“Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahidov bildirib ki, YAŞAT Fondunun pulu qutarır. Sitat: “Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında deputatları əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürməyə çağırıb. Ümumiyyətlə, 2020- ci ilin sonundan başlayaraq YAŞAT fonduna təxminən 100 milyon manat gəlib və gedib”.

Faktyoxla Lab. bu iddiaya aydınlıq gətirməyə çalışıb.

YAŞAT fonduna son 2 ildə 100 milyon manat daxil olması və hara xərclənməsinə, xərclərə nəzarət olunması məsələsinə aydınlıq gətirək.  

Birincisi, Fonda son 2 ildə 100 milyon manat deyil, 2022-ci ilin dekabr ayına qədər 75 milyon 846 318.85 AZN vəsait daxil olub. Həmin vəsaitin 71 milyon 612 351.53 AZN məbləğində hissəsi xərclənib, qalıq vəsait isə 4 milyon 233 967.32 AZN təşkil edir.

Həmin vəsaitlərin xərc təsnifatı aşağıdakı kimidir:
• Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə -  41, 042 milyon manat.
• Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə - 1, 347 milyon manat.
• İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6, 772 milyon manat.
• Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 22, 449 milyon manat.
istinad
Ötən 2 ildə “YAŞAT” Fondu tərəfindən 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Həmin şəxslərdən 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı artıq ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22.449. 998.04 xərclənib. istinad

İkincisi, Fondun vəsaitlərinin idarə olunmasına Himayəçilik Şurası nəzarət edir. Şurada cəmiyyətin ən adlı-sanlı adamları təmsil olunur. Fondun vəsaitinin sərəncamçısı “ASAN xidmət”dir. Ödənişlərin hər qəpiyinin uçotu, hesabatı portalda əks etdirilir. Xərclərin hesabatlılığını təmin etmək, əlçatanlığı, operativliyi, ədalətliliyi qorumaq məqsədilə e -ünvan hər kəsin üzünə açıqdır. “yashat.gov.az” saytında hesabatlar bölməsi fəaliyyət göstərir və bu bölməyə daxil olmaqla indiyə qədər kimə, hara, nə qədər pul xərclənibsə hesabatı da əks olunub. Xərclərin təyinatı vıə təsnifatı barədə də müvafiq bölmələrdən tanış olmaq mümkündür. Ona görə də, heç kim burada hansısa pozuntudan danışa bilməz. mənbə



Üçüncüsü,
Fondun vəsaitlərinin azalmasına gəlincə, YAŞAT Fondunun vəsaitlərinin azalması normaldır, icbari sosial ödəmə fondu deyil ki, konkret büdcəsi, yığım plan-proqnozu olsun. Bu Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis edilib və könüllülük prinsipi əsasında fəaliyyət göstərir. İnsanlar bura təmənnasız ianə edirlər. Toplanan vəsaitlər isə məcburi sosial ödəmə mənbəyi yox, insanların xeyirxahlığının bir formasıdır, könüllülük və həmrəylik əsasında Fonda pul toplanır. Heç kimin qarşısında konkret şərt və tələb qoyulmayıb ki, Fonda il ərzində iks qədər pul toplanmalıdır. Ona görə də, Fonda 10 milyon da toplana bilər, 100 milyon da, hansısa bir dövrdə 100 min manat da. Həmin vəsaitlər isə bank yığımları, depozitləri, yaxud valyuta ehtiyatları deyil ki, sabit qalsın, məbləği artsın. Bu pullar hər ay neçə-neçə şəhid ailəsinin, Qarabağ qazisinin ehtiyaclarına, sosial rifahın yaxşılaşmasına, sağlamlığını itirmiş yüzlərlə əlilin müalicəsinə, reabilitasiyasına xərclənir. Bu baxımdan vəsaitlərin məbləğinin azalması tam normaldır.

Qeyd edək ki, Milli Məclisin komitə sədri Qənirə Paşayeva Milli Məclisin aprelin 12-də keçirilən iclasında parlament üzvlərinin əməkhaqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib. Sitat: “Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fonda dəstək versinlər”.

Q.Paşayeva bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstəyi artırmaq məqsədilə səsləndirib. Bu təşəbbüs sırf humanizm və xeyirxahlığının bir nümunəsi məqsədilə irəli sürülən təklifdir. Müqəddəs Ramazan bayramı ərəfəsində şəhid ailələrinə, bu sosial kateqoriyaya həssaslığın, insanlıq borcunun təzahürü, mənəviyyat aksiyasıdır. Bu təşəbbüsünün irəli sürülməsi YAŞAT Fondunun hansısa maddi problem yaşaması, vəsaitlərin məbləğinin azalmasını ehtiva etmir, nə də ki, “Fondun büdcəsi boşalır” kimi həyəcan təbili çalacaq hansısa bir situasiya yoxdur.

Sonda sual edirik: Q.Zahid müharibədə sağlamlığını və həyataını itirmiş soydaşlarımızın qeyd edilən sosial problemlərinin həlli üçün yaradılmış YAŞAT Fonduna nə qədər yardım edib? Bu ki hakmiyyət-müxalifət məsələsi deyil. Bu məsələ ki hansısa seçki kampaniyası, siyasilərdən kiminsə siyasi PR-ı üçün təşkil olunmayıb. Niyə indiyə qədər Q. Zahidov bir dəfə də olsun soydaşlarının sağlamlığının qayğısına qalan bu fonda ianə toplanması, yardım edilməsi haqda çağırış etməyib?