28 yanvar 2023-cü il, səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilib. Hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, digər əməkdaşı isə ağır yaralanıb. (istinad) Təəssüf ki, cənub qonşumuzun tarixində bu ilk hadisə deyil. İranın ənənəvi mediası və bu ölkənin xüsusi xidmət orqanlarından qidalanan sosial media kanallarında bu hadisə ilə bağlı müxtəlif versiyalar səslənsə də, təxribat xarakterli, əsassız xəbərlər yayılsa da, bu, bir çox həqiqətləri və İran haqda düşüncələri dəyişmir.
Faktyoxla Lab. İran dövləti tərəfindən həyata keçirilən terror hərəkətlərinin xronologiyasını hazırlayıb.
İran xarici siyasəti, bu ölkənin Konstitusiyasının preambulası, inqilab ixracı ideyalarını yaxından bələd olan ekspertlər iddia edirlər ki, əksər addımlar Xomeyninin fətva və göstərişlərinə əsaslanır. Ekspertlərin qənaətinə görə, digər dövlətlərin suverenliyini açıq şəkildə pozan və onların işinə birbaşa müdaxilə edən İranın İraq, Yəmən, Suriya və Livan kimi müdafiəsiz dövlətlərin yerli əhalisinə üz tutaraq, onlara müəyyən qədər maddi və maliyyə dəstəyi verməklə, özlərinə fayda verəcək militanlar hazırlayırlar. (Mənbə)
Öz ərazisində terror təşkilatlarına sığınacaq verməklə, ərəb ölkələrinin bəzilərində terror yuvaları qurmaqla, çoxlu sayda günahsız insanın ölümünə səbəb olan terror aktlarına dəstək olmaqla terrorçu dövlət imicini formalaşdıra bilib. Terrora dəstəyini davam etdirən İran xaricdə müxaliflərə qarşı sui-qəsdlər təşkil edib, diplomatik nümayəndəliklərə soxulmaqla onların toxunulmazlığını dəfələrlə pozub. Bəzən isə özünə müxalif olan diplomatları aradan götürməyə cəhd edib ya da buna nail olub.
İdeoloji baxımdan Tehranın əsas məqsədi terrorçuları öz məqsədlərinin doğru olduğuna inandırmaq, İrantipli İslam dövləti ideyasını doğru bilib, yaymaq, imkan daxilində, siyasətinə zidd rejimləri devirmək, İsraillə mübarizə aparmaq və s. Bununla belə, bu prosesdə strateji mülahizələr də həyati əhəmiyyət kəsb edir. Bu dövlətin terrorçu qruplara himayəçiliyi, yerli əhaliyə ideoloji təsir etmək imkanları və gizli əlaqələri İrana öz “nüfuzunu” genişləndirməyə imkan verib. (istinad)
Bu yazını türkcə bu linkdən oxuya bilərsiniz
Proseslə bağlı ən qəti fikir ABŞ Dövlət Departamentinin 22 may 2020-ci il tarixində dərc etdiyi İranla bağlı hesabatında “İran rejimi 1979-cu ildə hakimiyyətə gələndən bəri sui-qəsdlərdə iştirak edib, 40-dan çox ölkədə terror planları və terror aktları həyata keçirib”. Hesabatda digər ölkələrdə yüzlərlə insanın ölümünə və zədələnməsinə səbəb olan 360-a yaxın məqsədyönlü sui-qəsd və kütləvi partlayışların baş tutduğu qeyd olunur.
Məsələn, 1988-ci ilin oktyabrında İran sərhədinə doğru hərəkət edən bir avtomobil Türkiyə polisinin şübhələrini artırıb. Maşını saxlayanda baqajda ağzı lentlə yapışdırılmış bir kişi aşkarlanıb. Avtomobilin diplomatik nömrəsi və kiçik araşdırma nəticəsində avtomobilin İran səfirliyinə məxsus olduğu müəyyən edilib. Sərnişinlərdən ikisi səfirliyin əməkdaşları, ağzını lentlə yapışdıran şəxs isə müxalif Xalq Mücahidləri Təşkilatının (MEK) üzvü Əbülhəsən Müctəhidzadə idi. İstinad
İki iranlı diplomat cinayət başında tutulmazdan bir il əvvəl Türkiyə İran agentlərinin oxşar hərəkətlərinə görə sonralar Əhmədinejadın prezidentliyi dövründə xarici işlər naziri olmuş İran səfiri Mənuçöhr Müttəkini ölkədən çıxarmışdı.
İran hüdudlarından kənarda adamların oğurlanması hələ İslam Respublikasının qurulmasının ilk dövrlərinə təsadüf edir. Hətta Ayətullah Əli Xameneinin bacısı da bundan kənarda qalmayıb. 1990-cı illərin əvvəllərində Kəşfiyyat Nazirliyinin agentləri uşaqları ilə İraqa getmiş Bədri Hüseyni Xameneyini qaçıraraq İrana qayıtmağa məcbur ediblər. Onun əri Şeyx Əli Tehrani inqilab rejimin əleyhinə qüvvəyə çevrildikdən sonra Xorasanın Qurucu Məclisdəki nümayəndəsi olub və 1984-cü ildə İraqdan sığınacaq istəyib. Lakin o da 1995-ci ildə İrana qayıdıb. (İstinad)
Digər fakt. İranın dəstəklədiyi Livan “Hizbullahı”-nın 1983-cü ildə Beyrutda çoxmillətli sülhməramlı kontingentin kazarmalarının bombalanması ilə xatırlanır. Nəticədə partlayıcı dolu iki yük maşını ABŞ-ın 241 dəniz piyadasını, 58 Fransa hərbçisini və 6 mülki şəxsi öldürüb, digərlərini isə ağır yaralayıb. O vaxtdan bəri ABŞ məhkəmələri İslam Respublikasının qurbanların ailələrinə milyardlarla dollar konpensasiya ödəməsinə qərar verib. Lakin qarşı tərəf bu iddianı qəbul etməyib. mənbə
Dövlət Departamentinin məktubunda xarici təhsil proqramı üçün İsraildə olan iyirmi yaşlı ABŞ vətəndaşı Alisa Mişel Flatounun da adı çəkilir. O, 1995-ci ildə Qəzzada intiharçının hücumu zamanı öldürülüb. İranın himayə etdiyi terror qruplaşması olan “Fələstin İslami Cihadı” məsuliyyəti öz üzərinə götürüb. 1998-ci ildə ABŞ federal dairə məhkəməsi Flatounu qətlə yetirən terror qruplaşmasının maliyyələşdirilməsini Fallahian tərəfindən həyata keçirildiyini iddia etmişdir. mənbə
1980-ci illərdə İran hakimiyyəti Livanda bir sıra amerikalı diplomatların oğurlanması və öldürülməsinə görə məsuliyyət daşıyıb.
1982-ci ildə Livanda 10 il davam edən "girov böhranı" kimi tanınan hadisəni xatırlayaq. Həmin əməliyyatda 25-i amerikalı olmaqla 96 əcnəbi qaçırılmışdı. İnsan oğurluğu hadisələrinin əksəriyyəti “Hizbullah” və İranın dəstəklədiyi digər şiə militanları tərəfindən həyata keçirilib. Həmçinin, “Hizbullah”ın 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyini bombalaması və nəticədə 63 nəfərin həlak olması İran rejimi tərəfindən planlaşdırıldığını qeyd etməliyik.
1983-cü ildə “Hizbullah” və İranın dəstəklədiyi şiə “Hizb-Dəva” qruplaşması üzvləri bir sıra hücumlar, o cümlədən Küveytdəki ABŞ və Fransa səfirliklərinə, neft emalı zavoduna və yaşayış məntəqəsinə hücumlar həyata keçiriblər. Bu hücumlar 5 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnib.
Bu yazını ingilis dilində bu linkdən oxuya bilərsiniz
1984-cü ildə Hizbullah Beyrutun şərqindəki ABŞ səfirliyinə hücum edərək 24 nəfəri öldürmüşdü.
1985-ci ildə Küveyt əmiri mərhum Şeyx Cabir Əl-Əhməd Əl-Sabahın karvanına bombalı hücum cəhdi nəticəsində bir neçə əsgər və vətəndaş həlak olub.
1985-ci ildə İran rejimi TWA təyyarəsinin qaçırması ilə 39 amerikalı sərnişini həftələrlə girov saxlayıb.
1986-cı ildə İran zəvvarlarını Həcc mövsümündə iğtişaşlara çağırması nəticəsində izdihamlı iğtişaşlar yaranmış və bu qarşıdurmada yüzlərlə dinc insan həlak olmuşdur.
1987-ci ildə “Hizbullah Əl-Hicaz” terror təşkilatı Səudiyyə Ərəbistanının şərq vilayətlərindən olan Ras Tanurada neft zavodunu partladıb. Bu qruplaşma 1988-ci ildə Səudiyyə Ərəbistanının şərqindəki Cubail şəhərindəki Səudiyyə Neft-Kimya Şirkətinin (SADAF) obyektinə hücum edib.
1987-ci ildə İran Səudiyyə diplomatı Mosaed Alghamdinin Tehranda qətlə yetirilməsində iştirak edib. (mənbə) Elə həmin il Səudiyyə Ərəbistanı iranlı zəvvarların ölkəyə partlayıcı maddələr gətirmək cəhdlərinin qarşısını alıb.
1987-ci ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və səudiyyəli diplomat Rza Əbdülmöhsün Əl-Noza İran İnqilab Keşikçiləri Qvardiyasının qüvvələri tərəfindən girov götürülüb. Səudiyyə Ərəbistanı ilə İran arasında aparılan danışıqlardan sonra girov azad edilib. mənbə
İran iranlı müxaliflərə qarşı bir sıra sui-qəsdlərdə iştirak edib:
- ♦1989-cu ildə Vyanada İranın Kürdüstan Demokratik Partiyasının lideri Rəhman Qassemlou və onun müavini Abdulla Azər öldürülüb.
- ♦ Fransada Şah Məhəmməd Rza Pəhləvi dövründə İranın son baş naziri olan Şapur Bəxtiyar İran İnqilab Keşikçiləri Korpusu tərəfindən öldürülüb. Həmin akt zamanı bir fransız polis zabiti və bir qadının da həlak olub.
♦ Kürdüstan Demokrat Partiyasının baş katibi Sadik Şerafk və müavinləri Fəttah Abdoulie, Homayoun Ardalan və Nuri Dechrda 1992-ci ildə Berlində Mykonos restoranına həyata keçirilən bombalı hücumda həlak olublar. Hətta Almaniya polisi İranın o vaxtkı Kəşfiyyat Naziri Əli Fallahyanın bu terror aktında roluna görə həbs qərarı çıxarıb.
- 1980-ci ildə Merilend ştatının Bethesda şəhərində keçmiş iranlı diplomat və İranın Azadlıq Fondunun qurucusu Əli Əkbər Təbatəbai öldürülüb.
Eyni zamanda, İran rejimi 89 və 90-cı illərdə Taylandda Səudiyyə Ərəbistanı diplomatları Abdullah Əl-Malki, Abdullah Əl-Bassri, Fəhad Əl-Bəhli və Əhməd Əl-Saifin öldürülməsində iştirak edib.
1994-cü ildə İran Buenos-Ayresdə Yəhudi İcma Mərkəzinin partladılmasını təşkil edib, hadisə nəticəsində 85 nəfər həlak olub, 300 nəfər yaralanıb. 2003-cü ildə Britaniya polisi İranın Argentinadakı keçmiş səfiri Hade Soleimanpouru hücumu təşkil etməkdə şübhəli bilərək həbs etmişdi.
1994-cü ildə Venesuela Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayaraq, 4 iranlı diplomatın Karakasdakı Simon Bolivar Beynəlxalq Hava Limanında iranlı qaçqınları ölkələrinə qayıtmağa məcbur etmək məqsədilə gizli əməliyyatda iştirak etdiklərini bildirib.
1996-cı ildə İran “Hizbullah-Əl Hicaz” təşkilatı tərəfindən həyata keçirilən və 19-u amerikalı olmaqla 120 nəfərin ölümü ilə nəticələnən Xobar partlayışlarında iştirak edib. mənbə İran cinayətkarları, o cümlədən 2015-ci ildə Livanda İran pasportu ilə həbs edilən Səudiyyə vətəndaşı Əhməd Əl Moqasili də müdafiə edib. Terror aktlarına İranın Bəhreyndəki hərbi attaşesi rəhbərlik edib. Cinayəti törədənlər həm Livanda, həm də İranda təlim keçiblər.
2003-cü ildə İran rejimi bu ölkəyə bağlı siyasi partiyalar və militanlar dəstəsi yaradaraq İraqdakı şiə qruplaşmalarına dəstək verib. Bu fəaliyyətlər təxminən 4400 ABŞ əsgərinin və on minlərlə mülki şəxsin, əsasən də sünni ərəblərin ölümü ilə nəticələnib. ABŞ-ın İraqdakı keçmiş səfiri Ceyms Cefri bildirib ki, ölən amerikalılar birbaşa İranın dəstəklədiyi qrupların təşkil etdiyi əməliyyatlarda öldürülüb.
2006-cı ildə Vaşinqton müəyyən edib ki, İran Əfqanıstandakı ABŞ qüvvələrinə qarşı döyüşən “Taliban”ı dəstəkləyir. 2007-ci ildə ABŞ Senatı İran İnqilab Keşikçiləri Qvardiyasını terror təşkilatı elan edən qətnamə qəbul edib.
2011-ci ildə Kəraçidə səudiyyəli diplomat Həsən Əl-Qəhtaninin qətlində İranın əli olub.
Bu yazını rus dilində bu linkdən oxuya bilərsiniz
2011-ci ildə ABŞ Səudiyyə Ərəbistanının ABŞ səfirinə sui-qəsd cəhdinin qarşısını aldı və İran rejiminin bu xain planda əli olduğunu sübut etdi. Nyu-York federal məhkəməsinə verilən cinayət şikayətində sui-qəsddə iştirak edən iki nəfər müəyyən edilib: həbs olunaraq 25 il həbs cəzasına məhkum edilmiş Mənsur Ərbabsear və hazırda İranda olan İran İnqilab Keşikçiləri Korpusunun zabiti Qulam Şakuri. Qeyd edək ki, həmin şəxs haqqında İnterpol tərəfindən qırmızı bülleten çıxarılıb.
2012-ci ilin oktyabrında İran İnqilabı Keşikçiləri Korpusuna bağlı hakerlər Səudiyyə Ərəbistanı və Körfəzdəki neft və qaz şirkətlərinə qarşı kiberhücumlar həyata keçirib. ABŞ müdafiə naziri Leon Panetta kiberhücumları özəl sektorda ən dağıdıcı hücumlardan biri kimi qiymətləndirib. Prezident Obama administrasiyası bunun İran hökumətinin işi olduğunu bildiklərini deyib.
2016-cı ildə Küveyt cinayət məhkəməsi “Abdali hüceyrəsi”nin iki üzvünü ölüm cəzasına məhkum edib. Birinin İran vətəndaşlığı var. Onlar Küveytin birliyinə və təhlükəsizliyinə xələl gətirən hərəkətlər və düşmənçilik hərəkətləri etmək üçün İran və Hizbullahla fəal əməkdaşlıq etməkdə ittiham olunublar.
İranın diplomatik nümayəndəlikləri terror əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək üçün müxtəlif ölkələrdə casus şəbəkələri yaradır. (fotoda həmin şəbəkə göstərilib)
Dünyanın bir nömrəli terror sponsoru olan İran rejimi, “Qüds Gücü”, “Hizbullah”, “Hizbullah Əl-Hicaz” (Səudiyyə Hicazı Hizbullahı), “Əsaib Əhli-Həq” (Salehlər Liqası) daxil olmaqla digər dövlət və dövlət tərəfindən dəstəklənən təşkilatlar vasitəsilə bir sıra məzhəb militanları ilə sıx əlaqələr qurub. Hətta “Əl -Qaidə” kimi terror təşkilatları ilə əməkdaşlıq edib, bəzi məqamlarda onları dəstəkləyib. Ekspertlərin qənaətinə görə, İran hələ də bəzi “Əl-Qaidə” liderlərinə sığınacaq verir. Buna görə də İran dəfələrlə Birləşmiş Millətlər Təşkilatı və bir çox ölkələr tərəfindən pislənilib, ona qarşı beynəlxalq sanksiyalar tətbiq edilib. Məlum faktlardan biri də odur ki, İran şiə militanları yetişdirmək və təşkilatlandırmaq, sünniləri və beynəlxalq qüvvələrin əsgər və zabitlərini qətlə yetirmək üçün İraqa İİKK əməkdaşlarını göndərir.
Yekun olaraq qeyd edək ki, İran dünyada partlayıcı maddələrin ən böyük distribütorudur. IED-lər avtomobilləri və zirehli maşınları partlatmaq üçün istifadə olunur. mənbə
Göründüyü kimi
-Beynəlxalq ictimai rəydə hamıya məlumdur ki, İran terroru dəstəkləyən ölkədir,
-İran qonşu ölkələrdə öz hakimiyyətini qurmaq üçün müxtəlif iyrənc aksiyalar həyata keçirir və bunu heç vaxt inkar etmir,
- Müxtəlif terror təşkilatları və qrupları ilə əməkdaşlıq edən İran onlara dəstək verir.