ADR sədri Q.İbadoğlu azad edilmiş ərazilərə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsində hesabatlılığın təmin olunmadığına dair iddia səsləndirib. O, qeyd edir ki, indiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib. Sitat: “Xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub. Göründüyü kimi Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız  xərclənib. Bir sözlə Qarabağ büdcə pullarının silinməsi üçün qapalı və əlverişli məkana çevrilib”.

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Son 2 ildə işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən ayrılmış 6,5 milyard manat vəsaitin bütün sahələr üzrə iqtisadi təsnifatı hökumət tərəfindən açıqlanıb və həmin vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon manatının avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunması fikri yanlışdır. Belə ki, bərpa və yenidənqurmanın ilk ilində (2021-ci il) 2,2 milyard, 2022-ci ildə isə 4,3 milyard manat vəsait ayrılıb. 
2021-ci ildə bu ərazilər üzrə həyata keçirilmiş layihələrin hər birinin təyinatı üzrə istiqaməti və xərc tutumuna diqqət edək.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində və  “2021-ci ildövlət büdcəsinin icrasına dair illik hesabat” və arayış sənədində ( 3.2.6.1. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitin istifadəsi) qeyd edilib: 


İstinad edilib: Maliyyə Nazirliyi

Azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin xərc təsnifatı eynilə Hesablama Palatasının “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb. 
istinad-1, istinad-2

Beləliklə, 2021-ci ildə xərclənmiş 2,2 milyard manat vəsaitin 1 milyard 590,2 milyon manatı avtomobil yollarının çəklişinə sərf olunub. Bu faiz nisbəti ilə ümumi xərclərin təxminən 70 faizi deməkdir.
Qalan 600 milyon manat isə yuxarıda da qeyd etdiyimiz itiqamətlər üzrə xərclənib.

2022-ci ilin dövlət büdcəsindən isə bu ərazilərdə aparılan işlərə 4,3 milyard manat ayrılıb. Ötən il xərclənmiş 4,3 milyard manat vəsaitin xərc istiqamətləri isə təxminən 2 aydan sonra Maliyyə Nazirliyinin (MN) elektron saytında və digər elektron mənbələrdə yerləşdiriləcək. Büdcə qanunvericiliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunu” və “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” və arayış 2023-cü ilin may ayında Milli Məclisin müzakirəsinə çıxarılır. Mayın sonu, iyunun əvvəllərində həmin Qanun təsdiq edildikdən sonra Maliyyə Nazirliyi büdcənin icrasına dair bütün parametrləri öz səhifəsində yerləşdirəcək. İbadoğlu 2 ay səbr edərsə 2022-ci ildəki xərclərin hər bir istiqaməti təsnifatı ilə tanış olmaqla hara nə qədər pul xərcləndiyini görə bilər.

Yeri gəlmişkən, Maliyyə Nazirliyi ilk dəfə ötən ilin sentyabr ayında 2022-ci ilin birinci yarısının icrasına dair xərclərin təsnifatını ictimaiyyətə təqdim edib ki, burada azad edilmiş ərazilərdə layihələr üzrə xərclərin yarım illik parametrlərini görmək mümkündür. mənbə

Yəni, hökumət İbadoğlu kimi düşünənlərdə şübhə qalmaması üçün büdcənin bütün xərc göstəricilərin açıq və şəffaf şəkildə təqdim edir.

Şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə elan edilən açıq tender və kotirovka sorğularına dair məlumatlar müntəzəm şəkildə müvafiq dövlət orqanının, rəsmi dövlət qəzetlərinin e-resurslarında yerləşdirilir. İbadoğlu və digərləri elan olunan tenderlərə baxsa bu ərazilərdə dövlət vəsaitlərinin birbaşa tenderlər əsasında həyata keçirildiyini də görə bilər. İndiyə qədər azad edilmiş ərazilərdə tikinti, bərpa və s. iş və xidmətlərlə bağlı 100-lərlə tender elan olunub və onların hər birinin  nəticələri haqqında məlumatlar ictimaiyyətə açıqlanıb. Dövlət satınalmaların mərkəzləşdirilmiş elektron resurslarında  son 2 ildə yerləşdirilmiş açıq tenderlərin təxminən 200-ü azad edilmiş ərazilərə aiddir
Bundan başqa, dövlət orqanlarının, müxtəlif şirkətlərin tender elanları dərc olunur ki, bunlar da hesabatlılığın göstəricisidir.  

Azərenerji tender elanı
Azərsu
Tender elanı 
Tender elanı

Bu cür elanların sayını yüzlərlədir. Yəni, açıq tender, təkliflər sorğusu, kotirovka sorğuları, onların nəticələri, qalib seçilmiş şirkətlər və digər bütün zəruri məlumatlar təsdiq edir ki, azad edilmiş ərazilərdə hər bir layihə açıq və hesabalılııq əsasında icra olunur.

Nəticə:

  • ♦İbadoğlunun “Qarabağın bərpasına xərclənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub” fikri yalandır. İqtisadçının bu rəqəmi haradan götürdüyü bəlli deyil.
  • ♦İbadoğlunun azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa, məskunlaşa tədbirləri ilə bağlı iddilarının heç biri həqiqəti əks etdirmir.
  • ♦ Büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız xərclənməsi barədə ittihamı əsassızdır