayaalpa bu mətni oxutduranlar bu faktı hər halda bilməmiş deyillər. Çünki, bu qərəzin kökü sözügedən təşkilatın Azərbaycana qarşı tam düşmən mövqe tutan Soros Fondu kimi bəzi xarici dairələrlə bağlı olmasındadır, hətta illər əvvəl bu qərəz elə bir həddə çatdı ki, Azərbaycan bu təşkilatın işindən imtina etməli oldu. Yəni, Azərbaycanın “ilin korrupsiya bataqlığında olan ölkə” seçilməsindən söhbət belə gedə bilməz.

2. Videoda qeyd olunur ki, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası qurulub. Bu faktı dilə gətirmək, youtuberin və ya mətni hazırlayanların Azərbaycanın yaxın tarixindən xəbərsiz olduqlarını bir daha təsdiqləyir. 1989-cu ildə AXCP deyil, Azərbaycan Xalq Cəbhəsi hərəkat kimi təsis edilib. AXCP isə indiki sədr Əli Kərimlinin parlamentə düşməsi üçün 1995-ci ildə hərəkatın adına "Partiya" (P) sözü əlavə edilməklə yaranıb. AXC olub, AXCP.

3. Bundan başqa, videonun 4-24 saniyəsində 1992-ci il seçkilərində Elçibəyin rəqibi olmuş Nizami Süleymanovun deyil, onun qardaşı, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədr müavini Əlirza Süleymanovun fotosunu veriblər.

4. Videoda daha böyük bir yanlışlıq- Elçibəy dönəmində neft kontraktlarının bağlanması və Türkiyənin məhz Elçibəyin təsiri ilə böyük pay alması qeyd olunur. Amma "Əsrin müqaviləsi" 1994-cü ilin 20 sentyabrında bağlanıb və Türkiyənin "Türk petrolları şirkəti"nin payı 1,75 faiz olub.

5. Yutuberin bu bədnam videosunda xüsusi diqqət yetirilməli məqam isə Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi haqda yalnız bir məqamda 2-3 cümlə ilə qeyd etməsi, "Xocalı soyqırımı" ifadəsini nədənsə "youtube kurallarına zidd olduğu üçün" işlətmədiyidir.

Onu da qeyd etməliyik ki, bu videonu Yusuf Kayaalpa hazırlatdıran qüvvələr Azərbaycan Prezidentinin Türkiyə ictimai fikrində fərqli obrazını formalaşdırmaq, Türkiyə - Azərbaycan müttəfiqliyinə kölgə salmaq niyyətini güdürlər. Sonda Yusuf Kayaalpın bir tvitinə nəzər salsaq, yəqin ki, hər şey tam mənası ilə ortaya çıxmış olacaq: “Niyə hər siyasətçi sıxışan kimi FETÖ və PKK deyə ulayır?”

Nəticə:

- Azərbaycan haqda saxta faktlarla doldurulmuş bədnam videonun müəllifi Yusuf Kayaalp Siirt ermənisidir.

- Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə təbliğat aparması ilə yadda qalıb.

- O, pul qarşılığında tez-tez cəbhə dəyişməsi ilə tanınır, amma PKK və HDP simpatizianlığı, CHP tərəfdarı olması dəyişməz olaraq qalmaqdadır.