Bu günlərdə “Qərbin adamı” kimi tanınan ictimai fəal Bəxtiyar Hacıyevin qadın və qız uşaqları ilə intim münasibətlərini əks etdirən arxivləşdirilmiş audio-video material və yazışmalar naməlum şəxslər tərəfindən sosial media platformalarında qanunsuz olaraq yayımlandı.
Məlum oldu ki, “Harvard məzunu” və istedadlı gənc kimi təqdim edilən Bəxtiyar Hacıyev uzun illərdən bəri onlarla şəxsə, o cümlədən dostlarının həyat yoldaşları və sevgililərinə, müxalif siyasətçilərin övladlarına və ondan yardım istəyən qızlara əxlaqsız təkliflər edərək, onları özündən asılı vəziyyətə salmış, bununla da öz cinsi və digər ehtiyaclarını ən çirkin formada reallaşdırmışdır.
Bəxtiyar Hacıyevin bu əxlaqsız və qeyri-insani hərəkətləri Azərbaycan ictimaiyyətində böyük nifrət hissi ilə qarşılanmışdır. Dünənə kimi onu dəstəkləyən şəxslər, artıq bu gün öz səhvlərini anlayaraq ictimaiyyətdən üzr istəməyə başlayıblar.
Faktyoxla Lab. açıq mənbələrdə olan bütün məlumatları toplayaraq Bəxtiyar Hacıyevin çirkin əməlləri, bu əməlləri dəstəkləyənləri və səhvlərini etiraf edənlərlə bağlı araşdırmanı diqqətinizə təqdim edir:
Bəxtiyar Hacıyevin çirkin əməlləri
Bəxtiyar Hacıyev şəxsən tanıdığı, dostluq-yoldaşlıq etdiyi şəxslərin, siyasi partiya rəhbərlərinin, ictimai sektorda olan fəalların sevgililəri, bacıları, xanımları ilə gizli əlaqə yaradıb, əvvəl yaxınlıq etmiş, daha sonra intim söhbətlərlə onları tora salmışdır. Onun çirkin əməllərindən xəbərsiz xanımların etibarından sui-istifadə edərək onların göndərdikləri açıq-saçıq fotoları götürüb (bəzən video zənglər zamanı skrinlər çəkib saxlayıb-red.) səbəbi bəlli olmayan məqsədlə arxivləşdirərək kolleksiya toplamışdır. Bəzən həmin fotoları özlərinin yazışdıqları qapalı qrupda dostları ilə bölüşmüş, haqlarında mənəviyyatsız fikirlər səsləndirmiş, bəzən isə həmin xanımların nömrəsini qrupdakı əqidədaşlarına ötürmüşdür. Təqdim etdiyimiz kollaj B.Hacıyevin şantaj arsenalında olanlardan bəziləridir. Öncədən qeyd edək ki, bu fotolar bəzi fraqmentlərini mümkün qədər gizlədə bildiklərimizdir. Digər fotoları nə düzəltmək, nə də kölgə effekti ilə gizlətmək mümkün olmadığı üçün paylaşmırıq.
Beləliklə, keçək faktlara.
1. B. Hacıyev bir çox hallarda "qurbanlarını" şirin dillə yola gətirir, sonra israrla açıq-saçıq fotolarını göndərmələrini bəzən xahiş, bəzən isə tələb edir. Qarşı tərəfin "utanması" və ya digər səbəblərdən imtinası onun üçün əngəl olmayıb, o, şəkil tələb etməkdə israrlı olub.
2. B.Hacıyevin bu iyrənc əməlləri sırasında azyaşlılarla yazışması, onlara əxlaqsız təkliflər etməsi və iyrənc məqsədinə çatması ictimaiyyəti ən çox qıcıqlandıran, hiddətləndirən hərəkətlərindəndir. Əslində, B.Hacıyevin azyaşlılara "marağı" illər öncə məlum idi.
Məsələn, bu azyaşlı qızla danışıqları 10 il öncə baş tutub.
AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının kiçik qızı, azyaşlı Sanay Yağmur onun manyakal istəklərinin qurbanlarından növbətisidir. B.Hacıyev azyaşlıdan "nude" fotolarını göndərməyi xahiş etsə də qız "nude" şəkillər çəkdirmək yaşında olmadığını bildirir. Bundan sonra B. Hacıyev əsl manyaklara xas xislətini ortaya qoyur: "Gənc qızları çəkməyi xoşlayıram. Onun zövqü başqadır". Sonra isə "manyak pedofillərin" digər xarakterik xüsusiyyəti baş qaldırır: "Amma mütləq aramızda qalsın. Kiməsə hesabat vermək lazım deyil".
Bu isə B.Hacıyevin pedofilliyini nümayiş etdirən növbəti misaldır. Yazışdığı və sonradan dəfələrlə görüşdüyü qız orta məktəb şagirdidir. Yazışmadan belə anlaşılır ki, aralarında dəfələrlə intim münasibət olub və qızın azyaşlı olması ictimai fəalı heç narahat etməyib.
3. Bu yazışmalarda isə B.Hacıyev növbəti qurbanına daha iyrənc təklif edir. O, azyaşlı qıza üçüncü "tərəf müqabili" ilə birgə əxlaqsızlıq etməyi təklif edir və yalandan deyir ki, "üçüncü" partnyorun həmin azyaşlıdan xoşu gəldiyi üçün bu ideyanı dəstəkləyir.
Bu fraqment isə digər "qurbanla" "üçlü partnyorluq" şəhvətinin test edilməsi haqdadır.
Deməyə söz qalmır...
4. Skrinləri və videoları incələdikcə məlum olur ki, bu əməllərindən qətiyyən çəkinməyən B.Hacıyev hər ehtimala qarşı ehtiyatı da əldən vermir. O, potensial qurbanlarının hər birindən sonda yazışmaları və fotoları silməyi xahiş və ya tələb edir. Ən təəccüblüsü budur ki, özü nədənsə bu sözünə əməl etməyib, əksinə manyaklıq kolleksiyasını hər dəfə yeni fraqmentlərlə genişləndirib.
Bu yazı əsasında hazırlanmış video material
5. O, "B.Hacıyevin şəxsi həyatıdır, kiminlə istəsə yazışa, görüşə, sevişə bilər" deyən şəxsləri mat vəziyyətdə qoyan addımlar atıb. Belə ki, B.Hacıyevlə "çiyin-çiyinə" çalışan hüquq müdafiəçiləri Zaur Əkbər, Rüfət Səfərov, hüquqşünas Fərhad Mehdiyev, ictimai fəal Ziya Quliyevin ortaq votsap yazışmaları da ortaya çıxıb. Yazışmalardan bu "beşliyin" söhbətlərinin başlıca mövzusunun "qız tutmaq" olduğu açıq görünür.
Qeyd: Burada "samovar" sözü xanımla tanış olub, onu yoldan çıxardaraq intim əlaqələrə çəkmək mənasında işlənir. Demək bu qrupun öz jarqonları olub.
6. Bu qrupun yazışmalarında ikrah doğuran bir məqam aldada bildikləri qızların fotolarını bölüşüb, müzakirə etmələridir.
7. Bu skrində hüquqşünas Fərhad Mehdiyevin "əgər "samovar qaynadırsansa" arxadan çək baxaq" təklifinə Ziya Quliyevin dərhal reaksiya verməsi əks olunub. F.Mehdiyev digərlərinə bu faktı nümunə göstərir və onları da "faktla" cavab verməyə çağırır.
8. Bu yazışmada isə Rail Abbasov böyük əksəriyyətin illər öncədən bildiyi həqiqəti dilə gətirir: "Camaat da deyir ki, Bəxtiyar ölkənin taleyini həll edir orada"
Bir daha təkrar edirik ki, bu foto, skrin və kollajlar Bəxtiyar Hacıyevin "intim kolleksiyanın" açıq mənbələrdən götürülmüş cüzi bir hissəsidir.
Bu əməlləri dəstəkləyən Qərblilər
Bir çox Qərb təşkilatları, siyasi xadimlər B.Hacıyevin azadlığa çıxmasını tələb ediblər. Bu tələb-bəyanatlardan bəzilərini təqdim edirik:
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton: Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların çağırışlarına öz səsimi də əlavə edirəm”.
ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel: “Biz İnsan Hüquqları Günü ərəfəsində Bəxtiyar Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”.
Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano “Twitter” hesabında yazıb: “İttifaqın səlahiyyətliləri onun işinin şəffaf və qərəzsiz araşdırılmasını təmin etməyə çağırır”
Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauver Bəxtiyar Hacıyevə dəstəyini ifadə edib və onu azad etməyə çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ictimai fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
Onun dəstəkləməklə səhv etdiyini bildirənlər:
B.Hacıyev və ətrafının əxlaqsız hərəkətləri onların yaxınlarını məyus edib, qıcıqlandırıb, hiddətləndirib. İctimai fəallardan bir çoxu özlərinə silahdaş hesab etdikləri B.Hacıyevin çirkin əməllərini heç cür həzm edə bilmir, onunla haqq-hesab çəkəcəklərini deyir, həbsdən sonra yığılıb qalmış suallara mütləq cavab verməli olacağını açıq bildirirlər.
İctimai fəal İlkin Rüstəmzadə B.Hacıyevi müdafiə etdiyi və müdafiə etməyənləri qınadığı üçün hamıdan üzr istəyib. "İnsan nə qədər əxlaqsız, ləyaqətsiz olarmış, İlahi" deyə İ.Rüstəmzadə bildirib.
İctimai fəal Əziz Məmiyev yazıb: "Bəxtiyar Hacıyevi ardıcıl olaraq müdafiə edən şəxslərdən biri olaraq bu formada ələ salındığımıza görə, belə əxlaqsızlığın bir parçası olduğumuza görə utanc hiss keçirirəm"
Feminist fəal Gülnarə Mehdiyeva vaxtilə B.Hacıyevi fəal dəstəkləyənlərdən biri olub. İndi isə o, B.Hacıyevin siyasi düşüncələrini rədd edir, hətta təhqirə keçir.
Nəticə: Ümid edirik ki, Faktyoxla Lab.-ın araşdırması ilə tanış olacaq bəzi Qərb ictimai-siyasi fəalları, siyasətçilər və təşkilatlar öz səhvlərini anlayaraq, Bəxtiyar Hacıyev kimi birini dəstəklədikləri üçün hüquqları kobud şəkildə pozulmuş azyaşlı və qadınlardan üzr istəyəcəklər.